Ermənistanın müttəfiq dəyişmək taktikası - Düşmən ölkəni gözləyən fəlakət
"Ermənistan hakimiyyəti nəyin bahasına olursa-olsun respublikanın yeganə real müttəfiqi – Rusiya ilə münasibətləri kəsməyə çalışır".
Bunu erməni türkoloq Varujan Geqamyan Ermənistan mətbuatına müsahibəsində deyib.
Onun sözlərinə görə, Ermənistanda bəzi siyasətbazlar İrəvanla Moskva arasında münasibətlərdə mövcud ziddiyyətləri indiki hakimiyyətin təcrübəsizliyi və bacarıqsızlığı ilə əlaqələndirməyə meyllidir:
"Əgər bu, təcrübəsizliyin nəticəsi olsaydı, indi vəziyyəti düzəltmək cəhdlərinin şahidi olardıq. Artıq bu gün Moskvaya erməni diplomatları desant kimi enməli idi və erməni diplomatlar bütün qapıları döyməli, lazım gələrsə, aylarla vəziyyəti düzəltməyə çalışmalıydılar. Amma vəziyyət fərqlidir. Ermənistan ardıcıl olaraq KTMT çərçivəsində, Rusiya Federasiyası ilə birgə təlimlər keçirməkdən imtina edir və bu təlimlərdən Azərbaycanın istifadə edə biləcəyini əsas gətirir. İndi isə amerikalılarla təlimlər keçirilir".
Geqamyan bildirib ki, hakimiyyət Ermənistanda Rusiyanın varlığını tamamilə zərərsizləşdirməyi planlayıb.
"Rusları Qərb, daha doğrusu, Amerika ilə əvəz edə biləcəklərinə dair ümidlidirlər. Ermənistan amerikalılardan real hərbi yardım ala bilməyəcək, halbuki bu yardım bir neçə ildir Azərbaycana verilir. Ermənistanın "NATO-nun peykləri"ndən birinə çevrilə biləcəyi ilə bağlı ümidlər də özünü doğrultmur. Unutmayaq ki, regionda yeganə NATO ölkəsi Türkiyədir və "NATO peyki" olmaq "Türkiyənin peyki" olmaq deməkdir. Bunun bizim üçün nə demək olduğunu izah etməyə dəyməz".
Müttəfiqini dəyişməyi düşünən Paşinyan əslində Ermənistanı gözləyən fəlakətdən xəbərsizdir. Hər halda ölkənin baş naziri Gürcüstan və Ukraynanın da müttəfiq dəyişmək taktikasını yəqin yaddan çıxarmayıb.
Vəli Həsənov,
KONKRET.az

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Ərdoğan sabah Qarabağa gəlir
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Leyla və Arzu Əliyevalar 'Tut Əlimdən' Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər
Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında
Şahbuza qar yağır
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO
Kassaya çatana qədər cibimizə girirlər: Marketlərdəki tələ