Faktiki hava açıqlandı
Mayın 13-ü saat 21:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.
azxeber.com xəbər verir ki, bu barədə Milli Hidrometerologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Naxçıvan, Şahbuz, Culfa, Daşkəsən, Gədəbəy, Gəncə, Göygöl, Naftalan, Ağcabədi, Ağdam, Balakən, Şəki, Qax, Oğuz, Qəbələ, İsmayıllı, Şamaxı, Altıağac, Quba, Qusar, Xaltan, Şabran, Mingəçevir, Yevlax, Göyçay, Astarada arabir leysan xarakterli yağış, Şahdağda isə qar yağır. Bəzi yerlərdə yağıntılar intensiv xarakterlidir.
Saat 17:00 radələrində İsmayıllı rayonunun şimal hissəsində 2 dəqiqə ərzində xırda ölçülü dolu yağıb.
Şimal-qərb küləyi bəzi yerlərdə arabir güclənib, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 25 m/s, Daşkəsən, Beyləqanda 18 m/s, Lerikdə 17 m/s-dək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2,5 metrə çatıb.
Göygöl, Balakən, Şəki, Qax, Qrız, Lerikdə duman müşahidə olunub. Dumanda görünüş 200 metrədək məhdudlaşıb.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 14, Naxçıvan MR-da 22 dərəcəyədək, Aran rayonlarında 16-20, dağlıq rayonlarda 8 dərəcəyədək isti olub.
Kurslar.az kurslar [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi