ETX: Vətəndaşlar "Facebook" üzərindən saxta keçidlərə yönləndirilir
Saxta hesablar vasitəsilə "Facebook" sosial şəbəkəsi üzərindən fişinq cəhdləri həyata keçirilir.
azxeber.com xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) məlumat yayıb.
Bildirilir ki, vətəndaşlara mesajlar göndərilərək saxta keçidlərə yönləndirilir. Mesajlarda "Facebook"un icma qaydalarının pozulduğu üçün hesabın birdəfəlik silinəcəyi və bərpa prosesi üçün keçidə daxil olmaq bildirilir. Həmin keçidlərdə vətəndaşın hesab məlumatlarını ələ keçirmək üçün saxta giriş səhifəsi mövcuddur.
Xidmət vətəndaşlara belə hallara qarşı diqqətli olmağı, sosial şəbəkələrdən bu tip mesajlarla rastlaşdıqda, həmin məlumatları platformanın dəstək xidmətindən dəqiqləşdirməyi, şübhəli keçidlər vasitəsilə istifadəçi məlumatlarını (istifadəçi adı və şifr) qarşı tərəfə ötürməməyi tövsiyə edir.

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Tovuzda qəza oldu - Ölən var
Səhhəti ilə bağlı iddialara cavab verdi
"Rusiya hücum edəcək, hazır olun" - Almaniyadan XƏBƏRDARLIQ
Milli Məclis Prezident və xanımını təbrik etdi
Məşhurlar DÇ-2026 oyununda
Leysan və dolu Ankarada subasmaya səbəb olub
DİN "Son zəng" tədbirləri ilə bağlı məlumat yaydı
Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb
Qızıl bahalaşdı
Hikmət Hacıyev Trans-Xəzər Forumunda çıxış edib
Tovuzda avtomobil aşdı: Vətən müharibəsi iştirakçısı həyatını itirdi
Hidayət Orucov vəfat etdi
Ceyhun Bayramov ABŞ rəsmisi ilə TRIPP-i müzakirə etdi
"Barselona" ona elçi düşdü - 50 milyon ödəməyə hazırdır
DÇ-2026: Türkiyə ilk sınağına çıxır