Ermənistanın Ordumuza qarşı təxribatlarının əsl niyyəti

Ermənistanın Ordumuza qarşı təxribatlarının əsl niyyətiBir neçə gündür ki, Azərbaycan Ordusunun Ermənistanla sərhədboyu mövqeləri intensiv atəşə tutulur.
KONKRET.azxəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyi təkcə bu gün üç dəfə rəsmi məlumat yayaraq Ermənistan silahlı qüvvələri tərəfindən ordumuzun Kəlbəcər, Laçın və Gədəbəy istiqamətlərində yerləşən mövqelərinin intensiv atəşə tutulduğunu bəyan edib. Əlbəttə, Azərbaycan əsgəri hər dəfəsində düşmənin layiqli cavabını verərək onu yerində oturmağa məcbur edir, hətta qarşı tərəf hər dəfəsində itkilər verərək geri çəkilir. Bəs, belə olduğu, yaxud belə olacağını bildikləri təqdirdə Ermənistanın hərbi-siyasi rəhbərliyi niyə özünü oda atır? Halbuki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan cari il mayın 19-da Moskvada Rusiya və Azərbaycanın xarici işlər nazirləri Sergey Lavrov və Ceyhun Bayramovla görüşündə eskalasiyanın qarşısının alınmasının və güc tətbiqindən çəkinməyin vacibliyini qeyd etmişdi…
Ermənistanın Ordumuza qarşı təxribatlarının əsl niyyətiBelə nəticə çıxır ki, Ermənistan masada sağ, əməldə sol göstərir. Başqa sözlə, siyasi müstəvidə özünü məsum göstərməyə çalışan Ermənistan realda öz çirkin niyyətindən əl çəkə və ya çəkdirilə bilmir. Çünki bu ölkə tarixən Rusiyanın forpostu olmaq azmış kimi, indi də İran və Fransanın əlində oyuncağa çevrilib. Bir-birinə zidd, biri-birinə yad, hətta biri-birinə nifrət bəsləyən bu dövlətlər nə "sirdirsə" özlərini bu məğlub dövlətin himayəçisi hesab edirlər.
Son günlərdə regionda baş verən siyasi proseslərin fonunda Azərbaycan Ordusunun mövqelərinin intensiv şəkildə atəşə tutulması onu göstərir ki, işin içində bu "himayəçi" üçlüyün (İran, Fransa, Rusiya) barmaqları yox, qolları var. Barmağın işə yaramadığını uzun illərdir sınaqdan çıxarıblar, odur ki, artıq qollar çırmalanıb. Ermənistan isə yenə də hərzamankı səhvlərini edir. Anlamır ki, bu gün özünü "himayəçi" kimi göstərən bu dövlətlər, əslində, öz siyasi və regional maraqlı uğrunda ondan maşa kimi istifadə edirlər.
Ermənistanın sıravi insanı bütün bunları görür və anlayır, bu səbəbdəndir ki, ölkədaxili milli narazılıq özünün pik həddinə çatmaqdadır. Erməni əhalisi hələ 2-ci Qarabağ savaşındakı məğlubiyyətdən sonra bunu anlamışdı. Di gəl, ölkənin daxilində, siyasi-hərbi qüvvələrin arasında olan ünsürlər buna mane olmaqda davam edirlər. Bu amildən yararlanan "himayəçi" üçlük isə əlbəttə ki, Ermənistanı istədiyi səmtə yönəldə bilir.
Bu arada, Azərbaycanın Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsini qurması da həm Ermənistan, həm də havadarları tərəfindən həzm edilmir. Bilirsiniz ki, 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələr daşınırdı. Məhz bunların qarşısının alınması məqsədilə, eləcə də Ermənistan tərəfindən aprelin 22-də birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsinin qurulmasına adekvat olaraq aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi quruldu. Bu məntəqə sayəsində artıq Laçın yolundan keçmək istəyən hər kəs, eləcə də nəqliyyat vasitələri yoxlanılır. Belə olduqda, əlbəttə ki, Qarabağda qalan silahlı tör-töküntülərlə bağlı niyyət puça çıxmış olur.
Ona görə Ermənistan və havadarları hər gün Azərbaycana qarşı qarayaxma kampaniyalarını davam etdirirlər. Guya Azərbaycan "Laçın" sərhəd nəzarət buraxılış məntəqəsi qurmaqla yolu bağlayıb, bölgədə humanitar problemlər meydana gəlib, Beynəlxalq Qızıl Xaç Komitəsinin fəaliyyətində çətinliklər yaranıb və s. Hətta bunu "etnik təmizləmə siyasətinin" tərkib hissəsi kimi qələmə verənlər də var. Əslində isə sözügedən keçid məntəqəsindən həm erməni sakinlər, həm Beynəlxalq Qızıl Xaç Komitəsi, həm də Rusiya sülhməramlı kontingenti şəffaf və nizamlı qaydada hər iki istiqamətdə keçid edə bilirlər.
Ermənistanın Ordumuza qarşı təxribatlarının əsl niyyətiƏminliklə demək olar ki, reallıqları saxtalaşdırmaq cəhdi Ermənistanda dövlət siyasətinin genetikasına hopub. Bəzi məqamlarda bu taktikanın işə yaraması isə zaman-zaman onları daha ciddi təxribatlar törətməyə sövq edir. Bu gün Azərbaycanın sülh təklifini geri çevirən Ermənistan anlamalıdır ki, onun taleyini nə Rusiya, nə İran, nə də ki, Fransa düşünür. Belə olmasaydı, Ermənistan-Azərbaycan normallaşma prosesində Moskva formatını Paris, Brüssel formatını Moskva, Vaşinqton formatını isə yenə Moskva və Tehranın əli ilə Ermənistan özü pozmazdı. Odur ki, bu gün sərhəddə Azərbaycan Ordusunun mövqelərinin durmadan atəşə tutulması fakoru həm də 26-27 iyunda Vaşinqtonda keçirilməsi nəzərdə tutulan sülh danışıqlarını yenidən pozmaq cəhdidir.//Report

Siyasi       Tarix: 17 iyun 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı 

ABŞ, Azərbaycan və Ermənistan hökumətləri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsini sürətləndirmək məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar. -a istinadə

İlham Əliyevdən həmkarına təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsin

Ərdoğan: Birdir bizim hər halımız; sevincimiz, kədərimiz; bayraqlarda hilalımız

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X"dəki hesabında Azərbaycana səfəri, Prezident İlham Əliyevlə görüşü barədə videoçarx paylaşıb. xəbər verir ki, Ərdoğan paylaşımına "Birdir bizim hər halımız; sevincimiz

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. xəbər verir ki, təbrikdə deyilir:. "Möhtərəm cənab Prezident, 8 noyabr - Zəfər Günü Azərbaycan torpaqlarının işğaldan aza

Prezident İlham Əliyev: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi

Yeni salınan kəndlər, şəhərlər, köçkünlərin doğma torpaqlara qayıtması – yəni biz bu məsələlərlə məşğuluq və deyə bilərəm ki, bütün Azərbaycan xalqı bu fikirlə yaşayır. KONKRET.azxəbər verir ki, bu barədə Prezident İlha

Hikmət Hacıyev: Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır

Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır. xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir

Rusiya bu ölkəyə qarşı da hərəkətə keçir - NATO müharibəyə qoşulur?

Finlyandiya Quru Qoşunlarının komandanı general-leytenant Passi Vəliməki "Bloomberg" agentliyinə açıqlamasında ölkəsinin Rusiya ilə sərhəddə tank əleyhinə xəndəklər və maneələrdən ibarət müdafiə xətti inşa etməy

İran XİN-dən 14 iranlının Azərbaycanda arzuolunmaz elan edilməsinə münasibət

İran Xarici İşlər Nazirliyi (XİN) 14 İran vətəndaşının Azərbaycanda "arzuolunmaz şəxs" elan edilməsi ilə bağlı məlumata münasibət bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, İran XİN-in sözçüsü İsmayı

Ərdoğan sabah Qarabağa gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək. Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran məluma


son xeberler yeni xeberler azerbaycan xeberleri en son xəbərlər bugün sonxəbərlər bugünki xəbərlər xeberler bugun