Ermənistanda ARA QARIŞDI: Yollar bağlandı, baş qərargah rəisi HELİKOPTERLƏ QAÇDI - VİDEO

Ermənistanda ARA QARIŞDI: Yollar bağlandı, baş qərargah rəisi HELİKOPTERLƏ QAÇDI - VİDEOAzərbaycan DTX-sinın dekabrda yaxaladığı erməni terrorçuların yaxınları Şirak əyalətində yolu bağlayıb.
Axar.az-a istinadla erməni mediasına istinadla xəbər verir ki, aksiyaçılar Gümrü-İrəvan, o cümlədən Aşotsk və Vanadzor yolunu bloklayıblar.
Onlar bildiriblər ki, tələbləri birdir: doğmalarının geri qaytarılması.
Qeyd edək ki, 10 noyabr bəyanatından sonra Şirakdan Azərbaycanın Qarabağ bölgəsinə gələn erməni silahlıları DTX-nın antiterror əməliyyatı nəticəsində ələ keçiriliblər.
Trend-in xəbərinə görə, nazirliyin qarşısında etirazçıların toplaşması ilə əlaqədar baş qərargah rəisi Artak Davtyan ərazini helikopterlə tərk etməli olub.
Aksiyaçılar cavab alana qədər bölgəni tərk etməyəcəklərini bildiriblər.

Xatırladaq ki, ötən gün rus sülhməramlılarının rəhbəri Rüstəm Muradovun Azərbaycandan Ermənistanın "hərbi əsir", Azərbaycanın isə qanunsuz silahlı birləşmə üzvü və terrorçu saydığı şəxslərdən bəzilərini özü ilə Bakıdan aparacağı barədə məlumat yayılmışdı. Ermənistan hökuməti tərəfindən yayılan məlumat son anda yalan çıxdı. Məlum oldu ki, Erebuni hava limanına enən təyyarədə R.Muradovdan başqa heç kim yoxdur.
Azərbaycan məsələ ilə bağlı məlumat verməyib. İlkin ehtimala görə, Ermənistan son anda danışıqları pozduğuna, Qarabağda minalanmış ərazilərin xəritəsini vermədiyinə və hazırda Qarabağda saxladığı qanunsuz silahlıları çıxartmadığına görə razılaşmadan imtina edilib.
Ötən gündən isə itkin düşən erməni əsgərlərin ailələri Ermənistan MN-in binasını mühasirəyə alıb. Mühasirə hələ də davam edir. /publika.az

Dünya       Tarix: 09 aprel 2021
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

İrkutskda DƏHŞƏT: 5 nəfər diri-diri yanaraq öldü

Rusiyanın İrkutsk vilayətində baş verən yanğında 5 nəfər ölüb. Ölənlərdən üçü qadın, biri kişi, bir də 11 yaşlı uşaqdır. xəbər verir ki, İrkutsk vilayətinin Xomutovo kəndində taxta ikimərtəbəli yaşayış evində yanğın haqqınd

Azərbaycan ssenarisi Ukraynada... - Kortunov

ABŞ və digər NATO ölkələri Ukraynaya görə hərbi qarşıdurmaya girmək niyyətində deyil. -a istinadla xəbər verir ki, bunu Rusiya Beynəlxalq Əlaqələr Şurasının sədri Andrey Kortunov deyib. "Rusiya tərəfinin məqsədi Qər

İranda son sutkada koronavirusdan 41 nəfər öldü

İranda ötən sutka ərzində 1 510 nəfər koronavirusa (COVID-19) yoluxub, 41 nəfər ölüb. xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib. Bununla da İranda bu virusdan ölənlərin sayı 131 68

Bazar qiyməti 3 trilyon dolları keçən ilk şirkət açıqlandı

"Apple" şirkətinin səhmləri təxminən 3 %-ə yaxın artıb, şirkətin kapitallaşması ilk dəfə olaraq 3 trilyon ABŞ dollarını ötüb. Bu, tarixdə ilk dəfə olaraq şirkətin bazar qiymətinin bu həddi aşmasıdır. xarici KİV-

ABŞ-dan Gürcüstana tənqid: Narahatlıq doğurur

"Məhkəmə sistemi və ya müstəqil nəzarət orqanları kimi demokratik təsisatları zəiflədən addımlar Gürcüstanın NATO və Avropa İttifaqına daxil olmaq istəklərini sarsıdır". bu barədə ABŞ-ın Gürcüstandakı Səfirliyinin

Çin planları açıqladı: 2022-ci ildə kosmosa

Çin 2022-ci ildə tikilməkdə olan Tiangong Milli Kosmik Stansiyasına missiyalar da daxil olmaqla 40-dan çox kosmosa buraxılış həyata keçirməyi planlaşdırır. xəbər verir ki, bu barədə məlumatı Çin Aerokosmik Elm və Texnologiy

Tokayev gənclərə ÇAĞIRIŞ ETDİ: "Həyatınızı zəhərləməyin"

Xəbər verdiyimiz kimi Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hökumətin Manqistau vilayətində maye qazın qiymətinin aşağı salınması qərarından sonra nümayişçilərə müraciət edib. TASS-a istinadla xəbər verir ki, o, müraciətind

Tokayev hökuməti istefaya göndərdi - YENİLƏNDİ

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hökumətin istefasını qəbul edib. xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidmətinin yaydığı sərəncamda deyilir. Nazirlər Kabinetinin üzvləri hökumətin yeni tərkibi təsdi

NATO-Rusiya Şurasının iclası bu tarixdə keçiriləcək

Rusiya-NATO görüşü yanvarın 12-də keçiriləcək. xəbər verir ki, bu barədə "Röyters" agentliyi Şimal Alyansının rəsmi nümayəndəsinə istinadən məlumat yayıb. Görüşün yeri məlum deyil, lakin bunun münasibətlərin aydınlaşmas


yeni xeberler azerbaycan xeberleri son xeberler metbuat xeberleri valyuta mezennesi 2026 en sonxeber cəbhədən video