"Ermənistanın törətdiyi təxribatların hər birinin kəskin cavabı veriləcək" - Deputat

"44 günlük Vətən Müharibəsindən sonra təbii ki, bölgədə yeni yaranmış siyasi, hərbi, iqtisadi vəziyyət Azərbaycanın diqtəsi və nəzarəti altındadır. Son zamanlar Azərbaycanın təklif etdiyi 5 baza prinsipi, sülh gündəliyi, Ermənistanın ağaları tərəfindən, Azərbaycan və Ermənistan arasında daimi sülhün yaranmaması üçün çalışan qüvvələr tərəfindən pozulmaqdadır. Həmişə olduğu kimi, ağasının qulu olan, müstəqil siyasət yürüdə bilməyən Ermənistan toplumu yenidən eyforiyaya qapılaraq bu gün həmin sülh gündəliyinin gedişini pozmağa çalışır. Konkret olaraq son zamanlar müxtəlif təxribatlarla bu danışıqların baş tutmaması üçün bütün işləri görməklə məşğuldur".
Bu sözləri azxeber.com-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Deputat qeyd edib ki, Azərbaycan tərəfi bu təxribatların hər birinin qarşısını qətiyyətlə alır: "Son zamanlar Laçın yolunun alternativi olan, dağların arası ilə keçən Xankəndi-Xəlfəli-Turşsu yolunda gecənin qaranlığında, dumanlı vaxtlarda oradan hərbi sursat, insanlar keçirilməsi, hətta müvəqqəti yerləşdirilmiş rus sülhməramlılarının da biz burada dəstəyini görürük. Bu, çox təəssüf doğurur. Çünki bu, onların missiyası deyil, əksinə qarşısını almalı olduqlarını, baş verməməsi üçün orada olduqlarını yəqin ki, unudublar. Onlar hazırda Azərbaycan xalqı tərəfindən özlərinə qarşı çox böyük etimatsızlıq qazanırlar. Bu da hər gün artmaqdadır. Bu gün həmin bölgələrdə baş verən bütün neqativ hadisələrə həm Ermənistan hərbi-siyasi rəhbərlərliyi, həm də Rusiya sülhməramlıları da məsuliyyət daşıyır. Çünki 10 Noyabr Bəyanatından irəli gələn məsələlərin həll olunması üçün sülhməramlılar məsuldurlar. Hazırda konkret iki bəndin icra olunmamasının məsuliyyətini Ermənistanla bərabər onlar da daşıyırlar".
Deputat qeyd edib ki, Ermənistan növbəti dəfə mat vəziyyətinə düşdü:
"Azərbaycan bir neçə dəfə onları təxribatlardan çəkinməyə çağırdı. Artıq konkret olaraq Azərbaycan yenidən Ali Baş Komandanın tapşırığı ilə qətiyyətli addım ataraq həmin bölgədə möhkəmləndi və dediyimiz həmin alternativ yollardan da qanunsuz keçidin qarşısı alındı və Ermənistan növbəti dəfə mat vəziyyətinə düşdü. Amma buna qədər Rəsmi Bakı dəfələrlə Ermənistanı və Qarabağda olan cinayətkar tör-töküntüləri və yaraqlılarına oradan çıxıb getməli olduqlarını bildirmişdi". 
Vüqar İskəndərov bildirib ki, son zamanlar erməni təxribatlarının qarşısının alınması və son əməliyyat bir daha Ermənistanı yaxşı düşündürməlidir: "Ermənistanın siyasi-hərbi rəhbərliyi anlamalıdır ki, onların bu gün törətdiyi təxribatların hər birinin kəskin cavabı veriləcək. Çünki Azərbaycan beynəlxalq hüquqla hərəkət edir. Azərbaycan öz suveren ərazisində nəyin necə olmasını özü müəyyənləşdirir. Hər hansısa hadisəyə görə məsuliyyəti Ermənistan hərbi-siyasi rəhbərliyi, Qarabağda hələ də mövcud olan daşnaqlar, cinayəkarlar daşıyır. İndiki halda onlara göz yuman Rusiya sülhməramlıları da eyni məsuliyyəti daşıyır".
Aydın Nuri

Siyasi       Tarix: 30 mart 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Hacıqabul rayonundan sosial media hesablarında paylaşım edib. xəbər verir ki, Mehriban Əliyeva rayon ərazisindən keçərkən qarşılaşdıqları göy qurşağının görüntülərin

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. /

Euronews' Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib

Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş materia

Bolşeviklərin vədləri və reallıq: İnqilab xalqı necə məhv etdi

1917-ci ilin Fevral inqilabı zamanı bolşeviklər partiyasının sıralarında cəmi 24 min nəfər var idi. Lakin cəmi altı ay sonra, həmin ilin oktyabrında onların sayı təxminən 350 min nəfərə çatmışdı. Bu, Rusiya imperiyasını

Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır

ABŞ Prezidenti Donald Tramp administrasiyası Ukrayna və Yaxın Şərqdəki münaqişələrin həlli üçün diplomatik səyləri intensivləşdirib. xəbər verir ki, bu barədə "The Washington Post" qəzetinin köşə yazarı Devid İqnatiu

Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?

"Donald Trampın partiyasının aralıq seçkilərdə məğlub olması ABŞ-nin İrana qarşı siyasətində siyasi parçalanmanı dərinləşdirə və qərar qəbuletmə imkanlarını zəiflədə bilər. Bununla belə, bu, Vaşinqtonun İran siyasətind

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 9 noyabr - Bayraq Günü münasibətilə paylaşım olunub. paylaşımı təqdim edir:

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. xəbər verir ki, təbrikdə deyilir:. "Möhtərəm cənab Prezident, 8 noyabr - Zəfər Günü Azərbaycan torpaqlarının işğaldan aza

İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO 

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Şuşa Peşə Təhsili Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib. xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısına yaradılmış şərait barədə məluma


azerbaycan xeberleri yeni xeberler son xeberler son xeberler azerbaycan meherremlik 2026 sonxeberler son xeber az