Əvvəlki prezidentləri debata çağıran Paşinyan MDB-nin sammitinə niyə getmədi? - Politoloqların şərhi

Əvvəlki prezidentləri debata çağıran Paşinyan MDB-nin sammitinə niyə getmədi? - Politoloqların şərhiErmənistanda siyasi gərginlik yeni mərhələyə qədəm qoyur. Baş nazir Nikol Paşinyan yeni bəyanatlarıyla düşmən ölkədə siyasi gündəmi yenidən bir-birinə qatıb. O, Qarabağ məsələsi ilə bağlı Ermənistanın əvvəlki üç prezidentini debata dəvət edib. Eyni zamanda  Rusiyanın Sankt-Peterburq şəhərində MDB dövlət başçılarının qeyri-rəsmi sammitində iştirakdan yayınıb. Səbəb isə çox sadədir. Guya Paşinyanın kovid testi müsbət çıxıb. Bununla da Rusiyaya getməyən Ermənistan baş naziri Qərbdən ona verilən təlimatlara uyğun addım atıb. Məsələylə bağlı siyasi ekspertlərin fikirlərini öyrəndik.
KONKRET.az-a açıqlama verən politoloq Oqtay Qasımov bildirdi ki, Paşinyanın qərarı düşünülmüş qərardır:
Əvvəlki prezidentləri debata çağıran Paşinyan MDB-nin sammitinə niyə getmədi? - Politoloqların şərhi"Bunu sadəcə olaraq karonavirusla əlaqələndirmək bəhanədir. Ermənistan baş naziri orada Rusiya prezidenti ilə üz-üzə gəlməkdən sadəcə  ehtiyat edir. Eyni zamanda Kazan toplantısında Azərbaycan prezidenti ilə apardığı danışıqdan sonra yalançı durumda olduğu üçün, bu görüşdən yayındı.  Çünki Kazan toplantısında geniş tərkibli bir heyətlə görüş olmuşdu. Kazan görüşünün kifayət qədər konstruktiv keçdiyi ilə bağlı məlumatlar mediada əks olunmuşdu. Sadəcə olaraq ondan sonrakı dövrdə biz Ermənistanın davranışlarına baxdığımızda yenə də ziq-zaqlı hərəkətlər və bəyanatlardan savayı hansısa əməli addımların atılmadığını gördük".
Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri Tural İsmayılov isə hesab edir ki,  Nikol Paşinyanın  Sankt-Peterburqa getməməsinin səbəbi Ermənistanla KTMT arasında pozulan əlaqələrdir:
Əvvəlki prezidentləri debata çağıran Paşinyan MDB-nin sammitinə niyə getmədi? - Politoloqların şərhi"Buna görə də Ermənistan baş naziri MDB sammitinə qatılmadı. O, bilir ki, sammitdə Ermənistanın Avrasiya İqtisadi İttifaqı (Aİİ) qarşısında götürdüyü öhdəliklərə nə dərəcədə əməl etməsi  ciddi müzakirə ediləcək. Eyni zamanda Ermənistanla KTMT arasında pozulan əlaqələr də müzakirəyə çıxarılacaq. Paşinyan  başa düşür ki, Sank-Peterburqa  gedəcəyi təqdirdə ona  bir çox suallar ünvanlanacaq. Bu sullardan da yayınmaq üçün koranavirus ortaya atıldı. Burada əsas məsələ Aİİ-nin iclaslarında Ermənistanın iştirakı məsələsi idi. Ermənistan Aİİ-dən xeyli iqtisadi yardım alsa da, Rusiya qarşısında götürdüyü öhdəliklərdən yayınır. Ona görə, başa düşür ki, MDB sammitində Ermənistanın üzərinə götürdüyü öhdəliklərlə bağlı Paşinyan sorğu-suala çəkilə bilər".
Ermənistanda baş verən son hadisələr göstərir ki, düşmən ölkənin hakimiyyət dairələri daxili auditoryaya hesablanan bəzi açıqlamarla gündəmi dəyişmək niyyətindədir. Nikol Paşinyan əvvəlki ölkə başçılarını tənqid etməklə, onları Qarabağla bağlı siyasətlərinə görə ittham edib. Dünən isə baş nazir Ermənistanın əvvəlki üç prezidentini debata çağırıb. Amma onların hər üçü Paşinyanın dəvətini rədd edib. Oqtay Qasımov bunu Ermənistanın daxili siyasi vəziyyəti ilə əlaqələndirir və hesab edir ki, Qarabağ məsələsi ilə bağlı Ermənistandakı  siyasi qüvvələr arasında ziddiyətli mövqelər var: "Xüsusilə də Paşinyan hazırkı durumda onu tənqid edən oppnentlərinə cavab vermək və onları özünün bəyan etdiyi məsələlərlə bağlı müzakirəyə çəkmək istəyir. Paşinyan onlar üzərində müəyyən psixoloji üstünlüyə nail olmaq məqsədi ilə debat təklif edir. Çünki özü də dəqiq bilirdi ki, onlar  müzakirəyə gəlməyəcəklər. Paşinyanın son dövrlər özünün də partiyasının da  reytinqi xeyli azalıb. Bu da Paşinyana  müəyyən qədər nüvuzunu qaldırmağa kömək edə bilərdi. Faktiki olaraq keçmiş prezidentlər bu debatdan imtina etdikləri üçün, Paşinyan gələcəkdə bununla bağlı manipulyasiya edəcək və bu ona təbliğat üçün əla fürsət yaradacaq".
Tural İsmayılov isə hesab edir ki, Paşinyanın keçmiş prezidentləri debata çağırması Ermənistan daxilində nəbz yoxlamağa hesblanıb: "Buna görə də Paşinyan özündən əvvəlki rəhbərləri Qarabağ məsələsində "günahkar" çıxarmaq istəyir. Amma buna baxmayaraq Paşinyanın Azərbaycan əleyhinə kampaniya aparması bir daha onu göstərir ki, Ermənistan iqditarında təmsil olunanların normal ağlı və məntiqi yoxdur. Bu gün  Ermənistanın həm keçmiş, həm də indiki komandası işğaıçı zehniyyəti və mahiyyəti daşımağa davam edir. Hələ də Qarabağ mövzusunun Ermənistanın daxilindəki ictimai-siyasi müzakirələrdə manipulyasiyalara çevrilməsi də onu göstərir ki, erməni cəmiyyəti doğurdan da böyük  bədbəxtlik içərisindədir".
Vəli Həsənoğlu,
KONKRET.az

Siyasi       Tarix: 25 dekabr 2024
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun

İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almaq hüququ məsələsi yenidən gündəmə gəlib. Bir qrup Azərbaycan QHT nümayəndəsi İran Prezidenti Məsud Pezeşkiana müraciət edərək ölkədə yaşayan milyonlarla azərbaycanlını

Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

Prezident İlham Əliyev Panama Respublikasının Prezidenti Xose Raul Mulino Kinteroya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:

Kiyev Yakuboviçi "qara siyahı"ya saldı

Rusiyalı məşhur teleaparıcı Leonid Yakuboviç Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumat bazasına əlavə edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, buna səbəb Yakuboviçin Rusiyanı

Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Milli Məclisdə yeni Ombudsman seçiləcək. Milli Məclisdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb. Bu vəzifəyə Prezident İlham Əliye

TikTok' montajından siyasi mesaj düzəldənlər: Türkiyə mediasına məsuliyyət çağırışı

Azərbaycan Prezidenti İlham Əliyevin görüntüləri üzərinə illər əvvəlki çıxışından səs yazısının əlavə edildiyi videonun Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında təqdimat forması ciddi narazılıq doğurur

TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi Mayamidə keçiriləcək G20 sammitinə dəvət edib. KONKRET.azxəbər verir ki, bu barədə "Operativ Media" məlumat yayıb. Qeyd edək ki, Mayamidə G20 sammit

Prezident Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsini və strukturunu təsdiqləyib

Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsi və strukturu təsdiq edilib. Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin Aparatını

Azərbaycan QHT-ləri İranın Azərbaycandakı Səfirliyinə imzaladıqları açıq məktubu təqdim edib

Bu gün bir qrup QHT nümayəndəsi İranın Azərbaycandakı Səfirliyinə gələrək Prezident Məsud Pezeşkiana oktyabrın 26-da ünvanladıqları Açıq Məktubu Səfirliyə təqdim ediblər. Səfirlik nümayəndələri sənədi qəbul ediblər. QHT təmsilçilər

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində


yeni xeberler son xeberler azerbaycan xeberleri xabar az havanın temperaturu cəbhədən canlı son.xeberler