"Ermənistan Türkiyədə hakimiyyət dəyişikliyinin baş verəcəyinə ümid edir" - Politoloq

"Ermənistanın belə təxribatlara əl atmasının əsas hədəfi sülh razılaşmasının şərtlərinin deyil, atəşkəs məsələsinin gündəliyə çıxarılmasıdır"
Bu sözləri azxeber.com-a açıqlamasında politoloq Anar Əliyev deyib.
"Mayın 1-dən 4-nə qədər Azərbaycan və Ermənstan xarici işlər nazirləri arasında sülh müqaviləsinin  imzalanması istiqamətində müzakirələr həyata keçirildi. Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun açıqlamasına və ABŞ mətbuatının yazdığına görə bir sıra məsələlərdə müəyyən qədər irəliləyişlər əldə olundu. Vaşinqton danışıqlarında bir addım da irəliyə gedildi. Ancaq çox təəssüf ki, bu danışıqlardan qısa bir müddət sonra Ermənistan tərəf növbəti təxribatlar törətməklə münasibətləri gərginləşdirmək və əldə olunan razılaşmaları sıfırlamağa çalışır. Bu təsadüfi deyil. Bu günə qədər əldə olunmuş razılaşmalardan sonra Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək əvəzinə münasibətlərdə gərginliklər,  öhdəliklərdən yayınma imkanı formalaşdırmağa çalışır. Biz bunu bir neçə dəfə müşahidə etmişik".
Anar Əliyev 2022-ci il  31 avqust tarixli Brüssel görüşünü xatırladaraq, Ermənistanla Azərbaycan arasında çox ciddi müzakirələr və bu müzakirələr nəticəsində uğurlu gedişlər əldə olunduğunu söyləyib:
"Ermənistana üzərinə götürdüyü öhdəliklərlə bağlı vaxt məhdudiyyəti qoyulmuşdu. 
Bu vaxt məhdudiyyəti çərçivəsində Ermənistanla Azərbaycan xarici işlər nazirləri arasında görüş keçirilməli və ilkin razılıq mətni razılaşdırılmalı idi. 
Təəssüf ki, həmin görüşdən qısa bir müddət sonra 12-13 sentyabr Ermənistan tərəfindən təxribatlar törədildi. Sülh gündəliyi sıfırlanmış oldu. Bu görüşdən sonra da 14 may liderlər arasında planlaşdırılan görüş ərəfəsində Ermənistanın belə təxribatlara əl atmasının əsas hədəfi sülh razılaşmasının şərtlərinin deyil, atəşkəs məsələsinin gündəliyə çıxarılmasıdır.  Bununla da Ermənistan tərəfi və Ermənistanın havadarları prosesləri bir qədər də uzatmağa çalışırlar".
Politoloq bildirib ki, Ermənistanın əsas hədəfi Türkiyədə 14-may tarixində keçiriləcək seçkilərin nəticəsində onların  ümid etdiyi  hakimiyyət dəyişikliyinin baş tutmasıdır: 
"Ermənistan hesab edir ki, 14-maydan sonra Türkiyədə hakimiyyət dəyişikliyi baş verəcək.
Onların tapşırığı əsasında davranışlar nümayiş etdirən komanda hakimiyyətə gələcək. Bundan sonra Türkiyənin Azərbayacana dəstəyi açıq şəkildə zəifləmiş olacaq. Türkiyədən açıq dəstək ala bilməyən Azərbaycana daha böyük təzyiqlər etməklə, Ermənistanın və havadarlarının maraqlarına  uyğun razılaşmalar əldə oluna biləcək. Hesab edirəm ki, başlıca hədəf bundan ibarətdir. Ona görə də mümkün qədər prosesləri uzatmaq üçün belə təxribatlar əl atırlar.  Ermənistanın belə təxribatlara getməsi onu gösətirir ki, məqsəd böyükdür. Bu məqsədlər təəssüf ki, bölgə xalqlarının, Ermənistan xalqının belə gələcək maraqlarına xidmət etmir".
Şəbnəm Zahir

Siyasi       Tarix: 14 may 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. xəbər verir ki, Cəbrayıl, Qubadlı v

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. xəbər verir ki, təbrikdə deyilir:. "Möhtərəm cənab Prezident, 8 noyabr - Zəfər Günü Azərbaycan torpaqlarının işğaldan aza

Ərdoğanın səfəri hansı mesajları verir? – Politoloqdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana səfər etməyi planlaşdırır. Son günlər Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı sosial şəbəkələrdə müxtəlif müzakirələ

Bu gün Azərbaycanda Zəfər Günüdür

Bu gün Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı tarixi Qələbənin altıncı ildönümü - Zəfər Günü qeyd olunur. xəbər verir ki, Zəfər Günü Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin 2020-c

Prezident qanuna dəyişiklikləri təsdiqlədi

Azərbaycan Prezidenti İlham Əliyev "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb. xəbər verir ki, Milli Məclis tərəfində

Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:. "Zati-aliləri,

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı 

ABŞ, Azərbaycan və Ermənistan hökumətləri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsini sürətləndirmək məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar. -a istinadə

Ərdoğan hökuməti toplayır - Azərbaycan səfəri

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə bu gün Beştəpədə Nazirlər Kabinetinin toplantısı keçiriləcək. nocommentaz-a istinadən bildirir ki, hökumətin iclasında əsas müzakirə mövzularından birinin milyonlarl


son xeberler yeni xeberler azerbaycan xeberleri ən son xəbər en son xəbərlər bugün en sonxeber siyaseti xeberler bugun