Ermənistandan RƏSMİ ETİRAF - Azərbaycandan çox geri qalmışıq

Ermənistandan RƏSMİ ETİRAF - Azərbaycandan çox geri qalmışıqBir neçə gün əvvəl Azərbaycan ordusunu fövqəldövlətlərləmüqayisə edən Ermənistan Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Artsrun Ovannisyan ölkəsinin məğlub durumda olduğunu növbəti dəfə etiraf edib.
O, "Sputnik Ermənistan"a müsahibəsində ordularında mövcud olan bütün çatışmazlıqların uzun illər davam edən proseslərin nəticəsi olduğunu qeyd edib: "Nəzərə alınmalıdır ki, Ermənistanda heç vaxt döyüş təyyarələri olmayıb. Pilotları texnologiyaya yiyələnməsi, silahlardan istifadə edə bilməsi üçün vaxt lazımdır. Bunun üçün ən azı bir və ya iki il lazımdır".
Ovannisyan Qarabağdakı mövcud müharibənin əvvəlkilərdən çox fərqli olduğunu qeyd edib: "Ritm, döyüş əməliyyatlarının dinamikası, istifadə olunan silah növləri dəyişib".
Ermənistan ordusunun Qarabağdakı hərbi əməliyyatlara nə qədər hazır olduğu barədə sualı cavablandıran Ovannisyan Ermənistanın hərbi sahədə hər mənada Azərbaycandan geri qaldığını etiraf edib.
"Anlamaq lazımdır ki, bütün bu illər ərzində hərbi xərclər baxımından Azərbaycandan çox geri qalmışıq. Onlar daha çox xərcləyiblər, biz daha az xərcləmişik. Beləliklə, bugünkü bütün problemlər uzun illər davam edən proseslərin nəticəsidir".
Azərbaycan Silahlı Qüvvələrinin pilotsuz təyyarələri ilə mübarizəyə toxunan Ovannisyan, dünyada hələ ki, heç bir ordunun pilotsuz təyyarə hücumlarını tamamilə təsirsiz hala gətirə bilmədiyini deyib. Kiçik ölçülü və çox sayda PUA-ları məhv etmək asan bir iş deyil. Hərbi obyektləri qorumaq üçün onlarla növ HHM və elektron müharibə sistemindən istifadə edən inkişaf etmiş Silahlı Qüvvələrə sahib olan dövlətlər belə bunların öhdəsindən tam gələ bilmirlər",-deyə Ermənistan Müdafiə Nazirliyinin rəsmisi qeyd edib. (qafqazinfo) /publika.az

Dünya       Tarix: 24 oktyabr 2020
f Paylaş

Oxşar xəbərlər

2021-ci ilin ən varlı 10 insanı - SİYAHI

"Bloomberg" 2021-ci ildə dünyanın ən varlı iş adamlarının siyahısını hazırlayıb. Pandemiyaya baxmayaraq onlar ötən il də maddi güclərini artırmağı bacarıblar. xəbər verir ki, siyahıda birinci "Tesla" v

"Taliban"la Türkmənistan sərhədçiləri arasında TOQQUŞMA

Ötən ilin avqustunda Əfqanıstanda hakimiyyəti ələ keçirmiş "Taliban" hərəkatının silahlıları ilə Türkmənistan sərhədçiləri arasında atışma olub. Bu barədə Əfqanıstanın "Hasht-e subh" qəzeti yazıb. Qəze

Ötən sutka ərzində yoluxma sayı 829 minə yaxınlaşdı

Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı son sutka ərzində 829 min nəfərə yaxın olub. pandemiyanın onlayn statistikasını aparan " saytına istinadla xəbər verir ki, ötən sutka ərzində 828 min 925 nəfə

Dünyada koronavirusa yoluxanların sayı 290 milyonu ötdü

Dünyada təsdiqlənmiş koronavirus infeksiyası hallarının sayı 290 milyonu, ölənlərin sayı isə 5,44 milyonu ötüb. xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. ÜST-ün məlumatına görə, 290 959 53

Borrel Donbasa gedəcək - Təmas xəttində

Avropa İttifaqının (Aİ) Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Ukraynaya səfər edəcək. xəbər verir ki, bu barədə Avropa Komissiyasının məlumatında deyilir. Ali komissarın 4-6 yanva

Səudiyyə Ərəbistanı yeni ili qarla qarşıladı

Səudiyyə Ərəbistanının Tabuk regionunun sakinləri Yeni ilin ilk gününü xoş sürprizlə qarşılayıblar. rəsmi SPA agentliyinə istinadla xəbər verir ki, Cəbəl Əl-Ləvz bölgəsinə yağan qar krallığın vətəndaşlarını bu bölgəyə cəl

Qazaxıstanda yanacağın qiyməti 2 dəfə bahalaşdı

Qazaxıstanda maye qazın qiyməti bahalaşıb. xəbər verir ki, hökumətin qərarı ilə ölkədə maye qazın tənzimlənən qiyməti 1 litrə görə 60 təngədən 120 təngəyə qaldırılıb. Bildirilib ki, qiymət artımı Mangistau əyalətində etirazlar

Tələblər yerinə yetirilməsə, Saakaşvili aclığa başlayacaq

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili əcnəbi həkimlərin və vəkillərin onunla məxfi görüşməsinə icazə verilməsini tələb edir. Əks təqdirdə, siyasətçi yanvarın 6-da yenidən aclıq aksiyasına başlayacaq. -a istinadl

Dünyada 45 jurnalist iş başında öldürülüb - 2021-Cİ İLDƏ

2021-ci ildə dünyanın 20 ölkəsində 45 jurnalist və media işçisi peşə borcunu yerinə yetirərkən baş vermiş insidentlər nəticəsində qətlə yetirilib. -ın məlumatına görə, Beynəlxalq Jurnalistlər Federasiyasının (IJF) paylaşdığ


son xeberler yeni xeberler azerbaycan xeberleri beynelxalq bank mezenne en son xeberler son xeberler az cəbhədən son görüntülər