Ermənistanda ŞOK: 10 min nəfər ordudan qaçıb, onları gətirmək üçün...
Ermənistanda övladlarını hərbi xidmətə göndərmək istəməyən valideynlər onları ölkədən çıxarmağın yolları barədə düşünür.
Publika.az xəbər verir ki, Ermənistan hökuməti hərbi xidmətdən yayınmaq üçün ölkəni tərk edən vətəndaşlarla bağlı şərtləri sərtləşdirəcək.
Parlamentin Müdafiə və Təhlükəsizlik Daimi Komissiyasının sədri, hakim "Mənim addımım" blokundan millət vəkili Andranik Köçəryan jurnalistlərə açıqlamasında Hərbi Xidmət Qanunu və əlaqədar qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələri paketini şərh edərkən söyləyib ki, bu layihənin məqsədi hüquq normalarının qarşısının alınması və sərtləşdirilməsidir: "Başqa sözlə, Ermənistanı tərk edərək hərbi xidmətdən necə qaçmağı düşünən insanlar belə bir qərar verməzdən əvvəl bir daha düşünəcəklər. Bununla bağlı axtarışa veriləcək 10 mindən çox vətəndaş var. Bu maddənin sərtləşdirilməsi belə vətəndaşları beynəlxalq axtarışa verməyə imkan tanıyacaq".
Sərtləşdirmənin mahiyyəti belədir: məsələn, hərbi xidmətə tabe olan bir vətəndaş çağırış vərəqəsi aldıqdan sonra hərbi qeydiyyat komissiyasına gəlməyibsə, vətəninə qayıtdıqdan sonra hər buraxılmış çağırış üçün müəyyən edilmiş normadan 1 ay çox xidmət etməli olacaq. Bundan əlavə, hərbi xidmətdən qaçan şəxs orduda olmadığı hər ay üçün cərimə ödəməli olacaq.
Zümrüd

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək