"Eurovision 2020" ləğv olundu?
"Eurovision 2020" mahnı müsabiqəsi bu il keçirilməyəcək.
Open.az xəbər verir ki, bu haqda xarici media xəbər yayıb. Bildirilib ki, dünyanı cənginə alan koronavirus infeksiyasının Avropada sürətlə yayılması nəzərə alaraq yarışma təxirə salınıb. Təşkilatçılar bununla bağlı martın 19-da rəsmi məlumat yayacaq.
Bu haqda eyni zamanda İsrailin "Eurovision" heyətinin üzvlərindən biri tvitter-də yazıb. "SuperTV" və "Kann_news"da artıq bunla bağlı xəbər yayımlayıb. Yarışmanın bu il ümumiyyətlə baş tutmayacağı vurğulanıb.
Ehtimal olunur ki, iştirakçılar gələn il artıq bu il üçün elan edilmiş təmsilçiləri ilə çıxış edəcəklər.
Qeyd edək ki, "Eurovision 2020"nin mayın 12-dən 16-dək Rotterdamdakı "Ahoy" konsert zalında keçirilməsi planlaşdırılırdı.
Azərbaycanı müsabiqədə "Kleopatra" mahnısı ilə Samirə Əfəndi təmsil edəcəkdi. (Axşam.az)

ABŞ-la danışıqlarda geri çəkilməyəcəyik - Tehran
ABŞ-də festival qanla bitdi - 3 nəfər öldü
Neft ucuzlaşdı
Konfrans Liqasının oyunu azərbaycanlı hakimə tapşırıldı
Arda bu oyunçuya görə "Real"dan ayrıla bilər
"Əgər buna imkan versək, Türkiyə də bunu istəyəcək" - Yair Lapid
Zaxarova: KTMT-nin Qarabağ münaqişəsinə qoşulması mümkün deyildi
Ukrayna Kerçə zərbə endirdi: yaralılar var
Çaya tullanan gənc faciəvi şəkildə ÖLDÜ
Abşeronda binada partlayış: Sakinlər təxliyə edilir
ÇL: "Sabah"ın çətin Finlandiya səfəri
Emmanuel Addaininin yeni klubu bəlli oldu
Daşkəsəndə "Niva" aşdı - Xəsarət alan var
Süni intellektin köməyi ilə zəhər hazırladı, valideynlərini öldürmək istədi - ABŞ-da dəhşətli olay
İcazəsiz bazadan qaçdı, futbolçuları təhqir etdi