Faizsiz kredit məsələsi gündəmdə: Azərbaycanda da tətbiq ediləcək? - VACİB AÇIQLAMA
Müsəlman cəmiyyətlərində faizsiz kredit anlayışı tez-tez müzakirə mövzusu olur. İslam dininin faiz (riba) qadağası nəzərə alınarsa, belə bir sistemin praktik olaraq necə işlədiyi sual doğurur.
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, bəzi müsəlman dövlətlərində, xüsusilə İran, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Küveytdə faizsiz kredit mexanizmləri tətbiq edilir. Lakin bu sistemlərdə "pul ödənilmir" prinsipi tam mənada keçərli deyil.
Ekspertin sözlərinə görə, bu ölkələrdə qazanc faiz şəklində yox, dividend və ya gəlir bölüşdürülməsi formasında həyata keçirilir:
"Faizsiz kredit o demək deyil ki, borc alan heç bir əlavə ödəniş etmir. Sadəcə, burada ənənəvi faiz mexanizmi işləmir. Kredit verən şəxs bir növ biznesin partnyoruna çevrilir və gəlirdən pay alır. Bəzən bu pay adi faiz gəlirindən də çox ola bilər."
Kərimli qeyd edib ki, bu sistemdə şəffaflıq və hesabatlılıq əsas şərtlərdən biridir:
"Borcalan fəaliyyət nəticələrini tam şəkildə təqdim etməlidir ki, partnyor onun risklərini qiymətləndirə bilsin."
İqtisadçının sözlərinə görə, belə kreditlər daha çox biznes və daşınmaz əmlak layihələrinə yönəldilir, istehlak və ya nağd kreditlərə isə bu sistem şamil edilmir.
Beləliklə, faizsiz kredit mexanizmi nəzəri olaraq İslam prinsiplərinə uyğun görünsə də, praktik tətbiqdə qazanc bölüşdürülməsi və risk paylaşımı formasında həyata keçirilir.
Aynurə İsmayıl
KONKRET.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Prezident Esvatini Kralını təbrik etdi
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Ağdamda traktor minaya düşüb
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
"Sabah" Prezidentin ayırdığı pulu belə xərcləyəcək
Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
Premyer Liqada turun yekunu: iki gərgin qarşılaşma