Ermənistanda bahalaşma tüğyan edir - Ərzağın qiyməti sürətlə qalxır

Ermənistanda bahalaşma tüğyan edir - Ərzağın qiyməti sürətlə qalxırErmənistanda ərzaq məhsullarının və digər gündəlik tələbat mallarının qiymətləri durmadan artır. Əhalinin yaşayış səviyyəsi aşağı düşüb, işsizlik səviyyəsi və inflyasiya xeyli artıb. Beynəlxalq təşkilatlar Ermənistanda qiymət artımının tüğyan etməsindən narahatdır və vəziyyətin çox ağır olduğunu bildirirlər.
Bu barədə Ermənistan mətbuatı ölkənin Statistika Komitəsinə istinadən yazıb.
Bildirilir ki, ölkədə qiymət artımı artıq ən yüksək həddə çatıb. Qlobal inflyasiya, kənd təsərrüfatı və sənaye məhsullarının istehsal olunmaması, pandemiya və müharibə səbəbindən Ermənistan çox ağır bir dövr yaşayır.
Ermənistan statistika komitəsinin məlumatına görə, iyul ayında ərzaq məhsulları və alkoqolsuz içkilərin qiymətləri 13,5 faiz artıb. Bu da 1990-cı ildən sonra ən yüksək göstəricidir. Bitki yağları və şəkər kimi idxal olunan digər malların qiymətləri son aylarda ikiqat artıb. Yerli məhsulların qiymətləri də istehlak səbətlərini ağırlaşdırır. Ermənistanda havaların isti keçməsi və quraqlıq da məhsul istehsalına mənfi təsir göstərib. İyul ayında çörəyin qiyməti 2020-ci ilin eyni dövrü ilə müqayisədə 8,6 faiz, ət 9,7 faiz, yağ 15,9 faiz, qənd 39,4 faiz, yumurta 51,3 faiz, konservləşdirilmiş süd 10,4 faiz, tərəvəz isə 53 faiz bahalaşıb.
Ermənistan Mərkəzi Bankının məlumatına görə, baza iflyasiyası iyul ayında 2020-ci ilin eyni dövrü ilə müqayisədə 8,1 faiz artıb və 2021-ci ildə ən yüksək göstərici olub. Bank qiymət balansının 4 faizlik həddə olacağını proqnozlaşdırır.
Bank gözləniləndən daha yüksək olan bu inflyasiyanı cilovlamaq üçün səkkiz ay ərzində 5-ci dəfə baza maliyyələşdirmə faizini artırıb. Bununla belə, bank "yüksək inflyasiya mühitinin" önümüzdəki aylarda da davam edəcəyini proqnozlaşdırır.
Bildirilir ki, ümumi daxili məhsul (ÜDM) istehsalı 2020-ci ildə həm pandemiya, həm də Azərbaycan ilə müharibə səbəbindən çox böyük zərbəyə məruz qalıb. 2020-ci ildə Ermənistan iqtisadiyyatı 7,6 faiz azalıb.
Ermənistandakı ağır vəziyyət beynəlxalq təşkilatların da diqqət mərkəzindədir. Beynəlxalq Valyuta Fondu cari ildə Ermənistanda ÜDM istehsalının cəmi 1 faiz olacağını proqnozlaşdırıb. İqtisadçı ekspertlərin fikrincə, bu da optimist qiymət ola bilər. Fondun hesablamalarına görə, qiymət artımı və inflyasiya cari ilin birinci yarısında pik həddə çatıb. Sonradan inflyasiya idarə olunacaq 4 faizlik səviyyəyə düşə bilər.
BMT–nin Ərzaq Proqramı və Kənd Təsərrüfatı Təşkilatı da Ermənistanda istehsalın azalacağını gözləyir. Təşkilatın proqnozuna əsasən 2021-ci ildə taxıl istehsalı orta səviyyədən də 30 faiz az, təxminən 208 min ton olacaq. Buğda istehsalının isə daha az - 120 min ton olacağı proqnozlaşdırılıb. Bildirilir ki, Ermənistan gələn il əvvəlkindən 20 faiz çox taxıl məhsulları idxal etməli olacaq. /publika.az

Dünya       Tarix: 16 avqust 2021
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

İsrail bu şəxslərə "yaşıl işıq" yandırdı - Ölkəyə daxil ola bilərlər

İsrail yanvarın 9-dan vaksinasiya olunmuş və ya COVID-19-dan sağalmış turistlərin ölkəyə daxil olmasına icazə verəcək. xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb. Bu, "narınc

İrkutskda DƏHŞƏT: 5 nəfər diri-diri yanaraq öldü

Rusiyanın İrkutsk vilayətində baş verən yanğında 5 nəfər ölüb. Ölənlərdən üçü qadın, biri kişi, bir də 11 yaşlı uşaqdır. xəbər verir ki, İrkutsk vilayətinin Xomutovo kəndində taxta ikimərtəbəli yaşayış evində yanğın haqqınd

Tacikistanda 4,2 bal gücündə zəlzələ oldu

Tacikistanda 4,2 bal gücündə zəlzələ baş verib. -ıın Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri əhalisi təxminən 11 min nəfər olan Murqob şəhərindən 69 kilomet

Bu ay Yer kürəsində 6 maqnit qasırğası olacaq

Cari lilin yanvar ayının ortasında Yer kürəsinin sakinləri maqnit qasırğaları ilə üz-üzə qalmalı olacaqlar. xəbər verir ki, bu barədə P.N. Lebedeva adına Fizika İnstitutu məlumat yayıb. Belə ki, 11, 12, 15, 17, 18 yanva

Avropa iki aydan sonra qazsız qala bilər

"Avropanın şaxtalı hava və anbarlardakı mavi yanacaq ehtiyatlarının az olması səbəbindən yaxın iki ayda qazsız qalma riski var". xəbər verir ki, bu barədə "Bloomberg" nəşrində dərc edilən məqladə yer alıb

Çin imkansızı bacardı

Üçüncü Dünya müharibəsinə səbəb olacağı ehtimal edilən ABŞ, Rusiya və Çin arasında silahlanma yarışının sürətlənməsi gərginliyi artırır. Ağ Ev Pekinin son aylarda Pentaqonu şoka salan hərbi sınaqlarından sonra hərəkətə keçdi

Pentaqon rəhbəri koronavirusa yoluxdu

ABŞ Müdafiə naziri Lloyd Ostin koronavirusa yoluxub. xəbər verir ki, bu barədə Pentaqonun rəsmi saytında yerləşdirilmiş bəyanatda deyilir. Qeyd olunur ki, nazir məzuniyyətdə olarkən özündə koronavirusun əlamətlərini his

İranda son sutkada koronavirusdan 41 nəfər öldü

İranda ötən sutka ərzində 1 510 nəfər koronavirusa (COVID-19) yoluxub, 41 nəfər ölüb. xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib. Bununla da İranda bu virusdan ölənlərin sayı 131 68

ABŞ-dan Gürcüstana tənqid: Narahatlıq doğurur

"Məhkəmə sistemi və ya müstəqil nəzarət orqanları kimi demokratik təsisatları zəiflədən addımlar Gürcüstanın NATO və Avropa İttifaqına daxil olmaq istəklərini sarsıdır". bu barədə ABŞ-ın Gürcüstandakı Səfirliyinin


son xeberler azerbaycan xeberleri yeni xeberler hava durumu sou biznes hava haqqinda butun xeberler