Ermənistanda hökumətə inamsızlıq pik həddədir - Siyasilər xalqı yeni qüvvə axtarışına səsləyir
"2020-ci ildə indiki hakimiyyət ölkəni idarə etməkdə aciz olduğunu nümayiş etdirib. Bu bacarıqsızlıq həm pandemiya, həm də hərbi əməliyyatlar dövründə siyasi anarxiyaya səbəb olub".
KONKRET.az xəbər verir ki, bunu erməni politoloq Stepan Danielyan deyib.
Onun fikrincə, üç il əvvəlki müharibədə məğlubiyyətin səbəblərindən biri məhz böhranı idarə etmək bacarığının olmaması idi:
"Müharibənin başa çatması ilə də vəziyyət düzəlmədi. Ermənistan əhəmiyyətli dərəcədə artan təhlükələrlə üz-üzə qaldı, nəticədə erməni tərəfi böyük itki verdi. Bütün bunlar cəmiyyətdə mövcud hakimiyyətin imkanlarına və potensialına inamsızlıq mühiti yaradıb.
Bu gün Azərbaycan qoşunlarının Ermənistan sərhədi yaxınlığında cəmləşməsi, hərbi əməliyyatların yenidən alovlanması təhlükəsinin artması və Ermənistanın suverenliyinin sual altına düşməsi həmişəkindən daha aktualdır. Bir anlığa təsəvvür edək ki, vəziyyət ən pis ssenari üzrə inkişaf edir və biz ərazilərimizi itiririk. İnsanlar etiraz edərək İrəvanda küçələrə axışır, onda nə olacaq? Ona görə də hazırkı hökumət öz səriştəsizliyini bir daha sübut edəndə hansı siyasi qüvvənin məsuliyyəti öz üzərinə götürə biləcəyi ilə bağlı qərar vermək vacibdir", – deyə Danielyan bildirib.
Vəli Həsənov,
KONKRET.az

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Ərdoğan sabah Qarabağa gəlir
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Leyla və Arzu Əliyevalar 'Tut Əlimdən' Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər
Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında
Şahbuza qar yağır
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO
Kassaya çatana qədər cibimizə girirlər: Marketlərdəki tələ