Ermənistan TƏŞVİŞDƏ: Əsgərlərin gizlətdiyi silahlar İrəvana tuşlanır
Ermənistanın hərbi polisi Dağlıq Qarabağdakı hərbi əməliyyatlarda iştirak edənləri onlara verilmiş silahları təhvil verməyə çağırıb.
Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Erməni tərəfinin açıqlamasında bildirilib ki, sözügedən şəxslər silahları könüllü təhvil verəcəkləri halda cinayət məsuliyyətinə cəlb olunmayacaqlar.
Ermənistan hərbi polisinin sözügedən açıqlaması bu ölkədə tüğyan edən acınacaqlı vəziyyəti və özbaşınalığı bir daha nümayiş etdirib. Belə ki, ordumuzun sarsıdıcı zərbələri nəticəsində pərən-pərən düşən erməni ordusu mərkəzləşmiş idarəetmədən tamamilə məhrum olub.
Belə olan halda isə əsgərlərin silahla təmin olunması məsələsində özbaşınalıq yaranıb. Açıqlamadan bəlli olur ki, erməni tərəfi yalnız səfərbərliyiə cəlb olunan əsgərlərin deyil, eyni zamanda yoldan ötən hər kəsin əlinə silah verərək cəbhəyə göndərməyə çalışıb.
Dünya praktikasında səfərbərlik zamanı hərbçilərə verilən silahların dəqiq qeydiyyatı aparılır. Ermənistan tərəfinin bu gün hərbçilərdən silahları könüllü təhvil verilməsini tələb etməsi isə bu ölkədə döyüş əməliyyatları zamanı yaranmış təşvişi, məğlubiyyət qorxusunu, həmçinin bunun nəticəsində hətta qeydiyyat işlərinin belə aparılmadığını göstərir.
Bundan əlavə, Qarabağda döyüşməyə gələn ermənilərin kriminal məqsədlərlə də silahları gizlətməsi istisna edilmir. Hələ cəbhədə gərgin döyüşlərin getdiyi vaxtda belə ermənilərin döyüş bölgəsindən Ermənistana çox sayda silahları gizli yollarla daşıması faktı yerli mətbuatda işıqlandırılmışdı.
Kriminal ünsürlərin bir zamanlar at oynatdığı Qarabağ ərazisi artıq ordumuz tərəfindən təmizləndiyi üçün bu cinayətkar dairələrin yeni məskəni elə Ermənistanın öz ərazisi olacaq. Bir zamanlar Ermənistan liderlərinin ciblərini doldurmaq üçün göz yumduğu bu qrupların Qarabağdan gizli gətirilmiş silahları kimə qarşı istifadə edəcəyi isə bəllidir. Bu qruplara Ermənistanın hərbi polisinin açıqlamasında göstərildiyi kimi, Dağlıq Qarabağda vuruşan və silahlarını təhvil verməyən, gizlədən insanları da əlavə etsək, yaxın gələcəkdə bu ölkədə sabitliyin bərqərar olmayacağını əminliklə demək olar. / "Oxu"
Kurslar.az kurslar [newsid: 0-123300]

Premyer Liqa: VI tura bu gün iki oyunla yekun vurulacaq
Sumqayıtda 67 yaşlı kişi bıçaqlandı: Həyat yoldaşı saxlanıldı
Bakıda bu şirkətə 16 min dollar cərimə yazıldı
"Neftçi"nin tanınmış futbolçusu vəfat etdi - FOTO
"Trabzonspor" "Qalatasaray"ı darmadağın edib
Elçin Yusubov Qarabağ bölgəsinin Rumıniya regionları ilə əlaqələrinin qurulmasını müzakirə edib - FOTOLAR
Prezident keçmiş futbolçunu fəxri diplomla təltif etdi
İllər sonra açılan "Kurtlar Vadisi" sirri - Kozinoğlu obrazını canlandıran aktyor İLK DƏFƏ DANIŞDI
66 yaşlı kişini motosiklet vurub öldürdü
Ərdoğan sabah ABŞ-yə səfər edəcək
Məşhur aktrisa vəfat edib
Üçü Bakıda, biri İrəvanda - O biri isə qəbiristanlıqda... - FOTO
"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il keçir
Hikmət Hacıyev və Almaniya səfiri ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər
Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur