"Ermənistan Ukrayna yolunu seçib və inadla sonunu yaxınlaşdırır"

" class="imgbcode" />Ermənistan hakimiyyəti öz ölkəsini Qərbə bir addım da yaxınlaşdırıb. Bunun faydası olacaqmı? Çətin ki olsun!
İrəvan hesab edir ki, Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu ratifikasiya etməklə Qərbdən çox fayda əldə edəcək. Əlbəttə, gör nə qədər nihilist və reallığı görməyəsən ki, belə yanlış addımlar atasan.
Baş nazir Nikol Paşinyanın rəhbərliyi ilə Ermənistan sonunu gözləyən ölkəyə çevrilib. Və bunun da əsas günahkarı kimi Rusiya ittiham edilir. İrəvan öz taleyi üçün məsuliyyəti həmişə Rusiyanın üzərinə qoyub.
Ona görə də indi bütün uğursuzluqlarının səbəbkarı kimi Moskva günahlandırılır. Canına birə düşən Nikol və onun komandası problemlərin həllini öz üzərlərinə götürmək xahişi ilə Avropa İttifaqı ölkələrini qapı-qapı gəzir.
Ermənistan Qərbə sadiqliyini nümayiş etdirmək üçün dəridən-qabıqdan çıxır, paralel olaraq hərbi cinayətlər və soyqırım törətməkdə ittiham etdiyi Azərbaycan və Türkiyəni bölgədə böyük təhdid kimi qələmə verməyə çalışır. İrəvan hazırladığı planının baş tutacağına arxayın görünür.
Rusiyalı ekspertlər hesab edir ki, bu, heç də belə deyil. Ermənistanın azca da olsa, şans yoxdur. Ermənistan Roma Statunu ratifikasiya etməklə Avropa Birliyinə üzv olmağa tələsir. Ancaq İrəvan hələ də avropalı dostlarından heç bir ciddi dividend almayıb. Çünki Qərb ancaq Azərbaycanın "təcavüzünü" pisləməklə məhdudlaşır. Fransa da xüsusiyyətləri böyük suallar doğuran zirehli texnika partiyasını təhvil verməklə erməni diasporunu razı salmağa cəhd edib.
Rus propaqandaçıların dediyi kimi, Rusiya ilə potensial dostluğu itirməyə dəyərdimi? Putin administrasiyasının cavabı bəllidir: Əlbəttə, yox. Amma Ermənistanda insanlar bunu ancaq zamanla başa düşəcəklər.
"Rəsmi İrəvanın son hərəkətləri açıq-aşkar anti-Rusiya xarakteri daşıyır və hər şey onun KTMT-dən çıxmasına doğru gedir, bundan sonra Ermənistanın təhlükəsizliyi yalnız NATO ölkələri ilə razılaşmaları ilə təmin olunacaq.
Ukrayna yolunu seçən Ermənistan inadla öz sonuna doğru irəliləyir. O, Bakının bütün tələblərini könüllü yerinə yetirməsə, sonu qanlı olacaq. Ancaq bu, onun seçimidir", – deyə hərbi blogger Yuri Podolyak vurğulayıb.
Bu fikirlə razılaşmamaq olmur. Rusiya təəssüf edir ki, uzun illər ortaq tarixlə bir-birinə bağlı olan ölkə bu gün ondan üz döndərir. Nikol və komandası başqalarının səhvlərindən dərs almaq istəmir, bu da o deməkdir ki, böyükmiqyaslı səhv buraxmağa az qalıb. Ən pisi isə odur ki, hakimiyyətdəkilərin səhvlərinin əvəzini sadə insanlar ödəyəcək.
KONKRET.az-ın ANALİTİK QRUPU
Qeyd: "Krılya imperii" analitik səhifəsindən istifadə edilib.

Siyasi       Tarix: 19 noyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Həsən Həsənov: "Ad çəkilir, amma konkret mənbə göstərilmir

"Ermənilər bizə qarşı bir söz deyəndə mənbə adı çəkmirlər". xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Media və Yayım Şurasının təşkilatçılığı ilə keçirilən "Qafqaz Albaniyasının irsinə tarixi baxış"

Azərbaycan Ordusu buna görə əməliyyatlara başladı – "3 il gözlədik, olmadı"

"Azərbaycan antiterror əməliyyatınadək kifayət qədər səbirli və təmkinli davranıb. Ermənistan, separatçı qüvvələr və onları dəstəkləyən tərəflərə dəfələrlə aydın mesajlar verib ki, məsələlər dinc yolla və qan tökülmədə

1990-cı illərdən 2023-ə: Qarabağda suverenliyin bərpasına gedən yol – TƏHLİL

1990-cı illərin əvvəllərindən etibarən Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğal siyasəti nəticəsində ölkənin beynəlxalq səviyyədə tanınmış ərazilərinin bir hissəsi işğal olunub, yüz minlərlə Azərbaycan vətəndaş

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır

Ermənistan Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Kristine Qriqoryan IV Bakı Təhlükəsizlik Forumunda iştirak edir. APA-ya istinadla xəbər verir ki, bu barədə Ermənistan mediası yazıb. Kristine Qriqoryanın bu axşam Ermənistan

Paşinyan TRIPP-lə bağlı məsələyə nöqtə qoydu: İkisi də Azərbaycanda olacaq

Ermənistanın Baş naziri Nikol Paşinyan "Tramp marşrutu"nun iki giriş və iki çıxışının Azərbaycanda olacağını bildirib. O, TRIPP-ın Azərbaycan sərhədindən başlayıb Azərbaycanın sərhədində bitəcəyini söyləyib. "Saziş

Biz birgə səylərlə çalışmalıyıq ki, TDT... - İlham Əliyev

Biz birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə, beynəlxalq təhlükəsizlik, beynəlxalq ticarət, enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları ilə əlaqədar məsələlərdə daha böyük rol oynasın. xəbər verir ki

Avropa bu məsələdə bir araya gələ bilmir – Mübahisələr getdikcə dərinləşir

Almaniya və Avropa İttifaqının daha 4 ölkəsi Madridin pandemiya dövründən qalan borcların ödənilməsini təxirə salmaq və Aİ büdcəsini yüz milyardlarla avro artırmaq təklifinə qarşı çıxıb. xəbər verir ki, Aİ-də təxminən 2 trilyo

Tramp İlham Əliyevdən sitat gətirdi

Ağ Evin rəhbəri Donald Tramp bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev İrəvan ilə Bakı arasındakı münaqişənin nizamlanmasında amerikalı həmkarının rolunu qeyd edib. xəbər verir ki, bu barədə Tramp Nyu-Yorkda BMT Ba

Ukrayna səfirliyi Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycanı təbrik edib

Ukraynanın Azərbaycandakı səfirliyi 20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə təbrik ünvanlayıb. xəbər verir ki, bu barədə diplomatik missiyanın rəsmi "Facebook" səhifəsində müvafiq paylaşım edilib. "Azərbaycan


son xeberler azerbaycan xeberleri yeni xeberler azerbaycan son xeber bugun sonxeberler son xeberler az metbuat xeberleri