Ermənistan sərhəddə təxribata əl atdı - Fransa və ABŞ yeni müharibə istəyir

Ermənistan sərhəddə təxribata əl atdı - Fransa və ABŞ yeni müharibə istəyirXəbər verdiyimiz kimi, ötən gün 13:37 radələrində Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə atəş açılıb.
Təxribat nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu əsgər Xəlilzadə Pərviz Ağakişi oğlu yaralanıb.
Bəs Ermənistanın uzun müddət sonra bu təxribatı nəyə hesablanır?
Sözügedən düşmən təxribatı sülh müqaviləsinin imzalanmasına mane olmaq üçündürmü?
Məsələ ilə əlaqədar azxeber.com-a açıqlama verən Milli Məclisin deputatı Arzu Nağıyev deyib ki, ermənilərin bu təxribatını həmin ölkənin Müdafiə Nazirliyi təsdiq edib:
Ermənistan sərhəddə təxribata əl atdı - Fransa və ABŞ yeni müharibə istəyir"Ermənistan tərəfindən atəşkəsin pozulması bu ölkənin Müdafiə Nazirliyi tərəfindən də dolayı yolla təsdiqini tapır. Guya ki, verilən əmrə zidd olaraq atəş açan hərbçilərin bu proseslərdə iştirakı sübut olunarsa, mütləq onları cəza gözləyir. Bu, artıq sübutdur ki, həqiqətən onlar təxribata yol verib. Digər məsələ məhz müxtəlif istiqamətlərdə, istər Zəngilan, istərsə də Tovuz istiqamətində təxribatın törədilməsi bir daha göstərdi ki, sərhəddə baş verən hadisələr birbaşa vaxtilə SSRİ-nin dövlət sərhəddi olan bölgələrdə baş verir. Yəni bu dövlət sərhəddində atəşkəsin pozulması kimi dəyərləndirilir. Bunun da bir neçə səbəbi var. Təbii ki, son vaxtlar Rusiya Xarici İşlər Naziri Qaludinin Qarabağa erməniləri qaytarmaqla onların təhlükəsizliyinə təminat verəcəyi kimi bəyanat, eyni zamanda Azərbaycandakı səfir Mixail Yevrakimovun Qarabağ məsələsinin bitdiyi haqda verdiyi açıqlama bunun da təsiri mütləq şəkildə var. Ermənistandakı istər iqtidar, istərsə də müxalif qüvvələri nəyin bahasına olursa-olsun bu və digər şəkildə Rusiyanın regionda rolunun azalmasını istəyirlər. Bunu, əlbəttə ki, Ermənistanın havadarları da, Qərb də istəyir. Əgər doğrudan da bu atəşkəs belə pozulursa, onda vaxtilə gətirilmiş vizual kəşfiyyatçı kimi fəaliyyət göstərən istər Fransanın, istərsə də digər Qərb dövlətlərinin nümayəndələri niyə bu məsələdə susurlar? Müvafiq açıqlamalar vermirlər? Birmənalı şəkildə bu düşünülmüş məsələdir ki, məhz sülh müqaviləsinin imzalanması gecikdirilsin. Status-kvo necə idisə, elə də qalsın".
Deputat bildirib ki, Rusiya Azərbaycan və Ermənistan arasındakı imzalanması mümkün olan sülh müqaviləsində vasitəçi rolunu oynamaq istəyir:
"Son vaxtlar Nikol Paşinyanın verdiyi absurd bəyanatlar və Ermənistan XİN-in açıqlamaları göstərdi ki, bu və digər şəkildə sülh müqaviləsinin imzalanması gecikdirilsin. Həm Qərb, həm də Rusiya çalışır ki, burada vasitəçi rolunu öz missiyası kimi qəbul etsinlər və burada iştirak etsinlər. O cümlədən Azərbaycanın yürütdüyü müstəqil daxili və xarici siyasət bu gün Ermənistanı tam şəkildə qane etmir və buna görə bu proseslər baş verir. Aydındır ki, hər dəfə atəşkəs pozulduqca Azərbaycan buna adekvat cavab verəcək. Çünki bizim suverenliyimizə, ərazi bütövlüyümüzə çevrilmiş istənilən təhdidin qarşısı artıqlaması ilə alınacaqdır. Buna görə də Qərb, eyni zamanda Rusiya və digər dövlətlər də düşünməlidir ki, bizim suverenliyimiz bizim üçün çox mühümdür. Buna görə də bu proseslərdə sülh müqaviləsinin imzalanması prosesinə mane olmaq imkansızdır. Burada Zəngəzur dəhlizi ilə bağlı verilmiş açıqlamalar, son vaxtlar Qırmızı dənizdə baş vermiş hadisələr, logistik daşımalar təhlükəsizliyin təminatı kimi Azərbaycan ərazisinə keçərək Orta Dəhlizin işlənməsi prosesi bu məsələlərdəndir. Bundan başqa, məlumdur ki, fevral ayının 24-də Rusiya və Ukrayna arasında başlanmış müharibənin ildönümüdür. Nəyin bahasına olursa olsun, bir-birlərini günahlandıran dövlətlər, daha doğrusu Rusiya və Ukrayna yaxud onun arxasında duran Qərb bu proseslərdə maraqlıdır ki, regionda stabillik pozulsun və birbaşa Rusiyanı günahlandırsınlar. Bir sözlə, bütün baş verən proseslərdə əsas məqam Rusiyanı regiondan uzaqlaşdırmaq, onun təsirini azaltmaq, Azərbaycanın müstəqil siyasətinə mane olmaq və bunu da həyata keçirmək üçün Ermənistandan bir vasitə kimi istifadə etməkdir".
Mövzu ilə bağlı azxeber.com-a danışan politoloq Natiq Miri də söyləyib ki, Qərb yenidən Cənubi Qafqaz uğrunda Rusiya ilə qarşıdurmaya maraqlıdır:
Ermənistan sərhəddə təxribata əl atdı - Fransa və ABŞ yeni müharibə istəyir"Bir tərəfdə AŞPA prezidentinin Azərbaycan Prezidenti cənab İlham Əliyevə təbrik zəngi və bu kontekstdə Brüsseldə növbəti dəfə Azərbaycan-Ermənistan rəhbərlərinin görüşü ilə bağlı xahişi məsələsi gündəmdədir. Çox maraqlıdır ki, biz bu hadisədən dərhal sonra Rusiya tərəfindən verilən açıqlamaları gördük. Son hərəkətlənmə göstərir ki, yenidən Qərb Cənubi Qafqaz uğrunda Rusiya ilə qarşıdurma yaradacaq. Rusiyanın dolayısıyla dərhal buna cavab olaraq açıqlama verməsi göstərdi ki, Azərbaycan və Ermənistan rəhbərliyinin Rusiyada deyil, məhz Avropa Birliyinin göbəyində növbəti dəfə görüşmə ehtimalı Rusiyanı o qədər də məmnun etmir. Bu səbəbdən də məsələləri bu aspektdən dəyərləndirsək, əlbəttə ki, bu atəşkəsin xarici amillər nəticəsində ortaya çıxdığını idda etmək olar. Bundan başqa, bir də məsələyə yalnız atəşkəs fonunda yanaşmaq doğru deyil, çünki hansısa sərxoş vəziyyətdə olmuş əsgərlərin kütləvi sağa-sola atəş açması hadisəsi deyil. Bu, konkret snayperin öldürmək və yaralamaq üçün məqsədyönlü bir atışıdır. Erməni hərbçilərin bu addımı sifarişlə icra edilib.
Demək ki, bunun arxasında siyasi və geosiyasi niyyətlər mövcuddur. Bu atəş açan əsgərin terrorçu qrup "Yelkrafa" qruplaşmasına aid olduğu diqqət çəkir. Bu, bir terror təşkilatıdır. Zamanında Ermənistanın sabiq prezidenti Serj Sarkisyan tərəfindən onların rəhbərliyi daxil əksəriyyəti həbs edilmişdi. Məhz Nikol Paşinyanın sayəsində "Yelkrafa" və rəhbərliyi həbsdən azad olundu. Onların fəaliyyətinə və açıqlamalarına diqqət etsəniz, bu qruplaşma Rusiyanı qəbul edəcək bir təşkilat deyil. Rusiya ilə Ermənistanın yaxınlaşmasını istəməyən bir qruplaşmadır. Bu qruplaşmanı Fransada və ABŞ-də faəliyyət göstərən kriminal erməni qruplaşması maliyyələşdirir".
Siyasi şərhçi əlavə edib ki, Ermənistan Azərbaycan əsgərini yaralayan əsgəri cəzalandırılmasa, deməli özü bu işin arxasında durub:
"Bu gün Ermənistan cəmiyyətində baş verən böyük qütbləşməyə səbəb olan digər bir hadisə Baş nazir Nikol Paşinyanın yeni Konstitusiyanın qəbulu ilə əlaqədar açıqladığı fikirlərdir. Çünki Paşinyan revanşist-müxalif qüvvələrə ciddi bir fikir, ideya verib ki, bunu indiki vəziyyətdə revanşist qüvvələr Nikol Paşinyan hökumətinin əleyhinə istifadə etmək istəyir. Sözügedən Konstitusiya dəyişikliyinin Azərbaycan və Türkiyənin birbaşa sifarişi olduğunu bəyan etməklə və bu baş verərsə, gələcəkdə Qarabağ kimi Ermənistanın da itirilməsi ilə nəticələnəcəyi ilə əlaqədar Ermənistanın ictimai rəyində bir kütləvi xof yaradır. Bununla bağlı müəyyən hazırlıqlar gedir ki, növbəti dəfə bu siyasi hakimiyyəti istefaya göndərmək üçün erməni xalqını küçələrə tökmək istəyir. Buna görə də Nikol Paşinyan hökuməti ilə müxalif qüvvələr arasında ictimai fikir uğrunda ciddi bir mübarizə gedir. Bir tərəfdə Paşinyanın funksionerlərini aldatmağa çalışırlar ki, Ermənistan dövlətinin gələcəyi Konstitusiyanın dəyişikliyi və təhlükəsizliyin legitimləşməsindən keçir. Bir də ölkə daxilində müxalifətin əks arqumentləri mövcuddur. Düşünürəm ki, ola bilsin Ermənistan hakimiyyəti bunun alternativinin növbəti bir böyük müharibə olduğunu və bunun da böyük itkilərlə nəticələnəcəyini erməni cəmiyyətinə ötürməkdən ibarət ola bilər. Çünki Azərbaycan düşmənə adekvat cavab verdi, postları darmadağın oldu və növbəti dəfə ermənilərin ciddi itkilərinin olduğu haqda informasiyalar tirajlandı. Əgər Ermənistan dövləti yaxın zaman çərçivəsində Azərbaycana atəş açan əsgəri məsuliyyətə cəlb edib, bunun hardan sifariş edildiyini müəyyənləşdirməsə, demək ki, bu məsələnin arxasında bilavasitə Ermənistanın özü durub".
Siyasi şərhçi Azər Niftiyev azxeber.com-a bildirib ki, Azərbaycanın Ermənistanın növbəti təxribatına cavabı gecikməyib:
Ermənistan sərhəddə təxribata əl atdı - Fransa və ABŞ yeni müharibə istəyir"Qisas əməliyyatı" çərçivəsində Ermənistan tərəfi 1 Azərbaycan əsgərinin yaralanmasının bədəlini ağır formada ödədi - 4 hərbçisi məhv edildi.
Ermənistan rəhbərliyi təcrübədən bilirdi ki, ölkəmiz bu təxribat cəhdi ilə barışmayacaq.
"Bəs bu halda niyə bu təxribata getdilər?" sualına isə şərhçi belə cavab verib: 
Rəsmi İrəvanın ölkəmizi "sərhəddə eskalasiyada və danışıqlar prosesini pozmaqda" ittiham etməsi, bu təxribatçı cəhdini öz boynundan atmağa çalışması hadisənin arxasında hərbi deyil, məhz siyasi hədəf və səbəblərin dayandığını söyləməyə əsas yaradır.
Regionun geosiyasi mübarizəsi fonunda Paşinyan iqtidarının ABŞ və Fransadan gələn tapşırıqları və təlimatları qeyd-şərtsiz yerinə yetirməsi təxribatın dəqiq kordinatını müəyyən edir.
Qərb nəyə nail olmaq istəyir?
1. Bu ilin yanvarından əsas tərkibi kəşfiyatçılardan ibarət olan EUMA adlı Avropa İttifaqı missiyasının bölgədə daha uzun müddət qalmasına nail olmaq, bunun üçün zəmin hazırlamaq;
2. ABŞ-dakı seçkilər öncəsi nüfuzu yerlə bir olan Bayden komandasına erməni lobbisinin dəstəyini təmin etmək;
3. Azərbaycanı müstəqil və balanslaşdırılmış diplomatik siyasət kursundan imtinaya təhrik etmək;
4. İraq, Liviya və Əfqanıstanın ardınca Ukraynada itirdiyi mövqeyini növbəti regionda canlandırmaq və Cənubi Qafqazda münaqişə ocağı yaratmaq.
Mikayıl Mirzəzadə
Yazı Medianın İnkişafı Agentliyinin "Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük "Vətən Müharibəsi"ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması" mövzusunda dərc edilib.
Ermənistan sərhəddə təxribata əl atdı - Fransa və ABŞ yeni müharibə istəyir

Siyasi     Baxılıb: 87   Tarix: 14 fevral 2024
f Paylaş

Oxşar xəbərlər

İlham Əliyev Fələstinin yeni səfirinin etimadnaməsini qəbul ETDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 15-də Fələstin Dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Əhməd Metaninin etimadnaməsini qəbul edib. KONKRET.azxəbər verir ki, səfi

Paşinyan Ərdoğanın yanına niyə gedir? – Sülh müqaviləsi ilə bağlı kritik detalları müzakirə edəcək

Ermənistanın baş naziri Nikol Paşinyanın 20 iyun tarixində Türkiyəyə rəsmi səfəri gözlənilir. Səfər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə baş tutur. xəbər verir ki, Ermənistanın 24News nəşri diplomatik mənbələr

Pənah Hüseyn Azərbaycan Xalq Partiyasının sədrliyindən istefa verib

Pənah Hüseyn Azərbaycan Xalq Partiyasının sədrliyindən istefa verib. xəbər verir ki, bu barədə o sosial şəbəkədəki hesabında yazıb. Bildirib ki, sədr səlahiyyətlərinin müvəqqəti icrası sədrin müavini Qiyas Sadıqova həval

Türkiyə ilə Azərbaycanın arasını vurmaq istəyənlər var - SƏFİR

Bu gün Türkiyənin Azərbaycandakı səfirliyində Mətbuat Şurası İdarə Heyətinin üzvlərilə görüş keçirilib. xəbər verir ki, Türkiyənin Azərbaycandakı səfiri Birol Akgünin iştirakı ilə keçirilən görüşdə iki qardaş ölkənin medi

Ceyhun Bayramov: Azərbaycan ərazisindən qonşu və dost İrana qarşı istifadə edilməsi mümkün deyil

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İranın xarici işlər naziri Seyid Abbas Ərağçi arasında telefon danışığı baş tutub. xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat paylaşıb. Telefo

Azərbaycan HDQ-nin gəmiləri 'Xəzri-2025' birgə taktiki təlimi üçün yola düşüb - FOTOLAR

Azərbaycan HDQ-nin gəmiləri "Xəzri-2025" birgə taktiki təlimi üçün yola düşüb. xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Azərbaycan və Qazaxıstan respublikalarının Müdafiə nazirlikləri arasınd

İsraili əbədi rüsvayçılıq gözləyir

İsrailin Kirmanşah şəhərindəki xəstəxanaya zərbə endirməsi beynəlxalq hüququn pozulması və müharibə cinayətidir. xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqai deyib. "Təcavüzkar İsrail Kirmanşahdak

Ərdoğan Azərbaycanı təbrik etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 15 İyun – Milli Qurtuluş Günü münasibətilə Azərbaycanı təbrik edib. xəbər verir ki, bu barədə Türkiyə lideri sosial şəbəkə hesablarında paylaşım edib. "Obamız, yuvamız, göz bəbəyimi

Prezident İlham Əliyev Britaniya Kralını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət II Çarlza təbrik məktubu ünvanlayıb. xəbər verir ki, təbrikdə deyilir:. "Əlahəzrət,. Böyük Britaniya və Şimali İrlandiya Birləşmi


yeni xeberler son xeberler azerbaycan xeberleri beynelxalq bank mezenne bugunun xeberleri bu gunun xeberleri haqqinda melumat cəbhədən son durum