Ermənistanda həbslər başladı
Ermənistanda müxalif düşərgənin icma liderləri baş nazir Nikol Paşinyanın adamları tərəfindən sıxışdırılır.
Publika.az xəbər verir ki, bu barədə Ermənistanın "Joxovurd" nəşri yazıb.
Bildirilir ki, yerli özünüidarə seçkilərində 50 faizlik baryeri aşa bilməyən "Mülki müqavilə" Partiyasının üzləri müxalif düşərgədən olan rəqiblərini sıxışdırmaqla məşğuldurlar.
Hətta vurğulanır ki, dekabrın 9-da "Vahid Vardenis" blokunun merliyə namizədi Aram Arutyunyan həbs edilib. Bundan sonra digər blokun lideri Aharon Xaçatryanın həyat yoldaşına qarşı ittihamlar irəli sürülüb. O, gecə saatlarında saxlanılıb.
Bütün bunlarla yanaşı, dünən Vanadzorun keçmiş meri Mamikon Aslanyana qarşı təqiblər başlayıb. Onun bloku da bu seçkidə hakim "Mülki müqavilə" Partiyasından daha çox səs toplayıb. O, dünən həbs edilib.
Nəşrin yazdıqlarına görə, həbs və ya təqib edilən müxalif düşərgə mənsublarının siyahısı uzundur. Axuryan, Qoris, Noyemberyan, Vedi, Berd və başqa icmalarda da eyni repressiya zəncirinin olduğu vurğulanır.
Tural Turan
Xidmetler [newsid: 0-123300]

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək