Ermənistanın mina xəritələrini verməməsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət edilib
Ermənistanın mina xəritələrini verməməsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət edilib
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında fəaliyyət göstərən "Natavan Qrup" təşkilatı və bu ölkədə yaşayan azərbaycanlı icması Ermənistan hökumətinin Azərbaycan ərazilərində basdırılmış minaların xəritələrini verməkdən imtina etməsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət ediblər.
Bu barədə Oxu.Az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Nərminə Məmmədova, Səbinə Quliyeva və fəal diaspor üzvlərinin adından Avropa Birliyinə, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığına, BMT, "Amnesty İnternational" və "Human Rights Watch"un Birləşmiş Krallıqdakı nümayəndəliklərinə, "HALO trust" təşkilatına, UNICEF-in "Innocenti" tədqiqat idarəsinə və Böyük Britaniya Parlamentinin üzvlərinə ünvanlanan müraciətdə 10 noyabr 2020-ci il tarixli üçtərəfli sülh razılığı, rəsmi Bakının təkbaşına Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsinə nail olduğu barədə ətraflı məlumat verilib.
Müraciət müəllifləri təəssüflə qeyd ediblər ki, doğma yurd-yuvalarından 30 ilə yaxın didərgin düşən həmyerlilərimiz hələ də evlərinə qayıtmaq arzularını gerçəkləşdirə bilmirlər, çünki Ermənistan silahlı qüvvələrinin işğaldan azad olmuş ərazilərdə saysız-hesabsız minalar yerləşdirməsi buna böyük əngəl yaradır. Vətən müharibəsindən sonra xarici jurnalistlərin və siyasətçilərin Azərbaycanın işğaldan azad olmuş ərazilərinə səfər etdikləri, törədilmiş dağıntıların səviyyəsinə görə Ağdamı "Qafqazın Xirosiması" adlandırdıqları, piyadalar əleyhinə minalardan silah qismində istifadənin insanlığa qarşı cinayət olduğu vurğulanıb.
Soydaşlarımız beynəlxalq təşkilatları minaların xəritələrinin Azərbaycana təhvil verilməsi məqsədilə Ermənistan hökumətinə təsir göstərməyə, işğaldan azad olunmuş torpaqların minalardan təmizlənməsi, etnik azərbaycanlıların təhlükəsiz şəkildə öz evlərinə qayıtmasının təmin olunması məsələlərində rəsmi Bakını dəstəkləməyə çağırıblar.
Turlar.az [newsid: 0-123300]

Prezident Canni İnfantinonu qəbul etdi
Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
Bakıda 16 avtobusun hərəkət sxemi müvəqqəti dəyişdirilir
Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir
Arvadını döydüyünə görə 6 ay maaşından pul tutulacaq - Detallar