Fernando Santuş: Azərbaycan millisi yaxşı təşkil olunmuş komandadır
Azərbaycan millisi yaxşı təşkil olunmuş komandadır. Rəqibin güclü baş məşqçisinin olduğunu bilirik. Canni De Byazi Albaniyanı "Avro-2016"nın final mərhələsinə yüksəltmiş mütəxəssisdir. O, heç vaxt bir topdan artıq fərqlə uduzmayıb. Ümid edirəm ki, sabah fərqli olacaq.
Publika.az xəbər verir ki, bunu dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasının qonağı olacaq Portuqaliya millisinin baş məşqçisi Fernando Santuş sentyabrın 6-da təşkil olunan mətbuat konfransında deyib.
Baş məşqçi deyib: "Rəqibimiz Serbiya və İrlandiya ilə matçlarda da bacarıqlı komanda olduğunu göstərdi. Çalışacağıq Azərbaycana qarşı yaxşı təşkilatlanmış komanda kimi oynayaq. Fikrimiz, oyunda olacaq, nəinki rəqibin tək-tək oyunçularında. Azərbaycan xüsusən də, müdafiədə yaxşı oynayır. Amma yarımmüdafiə xəttində də güclüdürlər. Rəqib bəzi hallarda 6 nəfərlə topun arxasında oynayırlar, bəzən isə əksinə. Azərbaycan bütün variantlarda oynamağa hazır komandadır. Sabahkı oyunda uduzmaq barədə düşünmürəm".
Portuqaliyalı futbolçu Ruben Diaş bildirib ki, sabahkı oyuna final oyunu kimi yanaşmalıyıq. Azərbaycanın İrlandiyaya qarşı oyununu izləmişik. Son oyunda yaxşı çıxış etdi. Buna rəğmən bizim üçün əsas məsələ oyuna köklənmək olacaq. Məqsədimiz yalnız qələbədir. Komanda olaraq daha diqqətli olmalıyıq. Azərbaycan təhlükəli komandadır. Belə rəqib bizim daim sayıq olmağa vadar edir.
Qeyd edək ki, sentyabrın 7-də Bakı Olimpiya Stadionunda oynanılacaq Azərbaycan - Portuqaliya matçı saat 20:00-da start götürəcək.
Kurslar.az kurslar [newsid: 0-123300]

Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu
DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
BDYPİ sürücülərə xəbərdarlıq etdi
Şahdağ və Kəlbəcərə qar yağıb
Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
"Eşref Tek" nə vaxt yayımlanacaq?
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir
Hindistan Azərbaycan üçün məhz bu səbəblərdən vacib ölkədir – AÇIQLAMA
Azərbaycan səfiri etimadnaməsini Belçika Kralına təqdim edib, iki ölkə arasındakı münasibətlər müzakirə olunub
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var