"Ermənistan Xocalıda baş verənləri qondarma rejimin törətdiyini irəli sürür" - XİN

Ermənistan tərəfi Xocalı soyqırımına görə məsuliyyəti qəbul etmir.
KONKRET.az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov ADA universitetində Xocalı faciəsinin 30-cu ildönümü ilə bağlı konfransda deyib.
Nazir müavini bildirib ki, Ermənistanın Azərbaycana qarşı on illiklər ərzində davam etmiş təcavüzünün ən ağrılı səhifələrindən biri Xocalı faciəsidir.
"Müharibədən əvvəl bu şəhərdə 7 mindən çox insan yaşayıb, 1991-ci ilin oktyabrından etibarən bu şəhər erməni qüvvələri tərəfindən mühasirəyə alınmışdı.
1992-ci ildə fevralın 25-dən 26-na keçən gecə Xocalı sakinləri, dinc əhali xüsusi amansızlıqla öldürülüb. Həmin gecə 613 nəfər qətlə yetirilib, 1275 nəfər girov götürülüb, 487 nəfər bədən xəsarətləri alıb".
Nazir müavini qeyd edib ki, 150 nəfərin taleyi bu günə qədər naməlumdur, bu faciə nəticəsində 8 ailə tamamilə məhv edilib, 130 uşaq hər iki valideynindən birini, 25 uşaq hər iki valideynini itirib:
"Xocalıda baş verənlər etnik nifrətin bariz təzahürüdür. Baş verənlər insanlıq əleyhinə cinayət idi. Mülki insanların məqsədyönlü qırğını Ermənistanın dövlət siyasətində azərbaycanlılara qarşı yürüdülən etnik zəmində nifrət və irqi ayrı-seçkilik siyasətindən qaynaqlanan cinayət idi".
Elnur Məmmədov Xocalıda baş verənlərin BMT-nin soyqırımı konsepsiyası ilə bağlı müddəalara cavab verdiyini diqqətə çatdırıb.
O vurğulayıb ki, BMT sənədi 1948-ci ildə qəbul olunub, Azərbaycan bu sənədə 1996-cı ildə, Ermənistan isə 1993-də qoşulub:
"Bu konvensiya isə geriyə şamil olunmur. Bu prosedur xarakterli çətinlikdir. Digər çətinlik spesifik niyyətin sübut olunmaması ilə bağlıdır. Ermənistanın həmin əraziyə effektiv nəzarətinin sübut olunmaması da mümkün çətinliklər sırasındadır".
Nazir müavini onu da qeyd edib ki, Ermənistan hadisənin Ermənistan tərəfindən deyil, qondarma rejim tərəfindən törədildiyi, hadisənin Azərbaycanın özü tərəfindən törədilməsi ilə bağlı vicdansız iddialar irəli sürür:
"Ermənistan Xocalı soyqırımına görə məsuliyyəti qəbul etmir, bu isə hüquqi baxımdan vacib aspektdir".
Elnur Məmmədov çıxışında tarixdə törədilən soyqırımların müqayisəsinə də toxunub. O, Srebrenitsa qətliamı, Ruanda soyqırımı barədə məhkəmə prosesləri barədə danışıb.

Siyasi       Tarix: 23 fevral 2022
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə

Gürcüstan Patriarxlığının Azərbaycanın ərazisində yerləşən Kürmük məbədi ilə bağlı verdiyi son açıqlama Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq, tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir

Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik

27 Sentyabr – Anım Günündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizi dərin ehtiram, rəhmət və minnətdarlıqla yad edirik. Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin paylaşımınd

Qalibaf: İrana neft satmağa mane olunarsa, regionda başqa heç bir ölkə neft sata bilməyəcək

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf İranın regionda neft satışına mane olunacağı təqdirdə digər ölkələrin də həmin regionda neft sata bilməyəcəyini bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, "Mehr"

Vuçiç istefa verdi 

Serbiya Prezidenti Aleksandar Vuçiç ikinci prezidentlik müddətini başa vurmadan istefa verdiyini açıqlayıb. xəbər verir ki, Vuçiç növbədənkənar parlament seçkilərində hakim Serb Tərəqqi Partiyasının namizədi kimi baş nazi

FAKTI' Cənubi Qafqazda sülhə görə yalnız Paşinyanın mükafatlandırılması barədə: 'Bu, absurddur

Bolqarıstanın "Faktı" nəşri Cənubi Qafqaz regionunda sülhün bərqərar olmasına töhfə verdiyinə görə Hessen mükafatının Ermənistan hökumətinin başçısı Nikol Paşinyana verilməsinin əsaslılığının şübhə altına alındığ

2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək

Azərbaycan Respublikasının 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2027-ci il və sonrakı üç il üzrə iqtisadi və sosia

Kiyevdə həlak olan Abbasın nəşi Azərbaycana gətiriləcək

Xəbər verdiyimiz kimi, sentyabrın 27-də saat 22:00 radələrində Kiyev şəhərinə dron hücumu nəticəsində 1978-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Abbas Abbasov həlak olub. Azərbaycan Xarici İşlər Nazirliyini

Vətən müharibəsindən suverenliyə: Qarabağda tarixi dönüşün əsas mərhələlər

"27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarından sonra başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın təxminən 30 il işğal altında qalmış ərazilərinin böyük hissəsinin aza

İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 26-da Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı Azərbaycanın beynəlxalq əhəmiyyətli nüfuzlu idman tədbirlərinə


son xeberler azerbaycan xeberleri yeni xeberler sonxeber en son xeberler bu gun hava dunya xeberleri