Əsəd türk ordusuna BELƏ HÜCUM ETDİ - Gizli danışıq ortaya çıxdı
Suriya rejimi İdlib şəhərində Türkiyə Silahlı Qüvvələrinin nəzarət etdiyi müşahidə məntəqələrini hədəf alıb.
bu barədə "The Telegraph"a istinadən xəbər verir.
"Rehimə" aid kabelsiz telefonlardan eşidilən danışıqlara əsasən, türk ordusunun müşahidə məntəqələri ilə yanaşı, dinc sakinlər də hücumun hədəfinə çevrilib.
Qəzetə müstəqil fəallar qrupu olan Makro Media Mərkəzi (MMC) tərəfindən ötürülən danışıqlarda rejimin topçu əsgərinin silah yoldaşına "Somar, mənə türk müşahidə məntəqəsinin koordinatlarını göndər" dediyi, qarşılığında "Sübhi, qarşında, solda. 07215313" cavabını aldığı deyilir.
Qeyd edək ki, rejim qüvvələri Hələb şəhərinin qərbində yerləşən Ətarib rayonuna bağlı Mizanaz tərəfdəki müşahidə məntəqəsinə 12 fevral tarixində bu danışıqlardan qısa müddət əvvəl hücum təşkil etmişdi. Nəticədə ölən və yaralanan olmamışdı.
"Foreign Policy" araşdırma institutunda işləyən Suriya üzrə mütəxəssis Elizabet Tsurkov "The Telegraph"a verdiyi açıqlamada Əsəd rejiminə sadiq qüvvələrin müxtəlif bəhanələrlə türk müşahidə məntəqələrini hədəf almasının bu qədər açıq şəkildə dilə gətirilməsini dəhşətverici adlandırıb.
Zümrüd /publika.az

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək