"Ermənistan sülh müqaviləsinin yeni variantını Azərbaycana təhvil verəcək" - Qriqoryan
Ermənistan sülh müqaviləsinin yeni variantını Azərbaycana təhvil verəcək.
KONKRET.az xəbər verir ki, bu barədə çərşənbə axşamı keçirilən brifinqdə respublikanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan məlumat verib.
O bildirib ki, Ermənistan hökuməti hazırda Azərbaycanla sülh sazişi layihəsinin yeni variantı üzərində işləyir və yaxın vaxtlarda onu Bakıya təhvil verəcək.
"Ermənistan tərəfi təklif etdiyi sülh sazişinin mətninə cavab alıb. Bu, davam edən prosesdir. İndi erməni tərəfi işləyir və biz mətni tezliklə Azərbaycan tərəfinə ötürəcəyik", – deyə Qriqoryan bildirib.
Onun sözlərinə görə, "mətnin ötürülməsi"nin necə baş tutacağını hələ bilmir, lakin o, ictimaiyyətə məlumat verəcəyini vəd edib.
Daha sonra Qriqoryan Ermənistanın Qarabağdakı erməni icması ilə Bakı arasında dialoq mexanizminin yaradılması üzərində işlədiyini deyib.
Xuraman Etibarlı,
KONKRET.az

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir