Ermənistanın təxribatları bu ölkə üçün heç bir nəticə verməyəcək' - Deputat
"Ermənistanın təxribatları bu ölkə üçün heç bir nəticə verməyəcək".
Bu sözləri azxeber.com-a açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib. Deputat son günlər Ermənistan tərəfindən Laçın rayonunda dövlət sərhəd buraxılış məntəqəsinə edilən silahlı hücumun məqsədlərini izah edib. Onun sözlərinə görə, Ermənistanın təxribatlar törətməsinin məqsədi Azərbaycanın cavab reaksiyasına nail olduqdan sonra ölkəmizi aqressor obrazında göstərmək cəhdidir:
"Bu istiqamətdə fikirləri möhkəmləndirən məqamlardan biri də ondan ibarətdir ki, Ermənistan ərazisində fəaliyyət göstərən Avropa İttifaqı mülki missiyası Laçın yolundakı hadisəyə çox cəld reaksiya nümayiş etdirdi, həmin əraziyə yollandı. Hesab edirəm ki, Avropa İttifaqı mülki missiyası da Ermənistanın təxribatlarının elementinə çevrilib. Ermənistan təxribat törədir, Azərbaycan cavab reaksiyasını nümayiş etdirir. Hesab edirəm ki, gələcəkdə Avropa İttifaqı mülki missiyası da Azərbaycanın əleyhinə siyasi mövqeyin yaradılmasına imkan verəcək hesabatlar hazırlamağa cəhd edə bilər".
Deputat qeyd edib ki, Ermənistanın bütün təxribatları qətiyyətlə, hərbi yolla alınır:
"Azərbaycan tərəfindən siyasi təxribatların qarşısı müdrik, diplomatik gedişlərlə alınır. Ermənistan son zamanlar xüsusi şəkildə sülhə hazır olduqlarını bəyan edərək,özlərini yox, Azərbaycanı qeyri-konstruktiv göstərməyə çalışırlar. Beynəlxalq ictimai fikirdə bu düşüncələri formalaşdırmaq istəyirlər. Təssüflə qeyd etmək lazımdır ki, Ermənistanın kənar dəstəkçiləri ona bu istiqamətdə yaxından kömək göstərirlər. Ancaq sülh gündəliyini Azərbaycan başladıb. Ermənistanın belə təxribatları sülh prosesinə ciddi əngəl törədir. Göstərməyə çalışırlar ki, guya Azərbaycan bu istiqamətdə maneələr törədir. Ümumilikdə Ermənistanın təxribatları bu ölkə üçün heç bir nəticə verməyəcək. Əksinə Azərbaycanın güclü olan mövqeyləri belə hadisələrlə daha da güclənir".
Şəbnəm Zahir
Kurslar.az kurslar [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi