Əvvəllər qızılca keçirənlər ikinci dəfə yoluxa bilərlər? - AÇIQLAMA

Əvvəllər qızılca keçirənlər ikinci dəfə yoluxa bilərlər? - AÇIQLAMAÖlkə ərazisini ağuşuna alan qızılca xəstəliyi gündəmin əsas mövzusudur. Təkcə uşaqlar deyil, böyüklər arasında da müşahidə edilən yoluxmalar hər kəsdə təşviş yaradıb. Ekspertlərin bəziləri hesab edirlər ki, bu xəstəlik qızılcanın başqa növüdür, hansısa virusdan qaynaqlanır. Əslində, "qızılca xəstəliyini hamı keçirməlidir" kimi bir anlayış uzun illərdir, xalqın beynində formalaşıb. Əbəs yerə deyil ki, el arasında "qəbirdə də olsan qızılcanı çıxarırsan…" deyirlər. Lakin həkimlər bu anlayışı tamamilə mif adlandırırlar. Hazırda vətəndaşları ən çox qorxudan "Əvvəllər qızılca keçirənlər ikinci dəfə yoluxa bilərlərmi?" sualıdır.
KONKRET.az xəbər verir ki, tanınmış tibb elmləri doktoru, professor Adil Qeybulla Pravda.az-ın bu barədə suallarını cavablandırıb.
Professor deyib ki, qızılca xəstəliyinə yoluxma ömürdə bir dəfə olur: "Sonra insanda daimi immunitet yaranır, ikinci dəfə yoluxma olmur. Amma heç vaxt qızılcaya yoluxmayanlar peyvənd olunsalar belə, qızılcaya yoluxa bilərlər. Sadəcə, peyvənd olunduqları üçün xəstəliyi çox yüngül keçirirlər. Buna görə də vaksinasiya vacibdir".
A.Qeybulla hazırda kəskin şəkildə yayılan qızılcanın hansısa virusdan qaynaqlandığını iddia edənlərə isə belə cavab verib: "Qızılca xəstəliyi qızılca virusu tərəfindən törədilir. Hazırda yayılan xəstəliyi törədən də eyni qızılca virusudur. Heç bir başqa virusdan söhbət gedə bilməz. Sadəcə, epidemioloji vəziyyətin pisləşməsi bununla bağlıdır ki, uşaqların müəyyən kateqoriyası müdafiəsizdir. Çünki valideynlər bir müddət milli peyvənd təqvimi üzrə peyvəndləməyə laqeyd yanaşıblar, uşaqlar peyvənd olunmayıb. Buna görə də müəyyən kateqoriyalı uşaqlar peyvənddən kənar qalıblar. Nəticədə, bu cür kəskin yoluxmalar var. Müdafiəsiz, immuniteti olmayan uşaqlar qızılcadan xəstələnirlər. Zamanında da həmişə qızılcadan kütləvi uşaq tələfatı olurdu. Bu gün də eyni şeyin şahidiyik. Qızılca yoluxucu xəstəlikdir. Kəskin pnevmaniyaya və beyin ödəminə gətirib çıxara bilər. Ölümün də əsas səbəbi budur. Valideynlər uşaqlarını zamanında peyvənd etməyiblər, qaçıblar, bəziləri imtina ərizəsi yazıb. Ən birinci bu məsələnin üzərində dayanmalıyıq. Hesab edirəm ki, dövlətin müvafiq orqanı bununla bağlı təcili işlər görməlidir. Vaksinasiya icbari xarakter almalıdır. Bu, hansısa arzuya bağlı ola bilməz. Epidemioloji vəziyyəti nəzərə alaraq icbari peyvəndləmə başlanmalıdır. Vəziyyətdən çıxış yolu ancaq budur".

Sağlamlıq       Tarix: 04 dekabr 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Gənc qalmağın sirri açıldı: Nə pul, nə də genetika – Həkimdən sensasion açıqlama

İnsanların gənc görünməsində genetikanın rolu gözlənildiyi qədər böyük deyil. Harvard Universitetinin 80 illik müşahidə və təcrübələrinin nəticələri bu məsələyə fərqli yanaşmağa əsas verir. xəbər verir ki, bu barədə həkim-farmakolo

Məşhur içki sağlamlıq üçün təhlükəli hesab edilib

Son dövrlər məşhurlaşmış köpüklü çay ("bubble tea") sağlamlıq üçün təhlükəli hesab edilib. Məlum olub ki, bu içkinin tərkibinə əlavə edilən tapioka dənələri bəzi hallarda bağırsaq keçməzliyinə və boğulmaya səbə

D vitamininin ən yaxşı növü: Bunu içməlisiniz

D vitamini bədənimizin düzgün işləməsi üçün lazım olan vacib qida maddələrindən biridir. Sağlam sümükləri, dişləri və əzələləri qorumaq üçün lazım olan fosfat və kalsium miqdarını tənzimləməyə kömək edir. Lazım olan D vitaminini

COVID-19-dan ölənlərin sayı 7 milyonu keçdi

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, indiyədək dünya üzrə COVID-19-dan ölənlərin sayı 7 milyon 115 min 86 nəfərə çatıb. KONKRET.aztrend-ə istinadən xəbər verir ki, ÜST-nin məlumatına əsasən, qlobal miqyasd

Qan qrupunuz sənəddə belə yazılıb: Bəs xəstəxanada yenidən yoxlanıla bilərmi?

Qan köçürülməsi zamanı xəstənin qan qrupunun düzgün müəyyən edilməsi həyati əhəmiyyət daşıyır. Vətəndaşların şəxsiyyət vəsiqəsində qan qrupu barədə məlumat qeyd olunsa da, bu məlumatın tibbi prosedur zamanı nə dərəcədə əsa

Tünd şokoladın ürəyə necə təsir etdiyi AÇIQLANDI

Kardioloqlar bildirirlər ki, tünd şokolad ürək sağlamlığı üçün südlü şokoladdan daha faydalı hesab olunur. Bunun əsas səbəbi kakaonun tərkibində olan flavanollar, güclü antioksidant maddələrdir. xəbər verir ki, mütəxəssisləri

Güclü istilər gəlir - Ekoloqdan xəbərdarlıq

Yay fəsli Azərbaycana daxil olsa da, hava şəraitinin hələ də yazı və ya payızı xatırlatması, üstəlik yaxın günlər üçün yağış və dolu xəbərdarlıqlarının verilməsi diqqət çəkir. İqlim dəyişikliyi fonunda bu cür kəskin hav

Bu qidalar ishala səbəb ola bilər

Qəbizlik zamanı bağırsaqları hərəkətə gətirən qidalar tez-tez axtarılır. Liflə zəngin, bağırsaq hərəkətlərini sürətləndirən və həzm sistemini stimullaşdıran bəzi qidalar bu təsirə malikdir. KONKRET.azpravdaaz-a istinadə

Qəfil görünən damarlar hansı xəstəliklərin xəbərçisi ola bilər?

Əllərdə, ayaqlarda və ya sinə nahiyəsində damarların əvvəlkindən daha çox görünməyə başladığını hiss etmisiniz? Bir çox insan üçün bu, xüsusilə dəyişiklik qəfil olubsa, narahatlıq yaradır. -a istinadla xəbər verir ki, əksə


azerbaycan xeberleri son xeberler yeni xeberler xəbər xeber az cəbhədən xəbərlər xeber.az son xeberler