Ermənistanda Nazirlər Kabineti istefa verir, bundan sonra nə olacaq? - Erməni jurnalistdən açıqlama

Ermənistanda Nazirlər Kabineti istefa verir, bundan sonra nə olacaq? - Erməni jurnalistdən açıqlamaİyunun 7-də keçirilən parlament seçkilərinin nəticələrinə əsasən yeni Nazirlər Kabinetinin formalaşdırılması ilə əlaqədar Ermənistan hökuməti avqustun 2-də istefa verəcək. Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin bugünkü iclasında məlumat verib.
Baş nazir xatırladıb ki, parlamentin yeni tərkibdə ilk iclasının keçirildiyi gün mövcud hökumət istefa verir. Onun sözlərinə görə, bundan sonra Ermənistan Prezidenti parlamentdə çoxluğa malik siyasi qüvvənin namizədini baş nazir vəzifəsinə təyin edəcək.
Qeyd edək ki, iyunun 7-də keçirilən parlament seçkilərində Paşinyanın rəhbərlik etdiyi hakim "Vətəndaş müqaviləsi" Partiyası qalib gəlib və yeni hökuməti müstəqil şəkildə formalaşdırmaq hüququ əldə edib.
Tanınmış erməni bloger və jurnalist Natali Aleksanyan azxeber.com-a açıqlamasında deyib ki, bunun əsas məqsədi seçkilərin nəticələrinə uyğun olaraq yeni hökumətin formalaşdırılmasını təmin etməkdir:
Ermənistanda Nazirlər Kabineti istefa verir, bundan sonra nə olacaq? - Erməni jurnalistdən açıqlama"Hökumətin parlament seçkilərindən sonra istefa verməsi ilk növbədə hüquqi və konstitusion prosedurdur. Bunun əsas məqsədi seçkilərin nəticələrinə uyğun olaraq yeni hökumətin formalaşdırılmasını təmin etməkdir. Referendum məsələsinə gəlincə, bildiyim qədərilə hökumətin istefası özlüyündə referendumun keçiriləcəyi anlamına gəlmir. Gələcəkdə bu istiqamətdə hər hansı qərar qəbul olunarsa, bu barədə Ermənistan Respublikasının Konstitusiyasına və qüvvədə olan qanunvericiliyə uyğun şəkildə rəsmi məlumat veriləcək". 
"Hesab edirəm ki, ən vacib məqam hər bir ölkənin konstitusion proseslərinə hörmətlə yanaşmaq, eləcə də regionumuzda sülhün, sabitliyin və qarşılıqlı etimadın möhkəmləndirilməsi naminə konstruktiv dialoqun davam etdirilməsidir",- deyə jurnalist qeyd edib.
Şahanə Ziyad

Siyasi       Tarix: 31 iyul 2026
f Paylaş

Oxşar xəbərlər

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Ceyhun Bayramov

Ərdoğandan MESAJ: "Qardaşlığımızı pozmağa imkan verməyəcəyik"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan türk dünyasının sarsılmaz qardaşlıq yoluna "dinamit yerləşdirmək" cəhdlərinə qətiyyətlə cavab verəcəyinə əmin olduğunu bildirib. xəbər verir ki, Ərdoğan Ankarada Nazirlə

Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Məkkə və Bədr sazişlərinin ölkənin beynəlxalq təhlükəsizlik arxitekturasında fəal rol nümayiş etdirdiyini bildirib, Azərbaycan və digər dost ölkələrlə əməkdaşlığın regional təhlükəsizliy

Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İspaniyanın Baş naziri Pedro Sançesə başsağlığı məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarında dərc edilib. Məktubda qey

Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Albaniya Respublikasında müəyyən edilən daha bir şəxs oktyabrın 29-da nazirlik tərəfindən Azərbaycana ekstradisiya olunub. Bu barəd

Azərbaycan, Ermənistan və Gürcüstanın Romadakı səfirləri Cənubi Qafqazda sülhü müzakirə ediblər

Azərbaycanın İtaliyadakı səfiri Elçin Hüseynli Romada Diplomatiya Festivalının (Diplomacy in Rome) XVII buraxılışı çərçivəsində keçirilən "Yol ayrıcında Qafqaz: sülh, dəhlizlər və əməkdaşlığın yeni dövrü" adlı paneld

Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama

Azərbaycanda yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi məsələsi zaman-zaman gündəmə gəlir. Tarixi adların qorunması, təhrif olunmuş toponimlərin bərpası və əhalinin istəyinin nəzərə alınması bu prosesdə əsas müzakir

"Azərbaycan süni intellekt sahəsində beynəlxalq əməkdaşlığa açıqdır"

Biz süni intellekt konsepsiyasının inkişafına böyük önəm veririk. Onun milli infrastrukturunu qurur, müxtəlif ölkələr və tərəfdaşlarla sıx əməkdaşlıq edirik. KONKRET.azxəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentini

Ceyhun Bayramov Türkiyəyə səfər edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə səfər edib. Ceyhun Bayramov bu gün Ankarada Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir. /


son xeberler yeni xeberler azerbaycan xeberleri son xeberler bu gun xeber.az 2026 hava haqqinda