Ermənistanı türklərdən biz qoruduq - Jirinovski
Rusiya Liberal Demokrat Partiyası Dumaya Rusiyada "İmperiya günü" bayramının keçirilməsi ilə bağlı qanun layihəsi təqdim edəcək.
Axar.az xəbər verir ki, bunu Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski deyib. O, "İmperiya günü"nün oktyabrın 22-də keçirilməsi gərəkdiyini deyib.
Jirinovski bu təklifi 2021-ci ildə I Pyotrun Rusiya imperiyasını elan etməsinin 300 illiyinin tamam olması ilə əlaqələndirib.
"İmperiya ən uğurlu dövlət idarəetmə formasıdır. Böyük güc qonşu ölkələrlə birləşir, onları qoruyur, onların bütün daxili konfliktlərini tənzimləyir və eyni zamanda özünün maraqlarını gücləndirir. Bunun sayəsində Rusiya Gürcüstanı farslardan (söhbət Qacarlar dövlətindən gedir – red.), Ermənistanı türklərdən, qazaxları cunqarlardan, Zaporokski Seçi polyaklar və Osmanlıdan, Belarusu litvalılardan qorudu. Yekunda Rusiya apardığı çoxsaylı müdafiə savaşları nəticəsində öz tərkibinə Polşanı və Baltikyanını qatdı", – deyə Jirinovski söyləyib. /publika.az

Premyer Liqa: VI tura bu gün iki oyunla yekun vurulacaq
Rəsmi Bakıdan 20 Sentyabr mesajı: "...əbədidir"
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
Neft həftəni bu qiymətlə başladı
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - Fotolar
Zaur Kamalın səhhətində problem yarandı
Zaurla xəstəxanaya yerləşdirildi - Vəziyyəti necədir?
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
İsrail Səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi
"Şamaxı" "Araz-Naxçıvan"a qalib gəldi
"Yuventus"un qapıçısı zədələndi
"Fənərbağça" rəqibini darmadağın etdi – Tarixi hesab
"Bakıkart"dan Qarabağ Universitetinin yüksək nəticə göstərən tələbələrinə 100 gedişlik nəqliyyat dəstəyi