Fatih Terim: "Neftçi"yə uduzmağımız sürpriz olardı"

Fatih Terim: "Neftçi"yə uduzmağımız sürpriz olardı""Qalatasaray"ın baş məşqçisi Fatih Terim Avropa Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyunu şərh edib.
Publika.az xəbər verir ki, təcrübəli mütəxəssis 3:1 hesabıyla qalib gəldikləri oyundan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:
Oyuna nəzarət bizdə oldu. Xüsusən də, ilk yarıda yaxşı başlanğıc etdik. Erkən qol və üstün oyun səbəbindən arxayınlıq yarana bilərdi. Çünki həftəsonu çempionat oyunumuz var. Xeyli qol epizodumuz oldu. Futbolçularımdan məmnun qaldım.
-Bu gün gözlənilən "11-lik" olmadı. Bu nə ilə bağlı idi?
3 dəyişiklik haqqımız var. 4 nəfərə də istirahət verdik. Bəzilərinin oynamasına ehtiyac var idi. 6-7 futbolçumuz nisbətən istirahət etmiş oldu. Bu gün doğru rotasiya oldu. Digər oyunçuların da nə qədər hazır olduğunu gördük. Əsas odur ki, evə qələbə ilə yollanırıq və heç kim ağır zədə almadı. Bu dəyişikliklər tez-tez olacaq. Sabah tezdən İstanbula çatacağıq. İki məşqdən sonra bazar günü oyuna çıxacağıq. Bu üzdən dəyişikliklərə ehtiyacımız var.
-"Neftçi" barədə nə deyə bilərsiniz?
"Neftçi" yaxşı komandadır. Bizə yüksək tempdə cavab verdilər. Bizim onlardan daha yaxşı olmağımız normal haldır. Bu gün uduzmağımız sürpriz olardı. "Neftçi"yə uğurlar arzulayıram.
-Azərbaycanın qonaqpərvərliyi və baş məşqçi kimi 500-cü oyununuz barədə nə deyə bilərsiniz?
Azərbaycana təşəkkür edirəm. Qardaş Azərbaycandan qardaş kimi ayrılırıq. Onlar bizim candaşımız, qardaşımızdır. Bu gün 500-cü oyunum idi. Bunu sözlərlə ifadə etmək çox çətindir. Yaxşı ki, həyatımda "Qalatasaray" var. Avrokuboklarda da 100-cü qələbədir. Danışanda asan gələ bilər, amma bu rəqəmlər asan başa gəlmədi.
-1:0-dan sonra tempi saldınız. "Neftçi"nin qolu sizi oyatdı?
Bəli, ikinci hissənin əvvəlində standart vəziyyətdən buraxdığımız qol bizi oyada bilər. 1:0 davam etsəydi, bəlkə belə olmazdı. Bu uzun yolda qələbə qazanmaq ilk hədəfimiz. Bu gün də məqsədimiz qələbə qazanmaq idi. Bəzən qol komandanı yuxudan oyada bilər. İkinci qolu tez vurmağımız da oyunun qırılmasına səbəb oldu.
-"Neftçi"nin bir neçə oyunçusunu bəyəndiyinizi demişdiniz. Bu gün onlara kimisə əlavə edə bilərsiniz?
Bu gün öz komandama konsentrasiya olmuşdum. "Neftçi"dən kimisə görməyə halım yox idi.
-Jesse Sekidika vaxtilə "Neftçi"də baxışda olub bəyənilməyib. Onu hansı xüsusiyyətinə görə bəyənmisiniz?
Biz onu bəyəndik, belə şeylər olur. Gənc oyunçular üçün erkən qərar verməmək lazımdır. Çünki qısa müddətdə inkişaf edə bilər. İnşallah, daha yaxşı olacaq.
-3-cü təsnifat mərhələsində rəqibiniz "Hayduk" olacaq. Rəqib barədə nə düşünürsünüz?
Onların bugünkü matçını izlədim. Digər rəqibdən daha yaxşı idi. Tarixi bir klubdur. Dünya futbolunda yeri olan bir ölkənin komandasıdır. Diqqət etməliyik. Pandemiya dönəmində hər şey ola bilər. Bizim ilk hədəfimiz qrupa vəsiqə qazanmaqdır. Sonda bizə göstərilən qardaş münasibətə görə hər kəsə təşəkkür edirəm.

İdman       Tarix: 18 sentyabr 2020
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

"Barselona" rekord qırdı

"Sabah" futbol klubunun UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi "Barselona" cari mövsümdə qazandığı nəticələrlə diqqət çəkib. xəbər verir ki, Kataloniya klubunun rəsmi saytının məlumatın

İnfantino Samir Şərifov və Rövşən Nəcəf bir arada

FIFA prezidenti Canni İnfantino, U-15 dünya çempionatı və turnirinin Təşkilat Komitəsinin sədri Samir Şərifov və AFFA prezidenti Rövşən Nəcəf mundialın ilk oyun günü çərçivəsində Hövsan Yarış Kompleksini ziyarət ediblər

"Sabah" "Qarabağ"ı qəbul edir: heyətləri açıqlandı

Misli Premyer Liqasının 9-cu turunda bu gün keçiriləcək "Sabah" – "Qarabağ" matçı üçün heyətlər açıqlanıb. xəbər verir ki, komandalar saat 18:00-da başlayacaq matça aşağıdakı tərkibdə çıxacaqlar:. "Sabah"

Xankəndi Ultramarafonuna yekun vuruldu

II Beynəlxalq Xankəndi Ultramarafonunun dördüncü – son mərhələsi başa çatıb. Report-a istinadla xəbər verir ki, marafonun 4-cü mərhələsi Ağdam şəhərindən bu gün səhər start götürüb, iştirakçılar 29,2 km məsafə qət ediblər

"Sabah" bu gün "Slaviya" ilə üz-üzə gələcək

"Sabah" komandasnın əsas mərhələsində növbəti oyununu bu gün keçirəcək. bildirir ki, Azərbaycan təmsilçisi Çexiyanın "Slaviya" kollektivi ilə üz-üzə gələcək. Qarşılaşma Bakı Olimpiya Stadionun, saat 20:45-d

60 oyuna 60 qol - Messinin rekordunu belə qırdı

"Mançester Siti"nin norveçli hücumçusu Erlinq Haaland Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda PSJ-yə məğlub olduqları oyunda (2:4) dubl edərək iki tarixi rekorda imza atıb və Lionel Messinin göstəricilərin

Fransadakı iğtişaşlar NFL-ə də təsir etdi - Trampdan matç ilə bağlı təklif

ABŞ Prezidenti Donald Tramp Fransada baş verən iğtişaşlarla əlaqədar Parisdə keçirilməsi planlaşdırılan NFL matçının təxirə salınmasını təklif edib. xəbər verir ki, "The Athletic" nəşrinin məlumatına görə, Tram

"Sabah" UEFA Çempionlar Liqasında tarixə düşdü

"Sabah" UEFA Çempionlar Liqasında qeydə aldığı göstərici ilə fərqlənib. xəbər verir ki, "OptaJoe"nun paylaşdığı statistikaya əsasən, Bakı klubu turnirin tarixində ardıcıl üç oyunun ilk dəqiqələrindən etibarə

Konfrans Liqası: I turun oyunlarına start verilir

UEFA Konfrans Liqasında Liqa mərhələsinin I turunun oyunlarına bu gün start veriləcək. KONKRET.azxəbər verir ki, Türkiyənin "Trabzonspor" klubu səfərdə "KuPS"la üz-üzə gələcək. UEFA Konfrans Liqası. Liq


son xeberler yeni xeberler azerbaycan xeberleri siyaseti xeberler bugun en son xeber bugünkü son xəbərlər sonxeber az