"Əslində ermənilər Qarabağda tələyə salınmış vəziyyətdədirlər" – İLGİNC AÇIQLAMA

Anar Əliyev, politoloq
Azərbaycanın Laçın istiqamətində alternativ yol çəkməsi Ermənistanda əməlli-başlı təşviş yaradıb. Hazırda sülhməramlıların nəzarətində olan köhnə dəhliz vasitəsi ilə Qarabağa  qeyri-qanuni yollarla girə bilən ermənilər, yeni yolun istifadəyə verilməsindən sonra acınacaqlı vəziyyətə düçar olacaqlar. Ermənilər həm də  bütün kommunikasiyaların, yəni qaz və işığın Azərbaycanın nəzarətinə keçəcəyindən narahatdırlar.
Mövzu ilə bağlı KONKRET.az-a danışan "Qafqaz: əməkdaşlıq və inteqrasiya" klubunun sədri, politoloq Anar Əliyev bildirib ki, bu məsələ 2020-ci il 10 noyabr Bəyanatının ən mühüm şərtlərindən biridir. Yəni qısa müddət ərzində Laçın dəhlizinə alternativ yolun çəkilməsi və həmin ərazilərin Azərbaycan dövlət strukturlarının nəzarətinə verilməsi məsələsi icra olunur: "Bəyanatdan irəli gələn öhdəliklərin yerinə yetirilməsinin nəticəsidir ki, Ermənistandakı revanşist qüvvələr mövcud situasiyanı münasibətlərin gərginləşməsi üçün bir alətə, eləcə də Paşinyan hakimiyyətinə qarşı təzyiq vasitəsinə çevirməyə çalışır. Azərbaycanın Laçın dəhlizi ilə bağlı alternativ yolun çəkilişini yekunlaşdırması və bu məsələlərin gündəmə gəlməsi, dövlətin Qarabağdakı proseslərə tam nəzarət etdiyini sübuta yetirir. Eyni zamanda Ermənistanın düşdüyü bataqlıqdan yalnız Azərbaycanla sülh müqaviləsi imzalamaqla çıxa biləcəyini göstərir".
Politoloqun sözlərinə görə, Prezident İlham Əliyev Laçın dəhlizinə alternativ yol çəkilişini bu razılaşmaya salmaqla,  Ermənistandan Qarabağdakı separatçılara gələ biləcək mümkün dəstəyin qarşısını aldı: "Bu, çox uzaqgörən bir yanaşma idi. Həmin alternativ yolun çəkilişi kommunikasiyalara nəzarəti də Azərbaycanın əlinə keçirir. Belə ki, Qarabağdakı ermənilərə Ermənistandan gələn qaz, işıq və digər kommunikasiya vasitələri, həmçinin quru yoluna nəzarət Azərbaycanın ixtiyarında olacaq. Eləcə də lazım gəldikdə həmin ərazilərdə kamera müşahidələrinin aparılması, hərbi və gömrük postlarının yaradılması Qarabağdakı separatçı rejimin fəaliyyətini kifayət qədər dar çərçivəyə salacaq. Separatçılar da yaxşı bilirlər ki, sözügedən yol istifadəyə verildikdən sonra Qarabağda Azərbaycan qanunlarını, vətəndaşlığını və bayrağını qəbul etməyən hər bir erməninin vəziyyəti daha da pisləşəcək. Əslində onlar burada tələyə salınmış vəziyyətdədirlər. Ən qısa müddət ərzində onlar Qarabağ ərazisini tərk etməsələr, bu zaman ələ keçirilib Azərbaycan qanunları qarşısında cavab verməli olacaqlar. Bütün bu məsələlər sülh müqaviləsinin imzalanması prosesini daha da sürətləndirir".
Müşviq Tofiqoğlu,
KONKRET.az
Peşəkar oftalmoloq Günel Xalıqverdiyeva ilə əlaqə

Siyasi       Tarix: 10 iyun 2022
f Paylaş

Oxşar xəbərlər

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qloba

İlham Əliyev Qazaxıstan Prezidentinə BAŞSAĞLIĞI VERDİ

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı verib. xəbər verir ki, başsağlığı mətnində deyilir:. "Hörmətli Kasım-Jomart Kemeleviç,. Manqistau vilayətində keçirilən hərb

SOCAR beynəlxalq şirkətlərlə bir sıra mühüm sənədlər imzaladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında təşkil olunan İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində SOCAR tərəfindən müxtəlif şirkətlərlə bir sıra sənədlər imzalanıb.  xəbər veri

Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq

Nazirlər Kabineti "2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri" və "2027-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyas

Prezident icra başçısını vəzifəsindən azad etdi

Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb

Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik

27 Sentyabr – Anım Günündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizi dərin ehtiram, rəhmət və minnətdarlıqla yad edirik. Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin paylaşımınd

1 saat danışdılar - Lavrov və Rubio nəyi müzakirə etdi?

Nyu-Yorkda Rusiya xarici işlər naziri Sergey Lavrov ilə ABŞ Dövlət katibi Marko Rubio arasında təkbətək danışıqlar başa çatıb. "RİA Novosti"yə istinadən xəbər verir ki, diplomatik görüş təxminən bir saat davam edib

Əli Əsədov iclas keçirir

Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun sədrliyi ilə iclas keçirilir. Trend-ə istinadən xəbər verir ki, iclasda 2027-ci ilin dövlət büdcəsi və onunla əlaqəli sənədlər müzakirəyə çıxarılıb. Baş nazir bildirib ki, Preziden

"Qısqanclıq kişi ilə qadın arasında olur" - Putin həmin görüşdən danışdı

Rusiya Prezidenti Vladimir Putin ÇXR Sədri Si Cinpinlə ABŞ Prezidenti Donald Trampın Vaşinqtondakı görüşünə qısqanclıqla yanaşmadığını bildirib. TASS-a istinadən xəbər verir ki, Rusiya dövlət başçısı bu cür hisslərin beynəlxal


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən son xəbərlər bu gune olan xeberler xabar az son xeberler bugun 2026 azerbaycan