Faiq Ağayev: "Sanki dünən gecə olub...

Faiq Ağayev: "Sanki dünən gecə olub..."Mənim 18 yaşım var idi və mən hər şeyi çox gözəl xatırlayıram. Evimiz "Salyan kazarması"nın yanında yerləşirdi. Böyük qardaşımla evdə idim. Havada təhlükə hiss olunurdu ki, qoşunlar şəhərə yeridiləcək. Ancaq inanmırdıq ki, sovet əsgərləri dinc əhalini güllələyəcəklər – axı, onda hamımız sovet xalqı idik".
Open.az xəbər verir ki, bu sözləri Xalq artisti Faiq Ağayev "Facebook" hesabında yazıb
Sənətçi 20 Yanvar faciəsi ilə bağlı xatirələrini bölüşüb: "Əlbəttə, kütlə arasında iğtişaşçılar və təhrikçilər şayiələr yayırdılar ki, "İran sərbazları", "Türk əsgərləri" gələcəklər və onların tanklarını, hərbi qoşunlarını daşla, ağacla qarşılamaq lazımdır. Bir il sonra isə həmin iğtişaşçılar hakimiyyətə gəldilər və yüksək postları tutdular. Qoşunların öz qanlı yürüşünə başlamasına yarım saat qalmış isə onlar "buxarlandılar".
Atəş başlandı, insanlar qaçmağa başladılar. Eləcə də, mən və qardaşım... Bu çox dəhşətli idi, çünki bizim nəsil müharibə nədir, bilmirdi. Növbəti gün pəncərəmizə artıq iki tank lüləsi baxırdı... Səhər atamla çörək almağa çıxdıq. "Salyan kazarması"nın yanından "Xəzər" kinoteatrı, "Kaspar" xəstəxanası və "Olimp" mağazasına doğru gedirdik.
Tankın əzdiyi təcili yardım maşınını, asfaltın üzərində qan izlərini gördük...Qar yağırdı və buna görə 20 Yanvar günü baş vermiş bu cinayətin, vəhşiliyin izlərini ayırd etmək qeyri-mümkün idi. Yanlarından keçdiyimiz evlərin, demək olar ki, hamısının şüşələri sındırılmış, divarları güllələrlə deşilmişdi.
Daha sonra dəfnlər başladı... Şayiələr gəzirdi ki, ölənlər o qədər çoxdur, cəsədlərin bir hissəsi Xəzər dənizinə atılıb.
Mənə indi də, illər keçəndən sonra da bu barədə danışmaq çox çətindir. Qorxunc faciə yaddaşlarda yaşayır. Hər şey göz önünə gəlir, sanki bütün bunlar dünən gecə olub..." /open.az

Şou Biznes       Tarix: 21 yanvar 2020
f Paylaş

Oxşar xəbərlər

Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu

Türkiyəli keçmiş model Deniz Akkayanın öz övladına xəsarət yetirməsi ilə bağlı keçirilən məhkəmə prosesi yekunlaşıb. Bu barədə "Hürriyet" qəzeti məlumat yayıb. Keçirilən məhkəmə iclasının yekun qərarına əsasən

"Hər həftə bir ev alırdım

Türkiyəli şoumen Mehmet Ali Erbilin sərvəti ilə bağlı açıqlamaları diqqət çəkib. Sənətçi bu barədə keçmiş həyat yoldaşı Tuğba Coşkunun yutub layihəsində danışıb. O, evli olduqları dövrdə daşınmaz əmlaka yatırım etdiklərin

Hande Erçel iranlı rejissorun filmində baş rolu canlandıracaq

Türkiyənin məşhur aktrisası Hande Erçel hadisələri Almaniyada cərəyan edən "Diaspora" adlı dram filmində baş rolu canlandıracaq. Bu barədə "Deadline" nəşri məlumat yayıb. Filmin rejissoru və ssenarist

P.Diddi həbsxanadan xəstəxanaya aparıldı

Amerikalı reper P.Diddi (əsl adı - Şon Kombs) başından aldığı xəsarətə görə saxlanıldığı həbsxanadan təcili olaraq xəstəxanaya aparılıb. Bu barədə TMZ nəşri Nyu-Cersi ştatındakı Fort-Diks federal cəzaçəkmə müəssisəsindək

Sezen Aksu sevənlərə pis xəbər

Türkiyəli müğənni Sezen Aksunun ötən həftə xəstəxanaya yerləşdirildiyi açıqlanıb. Ifaçı İstanbulun Nişantaşı səmtindəki özəl xəstəxanalardan birinə aparılıb. Burada 3 gün qalan Aksuya biopsiya edilib. Müğənninin səhhətind

5 milyonluq səhifəsini bağlamışdı - Səbəbini açıqladı

Həm karyerası, həm də şəxsi həyatı ilə hər zaman gündəmdə olan türkiyəli aktyor Kıvanç Tatlıtuğ təxminən 5 milyon izləyicisi olan instaqram hesabını niyə deaktiv etdiyini açıqlayıb. Türkiyə KİV xəbər verir ki, tədbirləri

Bu dəfə serial ulduzu olacaq

Dünyaca məşhur model və iş xanımı Kayli Cenner "Bachelorette Weekend" serialında baş rolu canlandıracaq. Model həmçinin layihənin icraçı prodüseri olacaq. Cenner bu ekran işi ilə aktyorluqda ilk böyük roluna imz

Ceki Çan və Devid Bekhem Çində bir arada

Əfsanəvi aktyor Ceki Çan və dünyaca məşhur keçmiş futbolçu Devid Bekhem Makaoda keçirilən NBA Çin Oyunları çərçivəsində bir araya gəliblər. Məşhurlar basketbol qarşılaşmasını birlikdə izləyiblər. Ceki Çan tədbirdə basketbo

Qadınlara gül almayın' - Niyamdan kişilərə

Müğənni Niyam Salami qadınlara hədiyyə seçimi ilə bağlı maraqlı fikirlər səsləndirib. Sənətçi həmkarı İzzət Bağırovun konsertində kişilərə qadınlara gül almaq əvəzinə qızıl hədiyyə etməyi tövsiyə edib. "Kişilərə tövsiyə


azerbaycan xeberleri son xeberler yeni xeberler sonxeberler cəbhədən görüntülər cəbhədən son məlumat xabarlar