"Ferentsvaroş"dan "Qarabağ"a qarşı təxribat
Macarıstanın "Ferentsvaroş" klubu UEFA Çempionlar Liqasının pley-off mərhələsində qarşılaşacağı Azərbaycan çempionu "Qarabağ"a qarşı təxribata yol verib.
KONKRET.az Teleqraf-a istinadən xəbər verir ki, Budapeşt təmsilçisinin rəsmi saytında "Qarabağ" Ermənistan çempionu kimi təqdim olunub.
Yazıda bu ölkənin adının iki dəfə çəkilməsi texniki səhv yox, təxribatçı davranış əlaməti kimi dəyərləndirilə bilər:
"Çərşənbə axşamı (19 avqust – red.) Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda öz meydanımızda Ermənistan çempionunu qəbul edəcəyik. 36 qat Macarıstan çempionu olan komandamız Ermənistanın "Noa" və Bolqarıstanın "Lüdoqorets" klubları üzərində qələbələrdən sonra pley-off mərhələsində "Qarabağ"la qarşılaşacaq. Robbi Kinin rəhbərlik etdiyi məşqçilər heyəti Ermənistan çempionu ilə qarşılaşma üçün heyət formalaşdıraraq, UEFA-ya təqdim edib".
Məsələ ilə bağlı açıqlama verən "Qarabağ"ın mətbuat katibi Anar Hacıyev bildirib ki, "Ferentsvaroş" təxribatçı əməlinə görə üzr istəyib:
"Bu, onların səhvidir. Özlərinə bildirdik və dərhal dəyişdilər. Eyni zamanda baş vermiş halla əlaqədar bizdən rəhbərlik səviyyəsində üzr istədilər".
Turlar.az [newsid: 0-123300]

Liderlər Bişkekdə toplanır
İlham Əliyev Şavkat Mirziyoyevə məktub göndərdi
Gəncədə qadın ürək əməliyyatından sonra vəfat etdi
"Müştəridən pis qoxu gəlirdi" - Bakıda gəlinlik salonunda dava
İndi bütün Orta Asiya Azərbaycandan danışır - Ümumi iqtisadi məkanda yerimiz bəlli oldu
İslandiya Avropa Birliyindən imtina etdi
Azərbaycanın yeni milyardlıq planı: 2030-cu il üçün BÖYÜK HƏDƏF
Qətər və İran Hörmüz boğazını müzakirə etdi
Axtarışda olan Azərbaycan vətəndaşı Gürcüstanda saxlanıldı
Su götürmək istəyərkən kanala yıxıldı, boğulub öldü - TƏFƏRRÜAT
Hörmüz böhranı: Xəzər İran üçün alternativ yol ola bilər - KİV
"Ballıqayadakı insanlıq əleyhinə cinayətlərə hüquqi qiymət verilməlidir"
"Sabah" ÇL-in əsas mərhələsinə düşməklə bu qədər qazandı