Ermənistanda müharibə hazırlığı başladı
Hindistanın artilleriya sistemləri istehsalçısı "Bharat Forge" özüyeriyən MArG 155 haubitsalarının Ermənistana çatdırılacağını açıqlayıb. Bu hərbi texnikaların xüsusən dağlıq ərazilərdə effektiv olduğu bildirilir.
KONKRET.azxəbər verir ki, mövzu ilə bağlı Globalinfo.az-a danışan hərbi ekspert Ədalət Verdiyev qeyd edib ki, Ermənistanın yenidən silahlanmaya ciddi vəsaitlər ayırması onun sülh müqaviləsinin imzalanmasına hazırlaşmadığını göstərir:
"Hindistan və Fransadan müdafiə silahları aldığını elan edən rəsmi İrəvana eyni zamanda hücum xarakterli silahların da çatdırıldığının şahidiyik. Bu bir daha onu göstərir ki, Ermənistan regionda sülhün əldə edilməsində maraqlı deyil. O, yaxın perspektivdə hücum silahları arsenalını gücləndirmək və bununla da Azərbaycana qarşı təxribatlara, toqquşmalara münbit şərait yaratmaq niyyətindədir".
Hərbi ekspertin fikrincə, alınan silahların miqyası rəsmi İrəvana Vətən müharibəsində itirdiyi silah və texnikaların yerini doldurmağa, eyni zamanda Azərbaycanla güc balansında müsbət dəyişikliyə imkan vermir:
"30 illik işğal tarixi olan ölkənin yenidən silahlandırılması həm Fransa, həm də Hindistanın Qafqazda sülhə, sabitliyə zərbə vurmaq, mümkün sülh danışıqlarını sıfırlamaq məqsədini göstərir. Rəsmi İrəvanın bu fəaliyyəti istənilən halda Azərbaycan tərəfindən adekvat cavab tədbirləri ilə qarşılanacaq. Heç şübhəsiz, Ermənistanın silah-sursatı, digər ölkələrdən alınan hərbi texnikaları ordumuzun şəxsi heyətinin həyat və sağlamlığına təhdid yaradacağı məsafəyə yaxınlaşdıqda onlar qətiyyətlə məhv ediləcək".
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda
Leyla və Arzu Əliyevalar 'Tut Əlimdən' Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər
Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında