Ermənistanda itkin düşən hərbçilərlə bağlı İZDİHAM: hökumət cavab vermir
Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin binası ətrafına toplaşan hərbi əsirlərin və itkin düşmüş şəxslərin valideynləri övladlarının taleyi haqqında məlumat verilməsi, onların sağ-salamat olmaları və yaxud ölmələrinin dəqiqləşdirilməsi üçün təsirli addımlar atmağı tələb edirlər.
Publika.az Ermənistan mətbuatına istinadla xəbər verir ki, 44 günlük müharibənin iştirakçılarından bir qrupunun valideynləri Xidmətin rəhbərliyi ilə görüş tələb ediblər. Onlar müvafiq strukturlara hərbçilərin cəsədlərini əks etdirən videolar təqdim etsələr də, bu müddət ərzində heç bir tədbirin görülməməsindən şikayətlənirlər. Valideynlər 11 ay ərzində müntəzəm olaraq bütün dövlət strukturları ilə əlaqə saxladıqlarını, Nikol Paşinyanın özü ilə görüşdüklərini, ancaq tutarlı nəsə eşitmədiklərini və heç kimin faktiki addım atmadığını söyləyirlər. Həmin valideynlərindən biri deyib: "Son məlumatlara görə, 244 nəfərin itkin düşdüyünü elan edirlər, lakin artıq heç kimə inanmırıq. Bu gün övladlarımızın taleyi ilə heç kimin maraqlanmadığının şahidi oluruq. Artıq səbrimiz tükəndi, çünki bütün strukturları ziyarət etdik, amma konkret heç nə yoxdur. Hər dəfə söz verəndə deyirlər: get, biz hər şeyi edəcəyik, amma 9 aydır ki, heç nə etmədiklərinin şahidi oluruq".
İtkin düşmüş hərbçilərin valideynləri Nikol Paşinyanla son görüş barədə də danışıblar: "Sonuncu dəfə görüşəndə Baş nazir heyrətamiz bir açıqlama verdi. Dedi ki, bəlkə də uşaqlarımız Azərbaycanda əsirdir, amma geri qaytarılmasa nə etməliyəm?".

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək