Ermənistanı tərk edən azərbaycanlıların gizlətdiyi "XƏZİNƏ": 30 ildir tapılmır - FOTO/VİDEO

Ermənistanı tərk edən azərbaycanlıların gizlətdiyi "XƏZİNƏ": 30 ildir tapılmır - FOTO/VİDEOVideo əlavə edilib.

*****
10:25
"Bu materialda oxuduğunuz hər şey lətifə kimi görünə bilər, ancaq bunlar Ermənistandakı həqiqi bir kənddə baş verən gerçək hekayələrdir".
Publika.az xəbər verir ki, "Sputnik Ermənistan" nəşri belə girişli bir məqalə dərc edib.
Məqalədə vaxtilə Tavuş rayonunda yaşamış azərbaycanlıların rəvayətindən bəhs edilir.
Bildirilir ki, bu rayonun Ovk adlı kəndi var və bu yaşayış məntəqəsi ölkədə azərbaycanlıların rəvayəti ilə məşhurdur. Kənddə 2 süni, 1 təbii olmaqla, 3 göl yerləşir. 1990-cı illərə qədər – yəni Qarabağda münaqişə başlamazdan əvvəl bu kənddə yalnız azərbaycanlılar məskunlaşıb və bura "Ahulu" adlandırılıb.
İki ölkə arasında münaqişə alovlanarkən Azərbaycan və Gürcüstana köçməyə məcbur olan kəndlilər ermənilərə heç bir fayda qoymamaq üçün maraqlı üsula əl atıblar. Onlar sahib olduqları bütün kənd təsərrüfatı texnikalarını təbii gölə atıblar. Azərbaycanlılar bu planı nə zamansa doğma yurdlarına geri qayıtmaq ümidi ilə həyata keçiriblər.
Ovkdakı 2 süni gölə sahib "Kari Liç" kompleksinin qurucusu Mer Meliksetyan məsələ ilə bağlı açıqlamasında rəvayətdə, güman ki, traktor və yük maşınlarından bəhs edildiyini deyib. Onun sözlərinə görə rəvayət kəndə köçən ermənilərə azərbaycanlılar tərəfindən nağıl edilib. Ona görə də heç bir erməni hadisənin real olub-olmadığını bilmir.
Erməni kəndlilər bunu araşdırmaq üçün dəfələrlə gölün dibindən azərbaycanlı "xəzinələrini" çıxarmağa çalışıb. 90-cı illərdə Hakob Davtyan adlı bir kəndli və yoldaşları orada traktor və yük maşını tapmaq üçün gölü qurutmaq istəyiblər. Gölün su səviyyəsi bir neçə metrə endirilib, lakin orada heç bir avadanlıq görülməyib. Kəndin digər sakinləri də balıq ovu torları ilə kənd təsərrüfatı maşınlarını "tutmağa" çalışıblar. Bu cəhdlərin də uğursuz olduğunu deməyə ehtiyac belə yoxdur.
Mer Meliksetyan bir neçə il əvvəl bir adamın göldə boğulduğunu, xilasedici – dalğıcların gölə cəlb edildiyini bildirib. Onun sözlərinə görə, bütün kənd boğulan şəxsin deyil, dalğıcların gölün dibində nələr görəcəyinin marağında olub. Ancaq onlar da bir şey görməyiblər. Çünki gölün dibi yosun ilə örtülüdür və dibi görmək, demək olar ki, mümkün deyil.
Zümrüd

Dünya       Tarix: 11 avqust 2020
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Qazaxıstanda etirazçılardan 11 ŞƏRT

Qazaxıstanın digər şəhərlərində sakitlik hökm sürsə də, Almatı və Aktauda etirazçılar yenidən küçələrə çıxıb. Qazaxıstan mediasına istinadla xəbər verir ki, onların şərtləri aşağıdakılardır:. "Birinci tələb ərzaq qiymətlərini

Rusiya qırıcıları İdlibi bombaladı

10 ildən artıqdır ki, zorakılıq və xaosun davam etdiyi Suriya yeni ildə qarşıdurmalara və hücumlara səhnə olur. "Reuters" Rusiya qırıcılarının ötən gecə İdlibi bombaladığı barədə xəbər yayıb. xəbər verir ki, "Reuters"

2021-ci ilin ən DƏHŞƏTLİ MÜHARİBƏLƏRİ: yüz minlərlə ölü... - SİYAHI

2021-ci ildə baş verən müharibələr yüz minlərlə insanın ölümünə səbəb olub. ABŞ-ın savaş qurbanlarının sayına görə "Müharibə Statistikaları Analitik Mərkəzi"nin sıraladığı və yayımladığı siyahını təqdim edir:. Birinc

Bayden rekord dərəcədə reytinqi itirdi

ABŞ prezidenti Cozef Baydenin reytinqi rekord dərəcədə aşağı düşüb. xəbər verir ki, bu barədə "NBC" telekanalının dərc etdiyi sorğunun nəticələrində deyilir. Sorğunun nəticələrinə əsasən, Cozef Baydeni ABŞ vətəndaşlarını

İranda dəhşət yaşanır - 6 nəfər öldü, çox sayda şəxs

Ötən 6 gün ərzində İranda sel və daşqınlar nəticəsində 6 nəfər həlak olub. xəbər verir ki, bunu İranın Qırmızı Aypara Cəmiyyətinin sədri Pirhüseyn Kulivənd deyib. P.Kulivəndin sözlərinə görə, İranın 17 vilayətinin 87 rayonund

Rusiyada daha 18 233 nəfər koronavirusa yoluxdu

Rusiyada ötən sutka ərzində koronavirusa 18 233 yoluxma halı qeydə alınıb. xəbər verir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 10 537 966 nəfərə çatıb. Son sutka ərzində həmçinin koronavirusdan 26 976 nəfər sağalıb

İsrail bu şəxslərə "yaşıl işıq" yandırdı - Ölkəyə daxil ola bilərlər

İsrail yanvarın 9-dan vaksinasiya olunmuş və ya COVID-19-dan sağalmış turistlərin ölkəyə daxil olmasına icazə verəcək. xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb. Bu, "narınc

Çin imkansızı bacardı

Üçüncü Dünya müharibəsinə səbəb olacağı ehtimal edilən ABŞ, Rusiya və Çin arasında silahlanma yarışının sürətlənməsi gərginliyi artırır. Ağ Ev Pekinin son aylarda Pentaqonu şoka salan hərbi sınaqlarından sonra hərəkətə keçdi

Dünyada 45 jurnalist iş başında öldürülüb - 2021-Cİ İLDƏ

2021-ci ildə dünyanın 20 ölkəsində 45 jurnalist və media işçisi peşə borcunu yerinə yetirərkən baş vermiş insidentlər nəticəsində qətlə yetirilib. -ın məlumatına görə, Beynəlxalq Jurnalistlər Federasiyasının (IJF) paylaşdığ


yeni xeberler azerbaycan xeberleri son xeberler xankendi son xeberler az en son xəbərlər bugün bu gunun xeberleri haqqinda melumat