Ermənistan Rusiyanı şantaj edir - İLGİNC DETALLAR

Ermənistan Rusiyanı şantaj edir - İLGİNC DETALLARRusiya Cənubi Qafqazda ermənilərdən daim türklərə qarşı istifadə edib. Osmanlı Türkiyəsinin tərkibində yaşayan çoxsaylı ermənilərin xəyanəti nəticəsində Rusiya-Türkiyə müharibəsində Osmanlı imperiyası ciddi itkilər verib. Sonrakı mərhələlərdə tarixi Azərbaycan torpaqlarına minlərlə erməninin köçürülməsini təmin edən Rusiya Türkiyə ilə Azərbaycan arasında erməni dövləti yaratmaqla çirkin planını həyata keçirib. 20-ci əsrin əvvəllərində Ermənistan adlı dövlət Cənubi Qafqazda peyda olanda əhalisinin 60%-dən çoxu azərbaycanlılar idi. Rusların köməyindən istifadə edən bədnam qonşular zaman-zaman etnik təmizləmə apararaq, 1988-ci ildə öz planlarını başa çatdırdılar.
Deməli, Rusiyanın forpostu hesab edilən Ermənistan rusların "əsəri" hesab olunur. Rusiyada isə ermənilərin xəyanətindən bütün tarixçilər xəbərdardır. Birinci Qarabağ müharibəsində Rusiyanın köməyi ilə ərazilərimizi işğal edən Ermənistan bu işğalın əbədi olacağını düşünsə də, bu baş vermədi. 3 il əvvəl Azərbaycan 44 günlük müharibə nəticəsində öz ərazilərini işğaldan azad etdi. Geridə qalan üç il ərzində Ermənistan Rusiyanı onlara kömək etməməkdə ittiham edir və müttəfiqinin ünvanına hər cür tənqidlər yağdırır.
Politoloq Tural Əliyev KONKRET.az-a açıqlamasında bildirib ki, ermənilər geosiyasi vəziyyətin həmişə onların xeyrinə dəyişəcəyini güman ediblər:Ermənistan Rusiyanı şantaj edir - İLGİNC DETALLAR"Rusiya hazırda geosiyasi konfiqurasiyada Ermənistanın "şıltaqlıqları"na dözmür. Ruslar müasir dünyanın tələblərinə uyğun digər region ölkələri ilə əməkdaşlıq formatı seçməyi qarşısına məqsəd qoyub. Anlayırlar ki, bu formatda Ermənistanın maraqlarının tam təmin olunması mümkün olmayacaq. Qarabağ işğaldan azad edildikdən sonra Rusiya sülhməramlıları regiona gəldi. Ermənilər düşünürdülər ki, Rusiya sülhməramlılarının köməyi ilə bölgədə hansısa status kvonu qoruyub-saxlayacaqlar. Güman edirdilər ki, Laçın yolunda Azərbaycan sərhəd-buraxılış məntəqəsi qurulmayacaq və orada əbədi olaraq Rusiya sülhməramlıları dayanacaq. Bunlar da rahat-rahat işlərini görəcək. İndi Ermənistan narazılıq edir ki, Rusiya onların maraqlarını qorumur və ya KTMT daxilində Azərbaycana təzyiq etmir.
Ermənilər hesab edir ki, Rusiya sülhməramlıları Azərbaycanla qarşıdurmaya getməli və öz suveren ərazilərində sərhəd-buraxılış məntəqəsi qurmasının qarşısını almalıdır. Bütün narazılıqların kökü məhz buradan qaynaqlanır. İndi Ermənistan Rusiyanı şantaj etməklə Qərblə isti münasibətlər qurur. Rusiya isə prosesləri görür və şimal qonşumuzun Ermənistanda çox böyük təsir imkanları var. Rusiya sadəcə öz maraqlarını Ermənistanın maraqlarına qurban verməmək yolunu seçib".
Politoloq Qarabağdakı qondarma rejim daxilindəki parçalanmaya da toxunub. Bildirib ki, bu proseslər təsadüfi baş vermir:
"Qondarma rejimin prosesləri əvvəlki kimi nəzarətdə saxlaya bilməməsi Azərbaycanın sərt və prinsipial tələblərinin nəticəsidir. Çünki Azərbaycan artıq Laçında sərhəd-buraxılış məntəqəsi qurub. Hazırda Ağdam-Xankəndi yolunda yüklər dayanıb və o yüklər mütləq Xankəndinə daxil olacaq. Ermənistan və qondarma rejim artıq anlayır ki, o yol açılsa, arzuları tarixin arxivinə gedəcək, həmin xülyalar bütövlükdə qapanacaq, yeni reallıqlarla barışmalı olacaqlar. Bunun əksi isə müharibədir. Müharibənin nə ilə nəticələnəcəyini isə yaxşı anlayırlar. İndi təxribatlarla beynəlxalq oyunçuları bura cəlb etmək, xilas olmaq, sülhdən boyun qaçırmaq istəyirlər. Çünki sülh Azərbaycanın ərazi bütövlüyünün tanınması deməkdir. Eyni zamanda, qondarma rejimin tam olaraq məhvi ilə nəticələnəcək".
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 07 sentyabr 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan Ordusu buna görə əməliyyatlara başladı – "3 il gözlədik, olmadı"

"Azərbaycan antiterror əməliyyatınadək kifayət qədər səbirli və təmkinli davranıb. Ermənistan, separatçı qüvvələr və onları dəstəkləyən tərəflərə dəfələrlə aydın mesajlar verib ki, məsələlər dinc yolla və qan tökülmədə

Üçü Bakıda, biri İrəvanda - O biri isə qəbiristanlıqda... - FOTO

Məhv olmuş keçmiş separatçı rejimin bir sıra "nümayəndələri" bu gün İrəvandakı "Yerablur" hərbi panteonunda peyda olublar. xəbər verir ki, onların arasında separatçı rejimin sonuncu rəhbəri Samvel Şahramanya

Azərbaycan daha bir ölkə ilə vizanı ləğv etdi – Kimlər gedə biləcək?

Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Banqladeşin xarici işlər naziri Xəlilur Rəhman "Azərbaycan Respublikası Hökuməti ilə Banqladeş Xal

Abbas Əraqçi Ceyhun Bayramovla görüşdü

İranın xarici işlər naziri Abbas Əraqçi azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşüb. xəbər verir ki, A. Əraqçi bu barədə özünün "Telegram" kanalında məlumat yayıb. Görüş Birləşmiş Millətlər Təşkilatı (BMT) Ba

"Atəşkəs var" deyən Tramp, "razılaşma yoxdur" deyən Zelenski – Ukraynada nə baş verir?

ABŞ Prezidenti Donald Trampın Ukraynada elan etdiyi "enerji atəşkəsi"ni tərəflər fərqli şəkildə başa düşür. xəbər verir ki, bunu ukraynalı ekspertlər açıqlamalarında bildiriblər. Sentyabrın 14-də Donald Tramp Ukrayn

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır

Ermənistan Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Kristine Qriqoryan IV Bakı Təhlükəsizlik Forumunda iştirak edir. APA-ya istinadla xəbər verir ki, bu barədə Ermənistan mediası yazıb. Kristine Qriqoryanın bu axşam Ermənistan

Ərdoğan sabah ABŞ-yə səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah ABŞ-yə səfər edəcək. xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb. Qeyd olunub ki, Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasını

Rəsmi Bakıdan 20 Sentyabr mesajı: "...əbədidir"

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb. xəbər verir ki, bəyanatda 20 sentyabr tarixinin Azərbaycan xalqının çoxəsrlik dövlətçilik salnaməsinə qızıl hərflərlə yazıldığı qey

Zakir Həsənov Pakistana başsağlığı verdi

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikasının Silahlı Qüvvələrinin Quru Qoşunlarının Komandanı – Müdafiə Qüvvələrinin rəisi Feldmarşal Seyid Asim Munirə başsağlığ


son xeberler azerbaycan xeberleri yeni xeberler bu gune olan xeberler krimnal xeber dunyada son xeberler zelzele