Ermənistanda bir qrup hərbçi həbs edildi
Ermənistanda bu il noyabrın 16-da baş vermiş döyüşlərdə hərbi nizamnamə qaydalarını pozmaqda ittiham olunan bir qrup erməni hərbçi həbs edilib.
Publika.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə "Sputnik Ermənistan" məlumat yayıb.
Yerli İstintaq Komitəsinin məlumatında həmin gün saat 11:30-da döyüşlər zamanı müdafiə postunun komandiri, böyük və iki gözətçinin hərbi nizamnamə və döyüş növbətçiliyi qaydalarını pozduqları deyilir.
O cümlədən erməni hərbçilər postu tərk edərək qaçıblar. Ermənistan Silahlı Qüvvələrinin daha 24 hərbçisi mühasirəyə düşüb və Azərbaycan hərbçiləri tərəfindən əsir götürülüblər.
Cinayət işi çərçivəsində daha bir zabit həbs edilib. Məlum olub ki, batalyon komandirinin tədris hissəsi üzrə müavini olan mayor N.Y. batalyona həvalə olunmuş mövqenin başçısı olsa da, oranı tərk edib.

Neft yenidən ucuzlaşdı
ABŞ-nin F-16 qırıcısı qəzaya düşdü
Hüseyn əməliyyat olundu - Foto
Bu tarixdə Bakıda qaranlıq olacaq
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasına qatıldı
TDT-nin yeni strateji xətti: Təhlükəsizlikdən strateji tərəfdaşlığa
BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
Bu səlahiyyət Daxili İşlər Nazirliyinə həvalə olundu
Bəhlul Mustafazadə yenə əməliyyat olundu
Avropa Liqası: daha 9 oyun baş tutacaq
17 sentyabr - Ümumdünya Pasiyent Təhlükəsizliyi Günüdür
Tələbəni xaric etmək doğru deyil' - Deputat ADMİU-dakı qalmaqaldan danışdı
Karapetyanın ev dustaqlığı daha iki ay uzadıldı
"2 milyonum olsaydı, toyda oxumazdım" - Eldəniz Məmmədov
Ağdamda toyda dava: Xəsarət alan var