Ermənistanın təxribatları ilə bağlı bəyanat yayıldı
Azərbaycan Respublikasının ATƏT yanında Daimi Nümayəndəliyi ATƏT-in Daimi Şurasının iclasında Ermənistanın sülh müqaviləsi üzrə danışıqlar prosesini pozmağa yönəlmiş təxribatları və təcavüzü ilə bağlı Bəyanatla çıxış edib.
KONKRET.az xəbər verir ki, Bəyanatda, cari ilin 10-11 may tarixlərində Ermənistan tərəfindən növbəti hərbi təxribatın törədildiyi, nəticədə isə Azərbaycan Ordusunun 1 hərbi qulluqçusunun həlak olduğu, Ordumuzun 1 hərbi qulluqçusunun isə ağır yaralandığı diqqətə çatdırılıb.
Ermənistanın Vaşinqton görüşündən dərhal sonra qəsdən törədilmiş bu təxribatın, Ermənistanın sülh gündəliyinin irəli aparılmasında maraqlı olmadığını göstərdiyi bildirilib.
Son dövrlərdə Ermənistanda baş verən hadisələrin, xüsusilə Azərbaycan hərbçilərinə qarşı qondarma "məhkəmə prosesi", "Nemezis" terror əməliyyatına həsr olunmuş abidənin qoyulmasının bölgədə sülh və təhlükəsizliyə təhdid törədən revaşizm meyllərin artdığını nümayiş etdirdiyi qeyd olunub.
Bəyanatda, həmçinin normallaşma gündəliyinin təşəbbüskarı olan və hazırda işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa işləri aparan Azərbaycanın gərginlikdə maraqlı olmadığı, habelə təxribatların qarşısını almaq üçün bütün lazımi tədbirləri gördüyü söylənib.
Ermənistanın bu kimi təxribatlarının beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalı olduğu, o cümlədən bu ölkəni sülh gündəliyinə sadiq qalmağa təşviq etmək məqsədilə beynəlxalq səylərin gücləndirilməsinin vacibliyi vurğulanıb.
Turlar.az [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ərdoğan sabah Qarabağa gəlir
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi