Ermənistanın Konstitusiyası dəyişir: Paşinyan referendumla bağlı əminliyini bildirdi

Ermənistanın Konstitusiyası dəyişir: Paşinyan referendumla bağlı əminliyini bildirdiErmənistanın baş naziri Nikol Paşinyan yeni Konstitusiya ilə bağlı referendumda vətəndaşların böyük əksəriyyətinin sənədi dəstəkləyəcəyinə əminliyini ifadə edib.
KONKRET.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə o, Milli Assambleyada keçirilən hökumət saatında danışıb.
"Əminəm ki, referendum zamanı Ermənistan vətəndaşlarının böyük əksəriyyəti səsvermədə iştirak edərək yeni Konstitusiyanı dəstəkləyəcək. Çünki bu Konstitusiyaya səs verməklə onlar özlərinin və gələcək nəsillərinin xeyrinə seçim etmiş olacaqlar", – deyə Paşinyan bildirib.
Baş nazir vurğulayıb ki, yeni Konstitusiya ilə bağlı gündəlik dövlətin gələcək baxışı və inkişaf modeli ilə əlaqədardır.
"Yeni Konstitusiyanın konsepsiyası və ideologiyası "Real Ermənistan" ideologiyasına əsaslanmağı nəzərdə tutur. Məqsəd Ermənistan Respublikasını beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində dövlət kimi təsbit etmək, münaqişələr səhifəsini bağlamaq, dövləti inkişaf etdirmək və onu nəsildən-nəslə ötürməkdir. Söhbət məhz bundan gedir", – deyə Ermənistanın baş naziri bildirib.
O qeyd edib ki, təklif olunan yanaşmanın məqsədi sülhü və xalq hakimiyyətini dönməz prosesə çevirməkdir.
Paşinyan həmçinin vurğulayıb ki, Ermənistanın hazırkı Konstitusiyası münaqişəyə xidmət etmək məntiqi əsasında formalaşdırılıb, yeni Konstitusiya isə sülhə xidmət etmək üçün nəzərdə tutulub.oxu.az

Siyasi       Tarix: 19 noyabr 2026
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Erməni deputat: "Paşinyan da İlham Əliyev kimi paytaxtımıza "İrəvan" deyir"

Ermənistanın "Güclü Ermənistan" fraksiyasından olan deputat Edqar Qazaryan baş nazir Nikol Paşinyanı sərt şəkildə tənqid edib. xəbər verir ki, bu barədə "Hraparak" nəşri yazıb. "Banan səyyahı"

Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi - Foto

Türkiyənin Bakıdakı Səfirliyi Azərbaycanı Milli Dirçəliş Günü münasibətilə təbrik edib. KONKRET.azxəbər verir ki, bu barədə səfirliyin X-dəki hesabında paylaşım olunub. "Qardaş Azərbaycanı 17 Noyabr Milli Dirçəliş Gün

Azərbaycan İslamabadda İƏT çərçivəsində əməkdaşlığın gücləndirilməsini təklif edib

Pakistanın paytaxtı İslamabad şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının 30-cu iclasında Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədovun rəhbərlik etdiyi nümayənd

Hikmət Hacıyev Aİ-nin xüsusi nümayəndəsi ilə görüşdü - Foto

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono ilə görüşüb. xəbər verir ki, bu barədə Hikmət Hacıyev "X" hesabınd

Prezident Gürcüstanın Baş nazirinin müavinini qəbul etdi - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 17-də Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvilini qəbul edib. Söhbət zamanı bu ilin aprelində Azərbaycan Prezidentini

Paşinyandan müxalifətə sərt hədə: 'Azərbaycanla sülhə mane olursunuz

Ermənistanın baş naziri Nikol Paşinyan parlament müxalifətini Azərbaycanla sülhə maneə adlandırıb və siyasi proseslərin elə istiqamətdə inkişaf edə biləcəyini bildirib ki, müxalifət nümayəndələri artıq qanunverici orqand

Azərbaycan və Böyük Britaniya regional təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının xarici işlər, birlik və inkişaf məsələləri üzrə dövlət katibi Ed Milibənd arasında telefon danışığı baş tutub

Prezident: Paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin Dövlətinin yaradılmasını dəstəkləyirik

Azərbaycan Fələstin məsələsinə münasibətdə hər zaman həmrəylik nümayiş etdirərək bu problemin paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin Dövlətinin yaradılması və BMT-nin müvafiq qətnamə və qərarlarına uyğun olaraq iki dövlə

Estoniya Rusiya ilə bütün avtomobil sərhəd-keçid məntəqələrini bağlayır: SƏBƏBLƏR

Estoniya dekabrın 1-dən Rusiya ilə fəaliyyətdə olan üç avtomobil sərhəd-keçid məntəqəsini – Narva, Koidula və Luhamaanı bağlamağa hazırlaşır. Bu qərara səbəb Estoniyanın müdafiə sənayesi müəssisələrindən birinə qarşı törədilməsin


yeni xeberler azerbaycan xeberleri son xeberler maraqlı xəbərlər hava proqnozu son xəbərlər bugün 2026 qurban bayrami 2026