Evə getmək üçün pulu olmadı, küçədəkiləri söyüb həbs edildi
Naxçıvanda xuliqanlıq edən Babək sakini həbs edilib.
azxeber.com qafqazinfo-ya istinadən xəəbr verir ki, 42 yaşlı Əli Qafarov (şərti) yaşadığı kənddən Naxçıvan şəhərinə gəlib. Yeməkxanaların birində spirtli içki qəbul edib.
Daha sonra yeməkxanadan çıxaraq "Əcəmi seyrangahı"na gedib. Orada gəzdikdən sonra evə getməyə pulu olmadığı üçün yaxınlıqdakı vətəndaşlardan pul istəyib. Heç kim ona pul verməyib və bundan əsəbiləşib, küçədə nalayiq ifadələr işlədib.
Bu zaman ərazidə xidmət aparan polis əməkdaşı ona yaxınlaşaraq nizam-intizama dəvət edib. Lakin o, hərəkətlərinə davam etdiyi üçün polislər onu məcburi qaydada bölməyə aparıblar.
Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1 (polisin qanuni tələbinə tabe olmama) və 510-cu (xırda xuliqanlıq) maddələri ilə protokol tərtib edilib.
Naxçıvan Şəhər Məhkəməsi protokolu əsaslı hesab edərək Ə.Qafarova 13 gün inzibati qaydada həbs cəzası verib.

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır