"Falçı deyib ki, "Bravo"ya basqının nəticəsi yaxşı olacaq

"Bravo" hipermarketinə silahlı basqınla bağlı ittiham olunan şəxslərin cinayət işi üzrə məhkəmə araşdırması davam edir.
azxeber.com "Qafqazinfo"-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda təqsirləndirilən Dəyanət Qüdrətovun istintaq dövründə verdiyi ifadəsi elan olunub.
D.Qüdrətov əvvəlki iclasda sərbəst ifadə vermişdi. Onun həmin ifadəsi ilə istintaq dövründə dedikləri arasında ziddiyyətlər müəyyən edildiyinə görə əvvəlki ifadəsinin elan edilməsi uyğun görülüb.
Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində dindirilib.
D.Qüdrətov Ruhlanla tanışlığının necə yarandığını və "Bravo"ya basqın planı barədə danışıb. Onun ifadəsindən məlum olub ki, cinayətin  əsas təşkilatçısı Ruhlan İsmayılov hücumdan əvvəl falçı ilə də məsləhətləşmə aparıb:
"Ruhlanla ilk tanışlığım tələbə vaxtı yaranıb. O da, mən də Peşə liseyində təhsil alırdıq. İkimiz də eyni qrupda oxuyurduq. Hücuma gəlincə bu barədə ilk təklif Ruhlandan gəldi. Dedi ki, o bundan əvvəl də cinayət törədib, narahat olacaq bir şey yoxdur. Bu sözdən sonra məndə ona inam yarandı. Razılaşdıq ki, hücumda istifadə olunacaq avtomat da mənim adıma alınsın. Açığı mən bir ara hücumda iştirak etməkdən imtina etmək istədim. Sonra məni fikrimdən yayındırdı. Dedi ki, falçıya da baxdırıb, falçı deyib ki, basqının nəticəsi yaxşı olacaq. Hücumla bağlı bizə əlavə maşın lazım idi. Ona görə də Azər Məmmədov da işə cəlb edildi. Azərin "BMW X5" markalı avtomobili var idi. Plana görə, Ruhlan hipermarketin mühafizəçisini, mən də inkasatorun sürücüsünü öldürməli idim. Plan yerinə yetirdikdən sonra da mən öz işimə, Azər də maşını ilə Qəbələyə getməli idi".
D.Qüdrətovun məhkəmədə və ibtidai istintaqa verdiyi ifadələri arasındakı əsas ziddiyyətlərdən biri onun hücumda könüllü və ya hədə-qorxu ilə iştirakı məsələsidir. Hakim də məhz bu nüansa toxunub:
"Bundan əvvəlki iclasda dediz ki, Ruhlan sizə hədə-qorxu gəlib, deyib ki hücumda iştirak etməsən valideynlərini öldürəcək. Ona görə etməyə razı olmusuz. Amma istintaq dövründə 1 dəfə də belə bir söz deməmisiz. İndi hansı ifadənizə inanaq?"-deyə hakim soruşub.
Təqsirləndirilən şəxs əvvəlki ifadəsindən imtina edib, təzyiq altında dindirildiyini deyib:
"Mənə təzyiq göstərdilər, ona görə elə danışdım. Ona görə məhkəmədə dediklərimin əsas götürülməsini xahiş edirəm".
Ətraflı
Digər təqsirləndirilən şəxslər də ibtidai araşdırma dövründə  təzyiq altında ifadə verdiklərini deyiblər. 
Prokuror təqsirləndirilən şəxsin təzyiq altında dindirilməsini inandırıcı hesab etməyib:
"Sizə niyə təzyiq göstərsinlər ki? Hər şeyi rahat  danışmısız. Hansı sözü sizdən almaq istəyiblər ki? Mən bunu başa düşmürəm".
Azər Məmmədovun vəkili Pərviz Məmmədov isə təqsirləndirilən şəxsin müvəkkili ilə əlaqəsinin olub-olmadığını aydınlaşdırmaq üçün ona bir neçə sual verib:
"İfadənizdə 23 dəfə Azərin adını çəkmisiz. Siz ümumiyyətlə Azəri tanıyırdız? Onun cinayətin təşkili ilə bağlı məsələlərdə rolu olubmu? Digər bir məsələ isə hadisədən sonra Azərin maşını ilə Qəbələyə qaçacağınızı demənizdir".
Təqsirləndirilən şəxs Azərlə heç bir münasibətinin olmadığını, onun haqda Ruhlandan eşitdiyini deyib. O, A.Məmmədovun avtomobili ilə Qəbələyə qaçmaq istəmələri ilə bağlı dediklərini də təkzib edib. 
Prosesin sonunda təqsirləndirilən şəxslərin təsyiq altında ifadə vermələri barədə iddialarının araşdırılması üçün məhkəmə öz təşəbbüsü ilə qərar qəbul edib. 
Qərar Bakı İstintaq Təcridxanasına, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə və Baş Prokurorluğa göndərilib. 
Növbəti proses dekabrın 22-ə təyin edilib.
Qeyd edək ki, hadisə bu ilin martında qeydə alınıb. Hadisə nəticəsində 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
Prokurorluq və DİN əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qabaqcadan əlbir olan Ruhlan İsmayılov, Dəyanət Qüdrətov, Azər Məmmədov, Səbuhi Qurbanov, Babək İsgəndərov və Rövşən İsmayılovun bir qrup şəxs halında ümumi təhlükəli üsulla və quldurluqla əlaqədar qəsdən adam öldürmə, adam öldürməyə cəhd, quldurluq və qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını əldə edib saxlama və gəzdirmə cinayətlərini törətmələrinə əsaslı şübhələr müəyyən edilib.
Ruhlan İsmayılov avtomat silahdan polis əməkdaşlarına müqavimət göstərib. Görülmüş tədbirlər nəticəsində o, polis tərəfindən məhv edilib. Təqsirləndirilən şəxslərdən Babək İsgəndərov və Rövşən İsmayılov həbsdə deyil. Onlar barəsində alternativ həbs qətimkan tədbiri seçilib.

Sosial       Tarix: 16 noyabr 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanda toylar üçün yeni təklif - 2 saat, maksimum 100 nəfər

Toy mərasimlərinin ailə büdcəsinə yaratdığı maliyyə yükünün azaldılması üçün mərasimlərin müddəti və iştirakçı sayı ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiqi təklif olunur. Sosioloq Hüseyn İbrahimov yeni sabah-a açıqlamasınd

4 min illik xəstəlik yenidən baş qaldırdı – Azərbaycanda da qeydə alınıb

Dünyanın ən qədim yoluxucu xəstəliklərindən biri hesab olunan cüzam – Hansen xəstəliyi ABŞ-də yenidən diqqət mərkəzinə düşüb. Florida ştatında 2026-cı ilin ilk aylarında 19 yeni yoluxma faktının qeydə alınması narahatlı

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Soyuqdəymənin ilk əlamətləri zamanı bunları edin

Soyuqdəymənin ilk əlamətləri hiss olunan kimi xəstəliyi "ayaqüstə" keçirməyə çalışmaq məsləhət görülmür. Mütəxəssislər bu mərhələdə evdə qalmağı, istirahət etməyi və vəziyyət pisləşərsə həkimə müraciət etməyi tövsiy


azerbaycan xeberleri yeni xeberler son xeberler havanın temperaturu valyuta mezennesi 2026 xəbər.az son xeberler bugun 2026 azerbaycan