"Ermənistanın sərhədi dəyişdirilərsə, əks tədbirlər görməyə hazırıq" - İranlı ekspertdən XAİN AÇIQLAMA
"Onlar İranı müharibəyə sürükləməyə çalışırlar. Tehran bunu sui-qəsd kimi qiymətləndirir və məsələləri diplomatik yolla həll etməyə çalışı. Lakin təkcə Sünik deyil, Ermənistanın digər sərhədlərində də mümkün dəyişikliklərlə bağlı əks tədbirlərə hazırıq".
KONKRET.az xəbər verir ki, bunu "Ermənistan-İran İnkişaf Fondu"nun təsisçisi, politoloq Pouya Hüseyni deyib.
Onun sözlərinə görə, İran ilk növbədə İsrail – Azərbaycan münasibətlərindən narahatdır.
"Regionda gərginlik təkcə Ermənistanın təhlükəsizliyinə qarşı deyil, həm də İrana qarşı yönəlib. Regionda üçüncü qüvvələrin, o cümlədən Aİ müşahidəçilərinin Ermənistanda olması ziddiyyətləri dərinləşdirir və region ölkələrinin maraqlarının toqquşmasına səbəb olur. Tehran bu müşahidəçilərin İranla bağlı məlumat toplaya biləcəyindən narahatdır və bu barədə Ermənistan tərəfinə məlumat verilib. Ermənistan da öz növbəsində əmin edib ki, İran əleyhinə addımlar atmır. Amma İran Qərbə etibar etmir", – ekspert qeyd edib.
Pouya Hüseyni bildirib ki, mövcud formatlardan yalnız "3+3" formatında İran Ermənistanın mövqeyini dəstəkləyə bilər.
"İran Ermənistan-Azərbaycan danışıqlarında vasitəçi olmağa hazırdır", – deyə Hüseyni fikrini yekunlaşdırıb.
Günel Mikayılova,
KONKRET.az

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib
Şəxsi evi olanların və kirayəçi saxlayanların nəzərinə: Yeni qaydalar qüvvəyə mindi
Elektron qeydiyyat güzəşti yalnız MMC-lərə şamil oluna bilər
Ərdoğanın səfəri hansı mesajları verir? – Politoloqdan AÇIQLAMA
Zülfiyyə Xanbabayeva "Bir nəfəs qədər" klipini təqdim etdi
İlham Əliyevdən həmkarına təbrik
Prezident qanuna dəyişiklikləri təsdiqlədi
Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit
PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib
Unibank ağacəkmə kampaniyasında iştirak edib
"Yaşa görə pensiyaların orta məbləği 680 manat proqnozlaşdırılır
"ƏDV geri al" mexanizmi bütün konsert növlərini əhatə edəcək
Azərbaycanda bu fond ləğv olunur
Bakıda bundan toplanan haqq dövlət büdcəsinə ödəniləcək