Əsgərlərə XƏBƏRDARLIQ edildi: bu testləri verməyin
ABŞ əsgərlərinə DNT testi verməməyə dair xəbərdarlıq edilib.
Publika.az xəbər verir ki, bu bilgi ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) daxili yazışmasında yer alıb.
"ABC News"un xəbərinə görə, Müdafiə Nazirliyi Kəşfiyyat Dairəsinin məsləhətçisi Yosef D. Kernan ilə ehtiyat əsgərlərin işlərindən məsul məsləhətçi Ceyms N. Stüartın apardığı yazışmada Pentaqon əsgərlərinə xəbərdarlıq edilir ki, nazirlikdən kənar tərəflərə həssas genetik bilgi ifşa etmək, əməliyyatlar və fərdlər üçün risk yaradır.
Dialoqda birbaşa istehlakçıya verilən DNT testlərinin böyük miqyasda nəzarətsiz olduğu, elm dünyasında genetik bilgilərin müzakirəyə açıq məqsədlər üçün istifadə edildiyi narahatlığı dilə gətirilib.
Qeyd edək ki, ABŞ-ın "Ancestry", "23" və "Me" kimi şirkətlərinin istehlakçılara göndərdiyi DNT testi son illərdə ən çox rəğbət görənlər siyahısındadır. Bu testlərlə insanlar etnik mənşə və genetik xüsusiyyətlərini öyrənə bilirlər. "Ancestry" şirkəti xidmətindən bu günə qədər 15 milyona yaxın insanın faydalandığını dilə gətirir. DNT şirkətləri Pentaqonun iddiasını təkzib edir və pasientlərinin şəxsi bilgilərinin qorunduğunu deyir.
Zümrüd /publika.az

Rəsmi Bakıdan 20 Sentyabr mesajı: "...əbədidir"
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
Neft həftəni bu qiymətlə başladı
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - Fotolar
Zaur Kamalın səhhətində problem yarandı
Zaurla xəstəxanaya yerləşdirildi - Vəziyyəti necədir?
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
İsrail Səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi
"Şamaxı" "Araz-Naxçıvan"a qalib gəldi
"Yuventus"un qapıçısı zədələndi
"Fənərbağça" rəqibini darmadağın etdi – Tarixi hesab
"Bakıkart"dan Qarabağ Universitetinin yüksək nəticə göstərən tələbələrinə 100 gedişlik nəqliyyat dəstəyi
DİQQƏT: Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz