Kosmetik vasitələrin dəhşətli fəsadları üzə çıxdı: Mütəxəssisdən xəbərdarlıq
Tayvanda kamera qarşısında kosmetik məhsulları yeyən bloqer ölüb.
"Guava Beauty" adı ilə tanınan 24 yaşlı qız müxtəlif kosmetik vasitələrin dadına baxdığı videolar çəkib.
KONKRET.az xəbər verir ki, o, xüsusilə dodaq boyası və ənlik kimi məhsulları kamera qarşısında yeyərək izləyicilərinin diqqətini cəlb etməyə çalışıb. Bir müddət sonra gənc bloqerin profilində onun qəfil öldüyünü bildirən paylaşımlar edilib.
Maraqlıdır, doğrudan bloqerin ölümünə kosmetik vasitələri yeməsi səbəb olub?
Bununla bağlı mütəxəssislərin fikirləri müxtəlifdir.
Qida mütəxəssisi Məhsəti Hüseynovanın Baku TV-yə açıqlamasına görə, kosmetik vasitələrin yeyilməsi insan sağlamlığına ciddi zərər vura bilər:
"Bu məhsullarda istifadə olunan kimyəvi maddələr qaraciyər və böyrəklərin fəaliyyətini poza, digər daxili orqanlara zərər verə bilər. Eyni zamanda, kosmetik vasitələrin tərkibindəki kimyəvi maddələr hormonal balansın pozulması ilə yanaşı, ciddi allergik reaksiyalara səbəb ola bilər".
Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov isə bildirib ki, sözügedən boyalar və kosmetik məhsullar toksiki funksiyaya malik deyil:
"Onlar zəhərlənməyə səbəb olmurlar. Bizə müraciət edən azyaşlı uşaqlar belə məhsulları təsadüfən istifadə etdikdə xüsusi tibbi müdaxiləyə ehtiyac olmur".
Mütəxəssislərin fikrincə, sosial mediada izlənmə və məşhurluq uğruna edilən riskli hərəkətlər gənclər üçün ölümcül nəticələrə səbəb ola bilər. Bu kimi videoların platformalardan silinməsi və maarifləndirici tədbirlərin həyata keçirilməsi zəruridir.
Kurslar.az kurslar [newsid: 0-123300]

Milyarder səkkiz ay ərzində sərvətini itirdi
Əkrəm Həsənov: "Azərbaycandakı yaşayış minimumu sadəcə vətəndaşın fiziki sağ qalması üçündür"
Sabiq vəzifəli şəxs VƏFAT ETDİ - FOTO
Valyuta bazarında son vəziyyət
Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum olub
Türkiyənin 2 şirkəti Azərbaycandakı filiallarını bağlayır
Yeni il ərəfəsində bu məhsullar BAHALAŞA BİLƏR – Ekspertdən XƏBƏRDARLIQ
PAŞA Bank COP31-də dayanıqlı maliyyələşdirmə və enerji tərəfdaşlıqlarına dair müzakirələrdə iştirak edib
"Sədərək" və "Binə"də nə baş verir? – Narahatedici məqamlar üzə çıxdı
Lamin Yamal Bakıya gəlməyəcək - Qərar
Azərbaycan XİN COP31-in nəticələrini yüksək qiymətləndirdi
"Barselona" "Sabah"la oyun üçün Bakıya onları gətirir
"Sabah" – "Barselona" oyununun hakimləri bilindi
Putin və Si ABŞ-ın qaraciyərini yemək istəyirlər
Trampın adamı Bakıda: Əliyev telefon zəngində bunu xüsusi vurğulayıb, lakin…