Əsasən 10 yaşınadək uşaqlar arasında daha çox yayılıb

Əsasən 10 yaşınadək uşaqlar arasında daha çox yayılıbÜmumdünya Astma ilə Mübarizə Günü Dünya Səhiyyə Təşkilatının dəstəyi ilə hər il mayın birinci çərşənbə axşamı keçirilir.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, həmin günün yaranma tarixi 1993-cü ildə ABŞ-ın Milli Ürək, Ağciyər və Qan İnstitutu, Milli Sağlamlıq İnstitutu və Dünya Sağlamlıq Mərkəzi tərəfindən "Bronxial astmanın müalicəsi və profilaktikası qlobal strategiyası"nı müəyyənləşdirən işçi qrupunun yaradılması ilə bağlıdır. 1998-ci ildə Barselonada keçirilən dünya mütəxəssislərinin astma problemlərinə həsr olunmuş Ümumdünya Bronxial Astma Forumuna 35 ölkə qoşulub və həmin ölkələrin sırası ildən-ilə genişlənir. Hazırda dünyanın 80-dən çox ölkəsində əhalinin maarifləndirilməsi məqsədilə bronxial astmanın müalicəsi və profilaktikası qlobal strategiyası çərçivəsində müxtəlif tədbirlər keçirilir.
Yunan dilindən tərcümədə astma - "ağır nəfəs" deməkdir. Həmin terminin müəllifi Hippokrat hesab edilir və onun "Daxili iztirablar haqqında" əsərində spazmatik xarakter daşıyan astmanın əsas səbəbinin soyuq və nəmişlik olduğu göstərilir. Alimlər yüzilliklər boyu xəstəliyin səbəblərini öyrənməyə çalışıblar. XX əsrdə astmanı yaradan səbəbin fiziki, kimyəvi və bioloji xarici qıcıqlandırıcılara cavab reaksiyası kimi bronxların lokal iltihabı olduğu müəyyənləşib. Astmanın inkişafının ən başlıca risk faktorları allergenlərdir. Bundan əlavə soyuq hava, həyəcan, əsəb, qorxu və idman da xəstəliyin əmələ gəlmə səbəblərindən ola bilər. Bəzən xəstəliyin yaranmasında genetik faktorların da rolu olur.
Bu gün astma dedikdə müxtəlif mənşəli təngnəfəslik tutmaları başa düşülür. Lakin əsasən allergenlərin təsiri nəticəsində yaranan və tənəffüs yollarının xroniki iltihabi xəstəliyinə - çətin nəfəsalmaya və ya hətta təngnəfəsliyə, öskürəyə, sinədə xırıltıların yaranmasına səbəb olan bronxial astma nəzərdə tutulur. Xəstələr ağaclardan qopan tozcuğa, məişət tozuna, heyvan tükünə, bəzi qida və dərmanlara reaksiya verirlər. Bəzən astmanın səbəbini müəyyənləşdirmək çox çətin və ya hətta mümkünsüz olur.
Diqqətin bu problemə yönəldilməsi təsadüfi deyil. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən astma dünyada ən yayılmış xroniki xəstəliklərdən biridir. Hazırda dünyada 300 milyon nəfər həmin xəstəlikdən əziyyət çəkir və hər onillikdə onun sayı bir yarım dəfə artır. Astma hər yaşda yarana bilər. Lakin kiçik yaşlı uşaqlar ona daha çox meyilli olurlar, astma xəstələrin təxminən yarı hissəsində 10 yaşa qədər inkişaf edir. 2 yaşa qədər uşaqlara isə astma diaqnozu qoymaq çətindir, çünki o çox vaxt başqa xəstəliklər altında gizlənir.
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 06 may 2020
f Paylaş

Oxşar xəbərlər

Çox işləmək piylənməyə səbəb olur

Kvinslend Universitetinin tədqiqatçıları belə qənaətə gəliblər ki, iş saatlarının azaldılması təkcə stressi deyil, ümumilikdə sağlamlığa da müsbət təsir edir. xəbər verir ki, onlarla ölkədən toplanan məlumatların təhlil

Ebola virusu yenidən alovlandı və sürətlə yayılır - XƏBƏRDARLIQ

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusunun yayılması nəticəsində 131 nəfər həyatını itirib, 513-dən çox şübhəli yoluxma halı qeydə alınıb. xəbər verir ki, bu barədə BBC məlumat yayıb. KDR hökumətinin sözçüsü bildiri

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama

İsti vannada cəmi 30 dəqiqə keçirmək qan təzyiqinin azalmasına və damarların genişlənməsinə kömək edə bilər. Yeni araşdırmada bu təsirin bəzi göstəricilər üzrə orta intensivlikli fiziki məşqlərdən daha güclü olduğu müəyyə

D vitamininin ən yaxşı növü: Bunu içməlisiniz

D vitamini bədənimizin düzgün işləməsi üçün lazım olan vacib qida maddələrindən biridir. Sağlam sümükləri, dişləri və əzələləri qorumaq üçün lazım olan fosfat və kalsium miqdarını tənzimləməyə kömək edir. Lazım olan D vitaminini

Bakını bürüyən uçan qarışqalar xəstəlik yayır?

Paytaxt ərazisində son günlər qanadlı qarışqaların sayında nəzərəçarpacaq artım müşahidə edilir. milliaz-a istinadla xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan videolarda çoxlu sayda həşəratın xüsusilə işıq mənbələrini

Xərçəng xəstələri üçün yeni imkanlar: Görülən tədbirlər müalicə xərclərini azaldacaq

Xərçəng xəstəliyinin müalicəsinin dövlət tərəfindən daha geniş maliyyələşdirilməsi və onkoloji xəstələrə əlavə güzəştlərin tətbiqi son illərdə dünyada səhiyyə siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Azərbaycand

Yayda çimməyin ölümcül riskləri barədə XƏBƏRDARLIQ

"İsti avqust sularında bakteriya və göbələklər sürətlə çoxalır. Qulaq kanalında qalan su isə infeksiyaların yaranması üçün əlverişli şərait yarada bilər". -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionis

Bu əməliyyat pulsuz edilə bilər - Sığorta ilə bağlı vacib açıqlama

Burun çəpərinin əyriliyi (septum deviasiyası) təkcə estetik deyil, həm də sağlamlıq baxımından ciddi narahatlıqlara səbəb olan problemlərdən biridir. Nəfəsalma çətinliyi, tez-tez təkrarlanan sinus iltihabları, xorultu v

Kimlərə qarğıdalı yemək olmaz?

Qarğıdalı güclü enerji mənbəyi olmaqla yanaşı, tərkibindəki lif, B və C vitaminləri, həmçinin kalium və maqnezium kimi minerallar sayəsində həzmi yaxşılaşdırır, ürək-damar sistemini qoruyur və göz sağlamlığını dəstəkləyir


azerbaycan xeberleri yeni xeberler son xeberler meherremlik 2026 cebheden xeberler cəbhədən son vəziyyət son xeberler bugun