"EU Today": Qarabağda onilliklər ərzində maddi-mədəniyyət nümunələri məhv edilib

"EU Today": Qarabağda onilliklər ərzində maddi-mədəniyyət nümunələri məhv edilib"EU Today": Qarabağda onilliklər ərzində maddi-mədəniyyət nümunələri məhv edilib
Avropanın "EU Today" media platforması "Qarabağda onilliklər ərzində maddi-mədəniyyət nümunələri məhv edilib" sərlövhəli məqalə yayıb.
AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar bəyanatına istinad edilərək, Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki mədəni irsin Ermənistan tərəfindən məhv edilməsi ilə bağlı ciddi narahatlığı bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırılır.
Məqalənin müəllifi bildirir ki, işğal olunmuş ərazilərdəki mədəni və dini abidələrin məhv edilməsi beynəlxalq hüquq normalarına görə hərbi cinayət hesab olunur. 1954-cü ildə Haaqada qəbul edilmiş "Silahlı münaqişələr zamanı mədəni abidələrin qorunmasına dair Konvensiya" işğalçı qüvvələr qarşısında müharibə dövründə mədəni mülkiyyətin qorunması və onlara hörmət olunması kimi öhdəliklər yaradır. "Ümumdünya mədəni və təbii irsin qorunması haqqında" Konvensiyaya görə "hər hansı mədəni və təbii irsin korlanması və ya yoxa çıxmasının dünyanın bütün xalqlarının sərvətini fəlakətli surətdə yoxsullaşdırılması deməkdir", bununla belə, mədəni irs nümunələri bütün dünyada təhlükə ilə üzləşməkdə davam edir və beynəlxalq ictimaiyyət isə bunun qarşısının alınması istiqamətində kifayət qədər iş görmür.
Məqalədə bildirilir ki, Ermənistanın 30 illik işğalı dövründə Azərbaycan ərazilərindəki demək olar ki, bütün tarixi, mədəni və dini abidələr tamamilə məhv edilib. Bu günə qədər Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi azad edilmiş ərazilərdə 400-dən çox abidənin dağıdıldığını müəyyən edib. Bu ərazilərdəki abidələrin ümumi sayı 3000-ə qədərdir. Azərbaycana məxsus mədəni və dini mülkiyyət talan edilib, təhqir olunub, dəyişdirilib və qanunsuz olaraq Ermənistana daşınıb. Azad edilmiş ərazilərdə 100 mindən çox mədəniyyət nümunəsinin saxlandığı 22 muzey və muzey filialı məhv edilib.
Müəllif vurğulayır ki, qərb müşahidəçiləri də Azərbaycanın maddi-mədəni irsinin ermənilər tərəfindən məhv edilməsi və mənimsənilməsi kimi faktları pisləyirlər. O qeyd edir ki, Fransanın "Avropa Perspektiv Proqnozlar və Təhlükəsizlik İnstitutunun" (İPSE) prezidenti Emmanuel Dupuy Ermənistanın BMT-nin qətnamələrinin tələblərini pozaraq işğal altında saxladığı ərazilərdə yerləşən mədəniyyət abidələrinə vurduğu ziyanın tam həcminin indi üzə çıxdığını bildirib. "Onilliklər ərzində Azərbaycanın Qarabağdakı maddi-mədəniyyət abidələri Ermənistan tərəfindən sistemli şəkildə dağıdılıb, mənimsənilib və məhv edilib. Azərbaycanın işğal olunmuş ərazilərində qəbiristanlıqlar dağıdılıb, müqəddəs yerlər təhqir edilib və digər mədəni abidələr talan edilib," - deyə İPSE prezidenti bildirib.
Diqqətə çatdırılır ki, BMT Baş Assambleyasının 75-ci sessiyasının prezidenti Volkan Bozkırın aprelin 10-da Bakıya səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyev beynəlxalq təşkilatları, xüsusilə də UNESCO-nu bölgəni ziyarət etməyə və Azərbaycanın tarixi, dini və mədəni abidələrinin Ermənistan tərəfindən məhv edilməsinin şahidi olmağa çağırıb. "Azad edilmiş torpaqlarda erməni vəhşiliyi, vandallığı göz qabağındadı", - deyə Prezident İlham Əliyev əlavə edib.
Məqalədə qeyd olunur ki, Azərbaycanın işğal olunmuş ərazilərində ermənilərin dini və tarixi-mədəni irsə qarşı törətdiyi vəhşilikləri təsvir edərkən ingilis yazıçısı Corc Mitçel Ağdam şəhərini "ruhlar şəhəri" və "Qafqazın Xirosiması" adlandırıb. "Ağdam mədəni irsin məhv edilməsi baxımından bəlkə də ən kədərli və ən parlaq nümunədir", - deyə Dupuy qeyd edib. Bir vaxtlar tarixi abidələri ilə məşhur olan canlı bir şəhər – Ağdam, Ermənistan tərəfindən tamamilə məhv edilib və xarabalığa çevrilib.
Sonda müəllif bildirir ki, 30 il ərzində Qarabağdakı mədəni irsin məhv edilməsini qiymətləndirmək üçün faktaraşdırıcı missiyanın təşkili ilə bağlı Azərbaycanın UNESCO-ya və ya digər beynəlxalq təşkilatlara dəfələrlə etdiyi müraciətlər cavabsız qalıb. /oxu.az

Siyasi       Tarix: 24 aprel 2021
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir". Bu fikir Prezident İlham Əliyevin "ADEX 2026" 6-c

Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 27-də Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar. xəbər verir ki, dövlətimizin başçısı Zəfər abidəsinin önünə əkli

27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi

27 Sentyabr – Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edildiyi gündür. Azərbaycan Prezidenti

Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Qarabağ Azərbaycan torpağıdır və əbədi olaraq belə də qalacaq. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə 27 sentyabr - Anım Günü ilə bağlı X-da paylaşımında bildirib. "Anım Günü münasibətilə Qarabağ

Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti

FIA prezidenti Məhəmməd bin Sulayem Bakı Şəhər Halqasının (BŞH) unikal atmosferindən və fərqli xüsusiyyətlərindən danışıb. Bakı Şəhər Halqasından bildirilib ki, o, Bakıya səfərindən çox məmnun olduğunu söyləyib. "Bak

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı ölkəmizin beynəlxalq əhəmiyyətli nüfuzl

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunu

Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibi Raffaella Culiani ilə görüş keçirib. xəbər verir ki, Raffaella Culiani görüşdə Azərbaycan nümayənd

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda


azerbaycan xeberleri yeni xeberler son xeberler valyuta bugun xeberler şou biznes xəbərləri cəbhədən son dəqiqə