Ermənistan Türkiyə ilə hava əlaqələsinin bərpası fonunda turist axınının artacağını gözləyir - FOTO
Ermənistan Türkiyə ilə hava əlaqələsinin bərpası fonunda turist axınının artacağını gözləyir - FOTO
İrəvandakı "Vernisaj" bit bazarında sənətkarlar, həmçinin kiçik mağaza və butik sahibləri Türkiyə ilə hava əlaqələrinin bərpası fonunda Ermənistan paytaxtına turist axınının artacağını gözləyirlər.
"Anadolu"nun müxbirləri "Vernissaj"da mağaza sahibləri ilə söhbət edib.
Bazarda suvenir alverçisi olan Zorik Qalıstyanın sözlərinə görə, əvvəllər Türkiyədən müştəriləri olub, lakin bu gün uçuşların bərpası və normallaşma prosesi fonunda vəziyyət fərqlidir.
"Mən ölkəmin vətəndaşı kimi hesab edirəm ki, Türkiyə ilə sərhədin açılması Ermənistan hökumətinin və dövlətinin maraqlarına uyğundursa, o zaman açılmalıdır", - deyə o, bildirib.
Eyni zamanda o, Türkiyə ilə uçuşların bərpasının yerli bazarı canlandıracağına əminliyini ifadə edib.
Əntiq əşyalar və gümüş əşyalar alveri ilə məşğul olan Nazar Aroyan altı il əvvəl Suriyadan Ermənistana köçüb. Türk dilini də bilən Aroyan İrəvanla İstanbul arasında uçuşların bərpasını "gözəl həll yolu" adlandırıb.
"Turistlər gələndə iş daha çox olur və biz qazanırıq. Ümidvaram ki, yenidən dost ola bilərik və keçmişi unuda bilərik", - deyə Aroyan bildirib.
Kurslar.az kurslar [newsid: 0-123300]

"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi
Qazancına görə bütün futbolçuları geridə qoydu
Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu
Beyləqanda müəllim komaya düşüb öldü - Foto
Gəncədə beşaylıq körpə ölüb
Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
Qara dənizdə hücuma məruz qalan gəmidəki azərbaycanlıların aqibəti bəlli oldu - Rəsmi
İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
Prezident İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib
Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu
DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
BDYPİ sürücülərə xəbərdarlıq etdi
Şahdağ və Kəlbəcərə qar yağıb
Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
"Eşref Tek" nə vaxt yayımlanacaq?