Ev alarkən aldanmamaq üçün nəyə diqqət edək? - Ekspert rəyi

Ev alarkən aldanmamaq üçün nəyə diqqət edək? - Ekspert rəyiMütəxəssislər bildirir ki, istər çox məzilli yaşayış binalarından mənzil, istərsə də fərdi yaşayış evləri alarkən xüsusi məqamlara diqqət etməliyik. Çünki bir çox hallarda qanunu bilməməyimiz, bu səhədən anlayışımız olmaması bizə əlavə problem yaradar. Xüsusilə tez-tez bir mənzilin bir neçə şəxsə satıldığını eşidiriksə, necə edək ki, həm pulumuzu, həm zamanımızı itirərək ziyana düşməyək?
KONKRET.azxəbər verir ki, Valyuta.az mövzunu əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə ilə müzakirə edib.
Ramil Qasımzadə deyib ki, çıxarışla hansısa daşınmaz əmlak, fərdi yaşayış evi alarkən vətəndaşlarımız bir qədər sığortalanmış olur. Yəni həmin mənzillər notariusdan keçir, notarial qaydada alqı-satqı olur. Amma burda yenə də diqqət edilməli bir çox məqamlar var:
"Bir şəxs mənzil alarkən ilk növbədə həmin mənzillə baxış keçirməli, mənzilin çıxarışı ilə tanış olmalıdır. Burda isə diqqət edilməli məqam var. Mənzil alan şəxs onu çıxarış adına olan şəxsdən aldığına əmin olmalıdır, çıxarışda olan mənzil sahəsinin reallıqda olub-olmaması müəyyən edilməlidir. Çünki notariusa gedən zaman notarius mənzilin sahəsini ölçmür. Belə olan hallarda bəzən vətəndaşa hansısa böyük sahəni göstərib, satılarkən isə başqa sahə satılır. Mənzil alarkən Dövlət Reyester Xidmətindən arayış alınır. Bu arayış həmin mənzilin girovda olub-olmamasını müəyyən etmək üçündür. Amma vətəndaş hər zaman çıxarışda olan sahənin aldığı sahə ilə uyğun olub-olmamasına diqqət etməlidir".
Ekspert deyib ki, digər bir məqam satılan mənzildəki insanların qeydiyyatı ilə bağlı problemlərdir:
"Vətəndaş həmin mənzildə kimlərin qeydiyyatda olması ilə maraqlanmalıdır. Çünki bir çox hallarda daşınmaz əmlak alan şəxsin adına keçsə də, köhnə sahibi olanlar evdən çıxmır. Qeydiyyatla bağlı məsələlər növbəti dəfə alqı-satqı edəndə problem yaradır. Ümumiyyətlə qeydiyyatla bağlı problemlər olduğuna görə, məsələn, vətəndaş evini satarkən sənədsiz evlərə qeydiyyata düşə bilmədiyinə görə bu məsələ problemlər yaradır. Gələcəkdə də həmin vətəndaş mülkiyyət hüququnu tam bərpa etmək üçün məcbur olur ki, evdə əvvəldən qeydiyyatda olan şəxsləri məhkəməyə verərək, onların qeydiyyatını ləğv etsin. Bu da həm vaxt, həm də artıq məsrəf aparır. Mütləqdir ki, vətəndaş əvvəlki ev sahibi ilə qeydiyyatla bağlı məsələlərin necə həll olunacağı ilə bağlı danışsın. Notariusda bir ay vaxt qoyulsa da, bir çox hallarda onlar qeydiyyatdan çıxmır, bu da problemlərə səbəb olur".
Ramil Qasımzadə vurğulayıb ki, mənzil alarkən mütləq bazar araşdırması aparılmalıdır:
"Yaxşı olar ki, bu zaman maklerlərin tövsiyələri iə kifayətlənməsinlər. Əmlakın qiymətlədirilməsi ilə məşğul olan şirkətlərə müraciət edib, onlardan xüsusi rəy alsalar daha yaxşı olar ki, həmin mənzilin real bazar dəyərini öyrənərlər. Diqqət edilməli məqam isə vətəndaşların aldıqları evin qiymətini notariusda düzgün qeyd etməsinin vacibliyidir. Çünki elə hallar var ki, vətəndaş 100 minə ev alırsa, ona deyir bank faizini artıq verməmək üçün məbləği daha az, məsələn 60-70 min və s. göstərək. Halbuki bu rəqəm çox kiçikdir, 0.2 faizdir. Mən isə vətəndaşlara rəqəmləri azaltmağı tövsiyə etmirəm. Gələcəkdə hər hansı bir problemin olmaması üçün və ya mənzilin köhnə sahibi ola bilər deyər ki, mən evi qaytarıram. Bu da 6 ay ərzində mümkündür. Mənzil qaytarılan zaman isə notariusda əksik pulun verilməsi ilə bağlı problemlər ola bilər. Ona görə də vətəndaşlara tövsiyə edərdim ki, hətta verdikləri behi də üstünə gəlməklə notariusda düzgün rəqəmləri qeyd etsinlər".
Fərdi yaşayış evlərinin alqı-satqısı haqqında da danışan həmsöhbətimiz qeyd edib ki, fərdi yaşayış evlərinin alqı-satqısında isə torpaqla bağlı məqamlara xüsusi diqqət yetirilməlidir:
"Xüsusilə baxmaq lazımdır ki, fərdi yaşayış evinin torpaq mülkiyyəti kimin mülkiyyətindədir, yəni xüsusi mülkiyyətdir, bələdiyyə mülkiyyətidirmi? Məsləhət görərdim ki, fərdi yaşayış evlərini alarkən mütləq əvvəldən evin qiymətləndirilməsi aparılsın. Çünki mənzillər kimi, onlara anoloji yanaşma yox, fərdi yanaşma olmalıdır. Tikintisində istifadə edilən materiallara, evin konstruksiyasına, tikilişinə, sənədlərə diqqət edilməlidir. Torpaq sahəsinin real olmasına, evin göstərilən ərazidə tikilməsinə fikir verilməlidir. Vətəndaşlar da mütləq şəkildə çıxarışı olan fərdi yaşayış evlərini almağa diqqət etsinlər. Torpaq sahəsinin də xüsusi mülkiyyətdə olması nəzərə alınmalıdır".

Sosial       Tarix: 13 oktyabr 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Soyuqdəymənin ilk əlamətləri zamanı bunları edin

Soyuqdəymənin ilk əlamətləri hiss olunan kimi xəstəliyi "ayaqüstə" keçirməyə çalışmaq məsləhət görülmür. Mütəxəssislər bu mərhələdə evdə qalmağı, istirahət etməyi və vəziyyət pisləşərsə həkimə müraciət etməyi tövsiy

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola


yeni xeberler azerbaycan xeberleri son xeberler hava durumu siyaseti xeberler bugun bu gunun xeberleri xabar az