"Ermənistan Rusiyanın forpostu olaraq qalır" - Politoloqdan AÇIQLAMA

Ukraynanın "Mirotvorets" saytı Ermənistan baş naziri Nikol Paşinyanı Ukraynanın düşmənləri siyahısına daxil edib. Bu, Paşinyanın Ukraynaya qarşı humanitar təcavüzdə iştirak etməsi ilə izah edilir. Ukraynalı həmkarlarımız bunu Paşinyanın bir sıra antiukrayna çıxışları və Rusiyanın təcavüzünə haqq qazandırmaq cəhdləri ilə əsaslandırıblar.
Xatırladaq ki, Ukrayna bir sıra Rusiya yönlü şəxsləri ölkənin düşməni elan edib və siyahı yuxarıda adıçəkilən saytda dərc olunub.
Qondarma qurumun keçmiş "dövlət naziri" Ruben Vardanyanın da adı "dərhal həbs edilərək Ukrayna və NATO ölkələrinin hüquq-mühafizə orqanlarına təhvil verilməli" şəxslərin siyahısındadır. Hüquq-mühafizə orqanlarından xahiş edilir ki, saytda adı keçən şəxslərin əməlləri Ukraynanın milli təhlükəsizliyinə, sülhə, bəşəriyyətin təhlükəsizliyinə təhlükə kimi qiymətləndirsin. Həmçinin "Mirotvorets" saytının bu insanlar haqqında araşdırması beynəlxalq hüquqa qarşı şüurlu hərəkətləri barədə bəyanat kimi də qiymətləndirilir.
Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov KONKRET.az-a məsələ ilə bağlı açıqlama verib:
"Nikol Paşinyan Rusiya işğalı başlayandan bu günə qədər bir xətli mövqe tutmayıb. Onun prosesdə fərqli mövqeyi Qərb tərəfindən də ciddi izlənilir. Bu gün baş verən hadisələr bir daha sübut edir ki, Ermənistandakı hakimiyyət müstəqil deyil. Bu gün Ermənistan özünü nə qədər antirusiya mövqeli aparsa da, Rusiyanın forpostu funksiyasından əl çəkmək gücündə deyil. Bu baxımdan Nikol Paşinyanın son hadisələrlə özünü ifşa etməsi bir daha ortaya çıxdı. Ukraynanın Ermənistan hakimiyyətinə qarşı nifrəti isə xüsusi ilə dərindir.
Zelenski hakimiyyəti Nikol Paşinyanı qeyri-səmimi və saxtakar olduğunu yaxşı bilir. Bu da Ermənistanla Ukrayna arasında soyuq münasibətlərə gətirib çıxarır. Son dövrlər Ermənistan tərəfindən artan antiukrayna addımları, həmçinin Ukraynanın işğalında səmimi mövqe nümayiş etdirməməsi vəziyyətin daha da gərginləşməsinə səbəb olur. Bu da Ermənistanın beynəlxalq bəşəri dəyərlərdən nə qədər uzaq olduğunu və işğalçılıq mahiyyətində olan bu ölkənin digər işğalçı qüvvələrlə həmrəy olduğunu bir daha göstərir".
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 20 iyun 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıc

Ərdoğan sabah Qarabağa gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək. Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran məluma

Ərdoğan hökuməti toplayır - Azərbaycan səfəri

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə bu gün Beştəpədə Nazirlər Kabinetinin toplantısı keçiriləcək. nocommentaz-a istinadən bildirir ki, hökumətin iclasında əsas müzakirə mövzularından birinin milyonlarl

Bolşeviklərin vədləri və reallıq: İnqilab xalqı necə məhv etdi

1917-ci ilin Fevral inqilabı zamanı bolşeviklər partiyasının sıralarında cəmi 24 min nəfər var idi. Lakin cəmi altı ay sonra, həmin ilin oktyabrında onların sayı təxminən 350 min nəfərə çatmışdı. Bu, Rusiya imperiyasını

XİN: 8 Noyabr xalqın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən birini təşkil edir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın mill

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyin

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini

Merz Trampla Ukraynadakı müharibəni müzakirə etdi

Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, bu barədə "N-tv" məlumat yayıb. Məlumata görə, hər iki tərəf Ukraynaya qarşı müharibəni

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən ən son xəbər son xeber az cəbhədən son xəbərlər 2026 hava haqqinda