Ev, avtomobil, torpaq - Vətəndaşlar kredit üçün banklara ən çox hansı əmlakı girov qoyur?
Son illərdə bank kreditlərinə müraciət edən vətəndaşların sayı artmaqda davam edir. Kredit əldə etmək istəyən şəxslərin qarşılaşdığı əsas tələblərdən biri isə girov təminatıdır.
Xüsusilə yüksək məbləğli kreditlər zamanı banklar riskləri minimuma endirmək məqsədilə müştərilərdən daşınar və ya daşınmaz əmlakı girov kimi təqdim etməyi tələb edirlər.
Girovun növü kreditin məbləğindən, təyinatından və bankın daxili kredit siyasətindən asılı olaraq müəyyənləşdirilir. Bəs vətəndaşlar kredit almaq üçün ən çox hansı əmlakı girov qoyurlar?
Mövzu ilə bağlı azxeber.com-un sorğusunu cavablandıran Azərbaycan Banklar Assosiasiyasından (ABA) bildirilib ki, təqdim olunan girovlar arasında yaşayış evləri və mənzillər üstünlük təşkil edir:
"Banklar kredit qərarı verərkən yalnız müştərinin gəlirlərini deyil, eyni zamanda təqdim olunan girovun likvidliyini, bazar dəyərini və zərurət yarandıqda nə dərəcədə tez realizə oluna biləcəyini də nəzərə alırlar. Məhz buna görə də vətəndaşlar tərəfindən təqdim edilən girovlar arasında yaşayış evləri və mənzillər üstünlük təşkil edir. Bank sektorunda formalaşmış təcrübəyə əsasən, kreditlərin əhəmiyyətli hissəsi yaşayış daşınmaz əmlakı ilə təmin olunur. Bunun əsas səbəbi yaşayış evlərinin bazarda ən likvid əmlak növlərindən biri hesab olunması, qiymətinin daha sabit olması və ehtiyac yarandıqda digər əmlak növləri ilə müqayisədə daha asan satılmasıdır. Banklar üçün girovun əsas üstünlüyü yalnız onun yüksək bazar dəyərinə malik olması deyil, həm də qısa müddətdə bazar qiymətinə uyğun şəkildə realizə oluna bilməsidir".
Qurum vətəndaşların təqdim etdiyi digər girov növləri ilə bağlı da məlumat verib:
"Yaşayış mənzillərindən sonra bankların girov portfelində avtomobillər, kommersiya təyinatlı daşınmaz əmlak, fərdi yaşayış evləri, torpaq sahələri, bəzi hallarda isə istehsalat və anbar obyektləri yer alır. Lakin avtomobillər zaman keçdikcə dəyər itirdiyi, torpaq sahələrinin və kommersiya obyektlərinin likvidliyi isə yerləşdiyi ərazi və bazar şəraitindən ciddi şəkildə asılı olduğu üçün banklar bu növ girovların qiymətləndirilməsində daha konservativ yanaşma tətbiq edirlər".
ABA-nın məlumatına görə, son bir il ərzində biznes kreditləri üzrə tam təminatlı kreditlərin payı 0,8 faiz bəndi azalıb. Qismən təminatlı kreditlərin payı isə 4,7 faiz bəndi geriləyib. Eyni zamanda, təminatsız kreditlərin payı 5,5 faiz bəndi artaraq 26,6 faizə yüksəlib.
Fəridə Əsədzadə

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir
Hindistan Azərbaycan üçün məhz bu səbəblərdən vacib ölkədir – AÇIQLAMA
Azərbaycan səfiri etimadnaməsini Belçika Kralına təqdim edib, iki ölkə arasındakı münasibətlər müzakirə olunub
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Qızılın qiyməti kəskin ucuzlaşdı
Nev vəfat etdi