"Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə" medalın əsasnaməsi təsdiqləndi
Prezident İlham Əliyev "Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə" medalın əsasnaməsini təsdiq edib.
azxeber.com xəbər verir ki, əsasnaməyə görə "Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə" Azərbaycan medalı ilə Azərbaycan vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər aşağıdakı xidmətlərinə görə təltif edilirlər.
- ətraf mühitin mühafizəsi ilə bağlı mühüm layihələrin hazırlanmasında və onların həyata keçirilməsində fəal iştiraka görə;
- ətraf mühitin mühafizəsi ilə bağlı obyektiv informasiyanın yayılmasına və görülən işlərin təbliğinə verilən töhfəyə görə;
- ətraf mühitin mühafizəsi ilə bağlı Azərbaycan Respublikasının beynəlxalq əlaqələrinin inkişaf etdirilməsində və möhkəmləndirilməsində göstərilən xidmətlərə görə.
"Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə" Azərbaycan medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (Ekologiya və Təbii Sərvətlər Nazirliyi) tərəfindən təltif edilirlər.
Medalın taxılma qaydasına gəlincə, medal döşün sol tərəfinə, Azərbaycanın digər orden və medalları olduqda, onlardan sonra taxılır.
Dövlət başçısı eyni zamanda "Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə" medalın təsvirini də təsdiqləyib.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var
"Mən sizinlə birlikdə Bakıya getməyə hazıram" - Ruben Vardanyanın həyat yoldaşı